Rafiq Bayramov (siyasətçi)

Rafiq Bayramov (tam adı: Rafiq Yasin oğlu Bayramov; 10 noyabr 1972, Bakı) — Fəxri mədəniyyət işçisi, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini (2018–2020).

Rafiq Bayramov
27 iyun 2018 – 9 may 2020
Şəxsi məlumatlar
Doğum tarixi 10 noyabr 1972(1972-11-10) (51 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2011 "Fəxri mədəniyyət işçisi" döş nişanı — 2018

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Rafiq Bayramov 10 noyabr 1972-ci il tarixində anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə medalı ilə bitirib, 1990–1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil almış, 1995-ci ildə BDU-nun tarix fakültəsini Fərqlənmə Diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə, BDU-nun "Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi" elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib, tarixi-tətbiqi araşdırmalarda iştirak edib və bir sıra elmi məqalələrin müəllifi olub. 1995–1997-ci illər ərzində ordu sıralarında — Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub.[1]

1998–1999-cu illər ərzində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999–2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001–2003-cü illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006–2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir[1].

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 27 iyun 2018-ci ildə imzaladığı sərəncamla Mədəniyyət nazirinin müavini təyin olunub.[2]

9 may 2020-ci ildə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilmişdir.[3]

8 may 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla külli miqdarda korrupsiyada ittiham edilərək həbs edilmişdir.[mənbə göstərin]

17 Avqust,2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rafiq Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.[mənbə göstərin]

Ailəlidir, 3 övladı var.

1993–1998-ci illər ərzində qeyri-hökumət gənclər təşkilatlarında, Gənclər Təşkilatlarının Milli Şurasında fəaliyyət göstərib, yerli və beynəlxalq tədbirlərin, ümumrespublika və regional layihələrin həyata keçirilməsində fəal iştirak edib, bir sıra fəxri fərman və diplomlarla təltif olunub. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, 2018-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" medalı ilə təltif olunub.[1]

  1. 1 2 3 "Rafiq Bayramov". 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.
  2. Nazir müavinləri və Dövlət Xidmətinə rəis təyin edildi
  3. "R.Y.Bayramovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2020-05-09. 2020-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.