Ramin Əhmədov (əsgər)

Ramin Əhmədov (Ramin Viktor oğlu Əhmədov; 23 may 1981 - 4 may 2000) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid.

Ramin Əhmədov
Ramin Viktor oğlu Əhmədov
Ramin Viktor oğlu Əhmədov
Ramin Viktor oğlu Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Fəxralı, Goranboy rayonu, Azərbaycan Azərbaycan SSR
Vəfat tarixi (18 yaşında)
Vəfat yeri Haramı düzü, Füzuli rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Atası Viktor Rüstəm oğlu Əhmədov

Həyatı[redaktə | mənbəni redaktə et]

Ramin Əhmədov 23 may 1981-cü ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Faxralı kəndində anadan olmuşdur. 1 sentyabr 1987-ci ildə Faxralı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş və 1998-cü ildə orta məktəbi bitirmişdir. Atası Viktor 14 avqust 1990-cı ildə rəhmətə getmiş, anası və qardaşı ilə birgə yaşamalı olmuşlar. Ona görə orta məktəbi bitirdikdən sonra 1998-ci ilin iyun ayında Rusiyaya qazanc dalınca gedir. Orada 1 il qaldıqdan sonra hərbi xidmətə getmək üçün Azərbaycana qayıdır. 2 iyul 1999-cu ildə Goranboy Rayon Hərbi komisarlığindan hərbi xidmətə gedir. Beyləqan rayonunun “N” saylı hərbi hissəsində 2 ay xidmət etdikdən sonra ön xəttə gedərək Haramı düzü deyilən yerdə hərbi xidmətini davam etdirir. 4 may 2000-ci ildə hərbi borcunu yerinə yetirən Ramin, əsgər yoldaşları ilə birlikdə mina partlayışı zamanı şəhid olmuşdur. 5 may 2000-ci ildə doğulduğu Fəxralı kəndində dəfn olunmuşdur. 24 sentyabr 2013-cü ildə Şəhid statusu almışdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]