Teymur Sadıqov (şəhid)

Teymur Sadıqov (15 may 1974, Fəxralı, Qasım İsmayılov rayonu9 may 1994, Goranboy rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ müharibəsi şəhidi.

Teymur Sadıqov
Teymur Alim oğlu Sadıqov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Fəxralı, Goranboy rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Tapqaraqoyunlu, Goranboy rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Atası Alim Qiyas oğlu Sadıqov
Anası Giləxanım Məhyəddin qızı Sadıqova

Həyatı[redaktə | mənbəni redaktə et]

Teymur Sadıqov 15 may 1974-cü ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Faxralı kəndində anadan olmuşdur. Faxralı kənd orta məktəbini bitirdikdən sonra Gəncə Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1993-cü ildə Goranboy rayonunun Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Goranboy torpaqlarını erməni quldurlarından təmizlənməsində iştirak etmişdir. 9 may 1994-cü il tarixində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi uğrunda gedən döyüşlərdə mərmi partlayışı nəticəsində aldığı ağır qəlpə yaralarından şəhid olmuşdur. Faxralı kəndində dəfn edilib. Subay idi.[1]

İrsi[redaktə | mənbəni redaktə et]

Goranboy rayonu Fəxralı kənd tam orta məktəbi şəhid Teymur Sadıqovun adını daşıyır[2].

Goranboy rayonu Fəxralı kəndinin mərkəzində şəhidlərə abidə qoyulmuşdur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Vüsal Xoylu, "Unutmayaq ki, unudulmayaq" Faxralı elinin izi ilə, Bakı, (2011), 323 səh.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Vüsal Xoyluyev, "Unutmayaq ki, unudulmayaq" Faxralı elinin izi ilə Arxivləşdirilib 2018-02-07 at the Wayback Machine (2011), (Səh. 71)
  2. "Arxivlənmiş surət". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-23.