Skripkaçı (film, 2015)

Bakı gecələri kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında[1] istehsal edilmişdir. Kinoalmanaxa 5 qısametrajlı film daxildir: "Yeraltı keçid", "Buludlar", "İşıq yolu", "Beş dəqiqə", "Skripkaçı".[1] Əsas rolları Şahmar Qəribli, Svetlana Həkimova, Günel Məmmədova, Nicat Əli, Səbinə Məmmədova, Rafiz Mehdizadə, Vidadi Həsənov, Pərvin Abıyeva, Fəxrəddin Manafov, Mehriban Zəki, Dəniz Tacəddin, Günəş Mehdizadə, Şahin SəlimovRasim Cəfər ifa edirlər.

Bakı gecələri
Bakı gecələri
Fayl:Bakı gecələri (film, 2015).jpg
Janr qısametrajlı
dram
İstehsalçı "Debüt" studiyası
İlk baxış tarixi 2015
Filmin növü kinoalmanax
Müddət 45 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2015
Rəng rəngli
Filmin adı Məzmun
Yeraltı keçid Filmi qısaca yeraltı keçiddə gənc cütlüyün (Günel MəmmədovaNicat Əli) söhbətinə qulaq
müsafiri olan qocanın (Şahmar Qəribli) gəncliyinə, sevgisinə yenidən nəzər salmağı, ruhən
təzələnməsi kimi xarakterizə etmək olar.[2]
Buludlar Gənc aktrisa (Səbinə Məmmədova) incidilmiş sevgili rolunu məşq edir, onu təsadüfən görən
ofisiant (Rafiz Mehdizadə) qıza kömək etmək və intihardan xilas etmək istəyir.[2]
İşıq yolu Filmdə əhvalat toydan çıxan kişi (Vidadi Həsənov) və qadın (Pərvin Abiyeva) arasında mübahisədən
başlayır və ata-övlad qarşıdurması üzərində qurulub.[2]
Beş dəqiqə Filmdə ilk səhnə ordan başlayır ki, jurnalist (Mehriban Zəki) aktyordan (Fəxrəddin Manafov) artıq müsahibə
götürüb və onlar arasında müsahibədən sonrakı söhbəti dinləyirik. Əhvalat ondan ibarətdir ki, aktyor unuda
bilmədiyi arzusunun nə olduğunu jurnalistə göstərmək üçün metroya aparır. Məlum olur ki, onun arzusu
"İçərişəhər" metrosunun boş platformasına nə vaxtsa gələcək qatarda uşaqlıq sevgisinin gəlişi ilə bağlıdır.[2]
Skripkaçı Gecə "Nizami küçəsində" heykəllər canlanır. Canlanmış skripkaçı (Rasim Cəfər) öz gözəlliyinə vurğun qız
(Dəniz Tacəddin) üçün Paqaninidən ifa edir. Qızsa ona laqeyddir. Skripkaçı köhnə sevgilisinin yanına gedir,
o da onu rədd edir. Tənha qalan musiqiçi göyərçinlər üçün çalır. Əhvalatın məqsədi maddiləşmiş dünyamızda
yaradıcının tənhalığını göstərməkdir.[2]
Filmin adı Filmin üzərində işləyənlər Rollarda
Kinoalmanax Ssenari müəllifi: İlqar Fəhmi
Operator: Yuri Varnovski
Prodüser: Vladimir Dudniçenko
Yeraltı keçid Rejissor: Xədicə Qarayeva
Şahmar Qəribli
Svetlana Həkimova
Günel Məmmədova
Nicat Əli
Buludlar Rejissor: Kəmalə Zəki Səbinə Məmmədova
Rafiz Mehdizadə
İşıq yolu Rejissor: Cabir Əlioğlu Vidadi Həsənov
Pərvin Abıyeva
Beş dəqiqə Rejissor: Rövşən Ağayev Fəxrəddin Manafov
Mehriban Zəki
Skripkaçı Rejissor: Gündüz Yaşar Dəniz Tacəddin
Günəş Mehdizadə
Rasim Cəfər
  1. 1 2 L.Azəri. ""Bakı gecələri" əsrarəngiz gözəllikləri ekrana gətirəcək" (az.). Mədəniyyət. 5 iyun 2015. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
  2. 1 2 3 4 5 Sevda Sultanova. ""Bakı gecələri" — alayarımçıq, natamam ekran işi" (az.). Lent.az. 14 dekabr 2015. 2016-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.

Azərbaycan filmlərinin siyahısı
2015-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı