Berserk (anime, 1997)

"Berserk", Yaponiyada həmçinin Kenpū Denki Berserk[a]Kentaro Miuranın eyniadlı manqa seriyasına əsaslanan Yaponiya anime televiziya serialı. Serial "Nippon Television" və "VAP" tərəfindən istehsal edilmiş, "Oriental Light and Magic" tərəfindən animasiya edilmişdir. "Berserk" serialının rejissoru Naohito Takahaşi olmuşdur. Serialın ssenarisi üzərində Atsuhiro Tomioka, Makoto İtakura, Şinzo Fucita, Şoci Yonemura və "Yu Yū Hakusho"nun baş ssenaristi Yukiyoşi Ohaşi olmaqla beş fərqli ssenarist işləmiş, konsepsiya məsləhətçisi isə Yasuhiro İmaqava olmuşdur. "Berserk" serialının bəstəkarı Susumu Hirasava olmuşdur. Personajları səsləndirən orijinal heyətə Nobutoşi Kanna (Qats), Toşiyuki Morikava (Qriffit), Yuko Miyamura (Kaska) və başqaları daxildir. Bir mövsümdə iyirmi beş seriyadan ibarət anime serialı 1997-ci ilin oktyabrından 1998-ci ilin aprelinə qədər "Nippon TV"-də yayımlanmışdır. Bu, "Berserk" manqasının birinci anime adaptasiyasıdır. Bundan başqa, 2012-ci ildə "The Golden Age Arc" film trilogiyası və 2016-cı ildə onun sikveli olan anime serialı yayımlanmışdır.

Berserk
Serialın birinci seriyasının DVD üz qabığı, burada Qats təsvir edilmişdir.
剣風伝奇ベルセルク
(Kenpū Denki Beruseruku)
Janr
Anime serialı
RejissorNaohito Takahaşi
Prodüsser
  • Mitsuru Oşima
  • Yoşiko Naqasaki
  • Toşio Nakatani
  • Toşiaki Okuno
  • Şukiçi Kanda
SsenaristYasuhiro İmaqava
BəstəkarSusumu Hirasava
Studiya
Lisenziya
Media Blasters (qüvvədən enmişdir)
KanalNippon TV
Yayım tarixi8 oktyabr 1997 – 1 aprel 1998
Seriyalar25 (seriya siyahısı)
  Anime və manqa portalı

Anime serialının əsaslandığı manqanın quruluşu orta əsr Avropasından ilhamlanmışdır. Burada hadisələr demonlarpərilər kimi varlıqların real olduğu Midlend adlı fentezi dünyasında cərəyan edir. Məzmunda diqqət mərkəzi uşaqlıqda yetim qalmış muzdlu döyüşçü Qatsın və "Şahin dəstəsi" adlı muzdlu qrupun lideri Qriffitin həyatı ətrafında cəmlənir. Dəhşətli hadisələrdən sonra Qatsın bədəninə vurulan damğaya görə o, daim demonlar tərəfindən təqib edilir. Qats Kaska və qarşılaşdığı başqa müttəfiqləri ilə birlikdə intiqam axtarışında yorucu bir səyahətə çıxır.

"Berserk" serialı Şimali Amerikada ingilisdilli buraxılış üçün 2001-ci ildə "Media Blasters" tərəfindən lisenziyalaşdırılmış, VHS və altı DVD diskdə 28 may 2002-ci ildən 27 may 2003-cü ilə qədər yayımlanmışdır. 2012-ci ilin dekabrında "Media Blasters" seriala olan hüquqlarının qüvvədən endiyini açıqlamışdır. Birləşmiş Krallıqda "Berserk" serialı "MVM Films" tərəfindən lisenziyalaşdırılmış, 3 sentyabr 2007-ci ildən 7 iyul 2008-ci ilə qədər altı DVD buraxılmışdır. AvstraliyadaYeni Zelandiyada "Madman Entertainment" 2 dekabr 2002-ci il və 18 iyun 2003-cü il tarixləri arasında altı DVD buraxmışdır. Serial 1 dekabr 2022-ci ildə "Netflix" platformasının bəzi ölkələrdə mövcud olan versiyalarında yayımlanmışdır.

"Berserk" tənqidçilər tərəfindən universal olaraq müsbət qarşılanmışdır. Serial 1990-cı illərin ən zalım animelərindən biri hesab olunur və ümumiyyətlə, "Berserk" manqa seriyasına başlamaq üçün yaxşı vasitə hesab edilir. Serialın narrativi, personajları, quruluşu və Susumu Hirasavanın saundtreki təriflənmişdir. "Berserk" XXI əsrin əvvəllərində bir neçə adaptasiya və manqaya ilham mənbəyi olmuşdur.

border=none Əsas məqalə: Berserk (manqa)

Kentaro Miuranın "Berserk" manqasının quruluşu orta əsr Avropasından ilhamlanmışdır.[4][5] Burada hadisələr demonlarpərilər kimi varlıqların real olduğu Midlend adlı fentezi dünyasında cərəyan edir. Məzmunda diqqət mərkəzi uşaqlıqda yetim qalmış muzdlu döyüşçü Qatsın və "Şahin dəstəsi" adlı muzdlu qrupun lideri Qriffitin həyatı ətrafında cəmlənir. Dəhşətli hadisələrdən sonra Qatsın bədəninə vurulan damğaya görə o, daim demonlar tərəfindən təqib edilir. Qats Kaska və qarşılaşdığı başqa müttəfiqləri ilə birlikdə intiqam axtarışında yorucu bir səyahətə çıxır.[6]

Hadisələr Qatsın meyxanaya daxil olması ilə başlayır. Burada bir qrup əsgər azyaşlı qızı incidir və Qats bir nəfərdən başqa bütün əsgərləri öldürür, sağ qalana isə ustası Barona "Qara qılıncoynadan"ın gəldiyini deməsini əmr edir. Bundan xəbər tutan Baron hakimiyyətdə olduğu şəhəri yandırır, Qats isə Baronu taparaq öldürür, onun boynundan sirli iblis artefaktı olan "Behelit"ini çıxarır. Çox keçməmiş, Qats keçmişindəki hadisələri xatırlayır.[7]

Qats sadəcə sağ qalmaq iradəsi ilə müxtəlif döyüşlərdə dolaşan yalqız muzdlu döyüşçüdür.[8] O, "Şahin dəstəsi" adlı muzdlu dəstənin iddialı və xarizmatik lideri Qriffit tərəfindən məğlub edildikdən sonra Qats qrupun üzvü olmaq məcburiyyətində qalır.[9] Qatsın nüfuzu sürətlə yüksəlir və Qriffitin ən yaxşı döyüşçüsünə çevrilir. Bir gün Qriffit Qatsa öz "Behelit"ini göstərir və özünə məxsus padşahlığı idarə etmək arzusunu ortaya qoyur. Üç ildən sonra "Şahin dəstəsi"nin gücü və sayı artmışdır, Qats isə qrupun komandiri olaraq xidmət edirdi.[10][11]

Qats ilə Ölümsüz Zodd arasında baş tutan döyüşdən kadr. VI epizod.

Qats döyüşlərin birində qorxulu nəhəng döyüşçü Ölümsüz Zodd ilə qarşılaşır. Zodd Qatsı və Qriffiti öldürməyə az qalmış Qriffitin "Behelit"ini görmüş və onları buraxmışdır. O, bundan əvvəl Qatsa Qriffitin arzusunun puç olacağı təqdirdə onun qaçılmaz ölüm ilə üzləcəyi ilə bağlı xəbərdarlıq edir.[12] Müalicə alan Qriffit Midlandın kralının qızı olan Şarlottla yaxınlaşmağa başlayır.[13] Bir gün Qats Qriffit ilə Şarlott arasındakı söhbətə qulaq asır. Qriffit onun yalnız öz arzusu olan birini əsl dost hesab etdiyini deyir.[14] Midland krallığı nəhayət Tudor imperiyasına qarşı Yüzillik müharibədə qalib gəlməkdə kömək etsin deyə "Şahin dəstəsi"ni işə götürür. Bu dövrdə Qats "Şahin dəstəsi"nin bölmə komandiri və yeganə qadın üzvü Kaska ilə ən yaxın münasibətini möhkəmləndirir.[15][16] Döyüşdə itkin düşən Qats və Kaska tələyə düşür. Qats Kaskanın qaçmasına imkan yaradır və Tudor qüvvələrinə qarşı tək vuruşur.[17] Kaska dəstək qüvvələri ilə qayıtdıqdan sonra Qatsın yüz nəfəri tək başına məhv edib.[18]

Tudor taxt-tac varisliyi uğrunda daxili qarşıdurma baş verməsi ilə Midland Doldri qalasında Tudorun dayaqlarını məhv edərək müharibədə qalib gəlmək şansı görür. İlk hücumun uğursuzluğundan sonra Midland kralı qalanı tutmaq üçün ikinci cəhddə Qriffiti sərkərdə təyin edir.[19] "Şahin dəstəsi"nin həlledici qələbəsindən[20] bir müddət sonra Qats Qriffitin arzusu üçün yaşamağı dayandırmaq məqsədilə qrupdan ayrılır.[21] Qats və Qriffitin duel edir, sonuncunun böyük məğlubiyyətdən sonra Qats qərarını bir daha təsdiqləyir və qrupdan uzaqlaşır. Qatsın getməsinə görə psixoloji sarsıntı yaşayan Qriffit mühakimə etmədən şahzadə Şarlottla cinsi əlaqədə olur. Saray səlahiyyətliləri baş verənlərdən xəbərdar olur və ərazidən qaçmağa çalışan Qriffit həbs edilir,[22] zindana atılır və işgəncəyə məruz qalır, "Şahin dəstəsi"nin üzvləri isə axtarışa verilir.[23]

Daha yaxşı bir qılıncoynadan olmaq üçün bir il boyunca məşq edən Qats sonda öyrənir ki, "Şahin dəstəsi" qanundan kənarda qalıb və Kaska liderliyi ələ keçirib. Qats onlara kömək etməyə gedir və muzdlularla döyüşən qrupu məhv olmaqdan xilas edir.[24] Bu zaman Kaska Qriffitin problemlərinə görə Qastı günahlandırır, lakin bunun onun günahı olmadığını başa düşür və onlar cinsi əlaqədə olurlar. Kaska Qatsa Qriffiti həbsdə saxlanıldığı Yenidən doğuş qülləsindən xilas etmək üçün plan cızdığını bildirir, Qats ona kömək etməyə razı olur və Qriffit xilas edildikdən sonra Kaskadan ona qoşulmasını xahiş edir.[23] Onlar daha sonra onlar Yenidən doğuş qülləsinin aşağı hissəsində zindana girərək Qriffiti mutilyasiya və lal edilmiş halda tapırlar.[25]

Yenidən doğuş qülləsindən qaçan qayıdan "Şahin dəstəsi"nin üzvləri Qriffitin vəziyyətinə görə özlərini çarəsiz hiss edirlər. Kaska Qatsa Qriffitin qayğısına qalmalı və Qats öz yolunu davam etdirməli olduğunu deyir. Onları eşidən və ümidsizliyə qapılan Qriffit vaqonda yola düşür və təsadüfən çaya çırpılır. Boğazını iti ağacın kökünə sancaraq uğursuz formada intihar etmək cəhdindən sonra Qriffit həbsdə olduğu müddətdə itirdiyi "Behelit"ini tapır, istəmədən boynundan sızan qanla onu aktivləşdirir və beləliklə, "Tutulma" adlanan hadisəni başladır. Burada olan hər kəs başqa müstəviyə göndərilir.[26]

Arxidemonlar qrupu olan "Tanrı əli" Qriffitə onların son üzvü seçildiyini və yoldaşlarını "həvarilər"ə qurban verməli olduğunu bildirir. Bu "həvarilər" Zodd kimi sevdiklərini və öz insanlığını qurban verərək güclü demonlara çevrilən insanlardır. Bütün "Şahin dəstəsi" qurbanlıq kimi damğalanır.[27] Qats və Kaskadan başqa, demək olar ki, bütün qrup "həvarilər" tərəfindən öldürülür. "Tanrı əli"nin beşinci üzvü Femto olaraq yenidən doğulan Qriffit Qatsın qarşısında Kaskaya təcavüz edir. "Həvarilər" tərəfindən məhdudlaşdırılan Qats Femtonu dayandırmaq üçün sol qolunu kəsir və sağ gözünü itirir, lakin, hər halda, uğursuz olur.[28]

Fleşforvardda göstərilir ki, Qatsın "Tutulma"dan sağ çıxıb və bir müddət sonra o, "Tanrı əli" və "həvarilər"dən qisas almaq üçün axtarışa başlayan "Qara qılıncoynadan" kimi tanınır.[28]

Səsləndirmə heyəti

[redaktə | mənbəni redaktə et]
Serialın orijinal yaponca səsləndirmə heyətinin əsas üzvləri (yuxarıdan aşağıya): Nobutoşi Kanna (Qats), Toşiyuki Morikava (Qriffit) və Yuko Miyamura (Kaska).

Serialın orijinal yaponca səsləndirmə heyətinin əsas üzvləri Nobutoşi Kanna (Qats), Toşiyuki Morikava (Qriffit) və Yuko Miyamura (Kaska) olmuşdur.[29][30] Serialın ingiliscə dublyajı 2002-ci ildə "NYAV Post" tərəfindən hazırlanmışdır.[31] Burada əsas səsləndirmə heyəti Mark Dirayson (Qats), Kevin T. Kollins (Qriffit) və Keri Keranen (Kaska) olmuşdur. Həmçinin, Şon Şemmel "Berserk"də bir neçə personajı səsləndirir və o, rolundan asılı olmayaraq eyni səsdən istifadə edir.[32] Orijinal yaponca səsləndirmə və ingiliscə dublyaj heyəti aşağıdakı kimidir:

Personaj Yaponca[33] İngiliscə[34]
Qats Nobutoşi Kanna Mark Dirayson
Serialın uzunboylu, əzələli, qarasaçlı, bütün həyatı boyu qeyri-təbii dərəcədə iri olan qılıncla vuruşmağa üstünlük verən protaqonisti.
Qriffit Toşiyuki Morikava Kevin T. Kollins
"Şahin dəstəsi"nin qeyri-adi səviyyədə yaraşıqlı, ağıllı və hiyləgər lideri. Onun həyatının məqsədi öz ölkəsinin padşahı olmaqdır və bu məqsəd üçün hər şeyi qurban verməyə hazırdır.
Kaska Yuko Miyamura Keri Keranen
"Şahin dəstəsi"nin komandirlərindən biri və yeganə qadın üzvü. Qriffitin onu təcavüzkar zadəgandan xilas etməsindən sonra komandirinə inanılmaz dərəcədə sadiq qalmışdır.
Rikert Akiko Yacima Mişell Nyuman
"Şahin dəstəsi"nin üzvlərindən olan azyaşlı muzdlu döyüşçü.
Cudo Akira İşiida Kristofer Kromer
"Şahin dəstəsi"nin insanların duyğularını oxumaq qabiliyyətinə malik muzdlu döyüşçüsü.
Pippin Masuo Amada Ceff Vard
"Şahin dəstəsi"nin fleqmatik və səssiz olan ən güclü döyüşçülərindən biri. Onun gücü və intuisiyası "Şahin dəstəsi"nə tez-tez döyüş meydanında böyük xidmət göstərirmişdir.
Korkus Tomohiro Nişimura Mark Sebastian
"Şahin dəstəsi" tərəfindən məhv edilən quldur dəstəsinin keçmiş lideri, Qriffitin ən erkən və ən sadiq yoldaşlarından biri. O, illər boyu Qatsı bəyənməmişdir.
Nosferatu Zodd Kenci Utsumi Devid Brimmer
"Ölümsüz Zodd" olaraq da tanınan qüdrətli döyüşçü və "həvari". O, son 300 ildir ki, yorulmadan mübarizə aparır və döyüş sənətində onunla müqayisə oluna biləcək insan tapmağa çalışır.
Void Unşo İşizuka Con Evner
"Tanrı əli"nin ən yaşlı və böyük üzvü. Hər qurbanlıq mərasimində qurbanları sadəcə o damğalayır.
Slan Atsuko Tanaka K. L. Cons
"Tanrı əli"ndə yeganə qadın. Qara qanadlara və uzun, çadıra bənzər saçlara malikdir.
Ubik Çafurin Kristian Kollinqvud
"Tanrı əli"nin ən danışqan üzvü. Onun əsas rolu "Behelit" tərəfindən seçilmiş insanları qurban verməyə razı olsunlar deyə manipulyasiya etməkdir.
Qaston Masahito Kavanaqo Şon Şemmel
Qatsın köməkçisi və yaxın dostu.

"Berserk" serialının rejissoru Naohito Takahaşi olmuşdur.[35] "Berserk" serialı "Nippon Television" və "VAP" tərəfindən istehsal olunmuş, "Oriental Light and Magic" tərəfindən animasiya edilmişdir.[36][37] Serialın ssenarisi üzərində Atsuhiro Tomioka, Makoto İtakura, Şinzo Fucita, Şoci Yonemura və "Yu Yū Hakusho"nun baş ssenaristi Yukiyoşi Ohaşi olmaqla beş fərqli ssenarist işləmiş,[32] konsepsiya məsləhətçisi isə Yasuhiro İmaqava olmuşdur.[38] Takahaşi burada Osamu Dezakinin bölünmüş ekran, sərt işıqlandırma, holland bucağı ilə statik kadrlar, açıqcaları xatırladan pastel rənglər kimi rəsm texnikasından istifadə edirdi.[39] Serial aşağı büdcə ilə çəkildiyinə görə,[40] o, əsasən statik təsvirlərlə kinetik illüziyalar yaratmalı olmuşdur. Takahaşi, demək olar ki, hər təkrar istifadə edilmiş animasiya döngəsini, tərpənməz kadr planını və yöndəmsiz hərəkət ardıcıllığını əksər halda məzmunun xeyrinə işləməyi bacarmışdır.[32] Hər halda, serialın istehsalı logistika problemlərindən əziyyət çəkmişdir.[41]

"Berserk" serialı orijinal manqanın "Black Swordsman" (azərb. Qara qılıncoynadan‎) arkı ilə başlayır və "Golden Age" (azərb. Qızıl dövr) arkı ilə davam edir.[42] Serial manqanın on iki cildini, həmçinin on üçüncü cildin bir hissəsini əhatə edir.[43][44] Bu, manqanın bütün süjetinin 20–25 faizini təşkil edir.[45] Kentaro Miura anime serialı ilə paralel olaraq manqa üzərində işləməyə davam etmişdir. Animenin buraxılışı zamanı "Golden Age" arkının özü hələ tamamlanmamışdı.[46] Bu, "Tutulma" zamanı animenin gözlənilmədən sona çatması və Qatsın oradan necə qaçmağı bacardığına dair heç bir izahat verilməməsi ilə nəticələnmişdir.[32]

"Oriental Light and Magic" (indiki adı ilə "OLM, Inc.") studiyasının rəsmi loqotipi.

"Berserk" məzmununda orijinal manqaya kifayət qədər sadiq qalmışdır. Bir neçə səhnə istisna olmaqla, anime Qats və Kaska bir araya gələnə qədərki hissəyə qədər manqanın məzmununu izləyir.[47] Həmçinin, serial orijinal manqanın tonu, bədii üslubu və narrativ davamlılığı baxımından olduqca yaxşı uyğunlaşır.[48] Buna baxmayaraq, serialın müəllifləri Kentaro Miura ilə əməkdaşlıq edərək hekayənin ümumi mövzusunda əhəmiyyətli dəyişikliklər etmişdilər. Manqanın fövqəltəbii atmosferinin özəyi, tale və səbəb-nəticə mövzuları qısametrajlı teleserial üçün daha uyğun olan ambisiya və ondan əziyyət çəkən dostluq mövzusu ilə əvəz olunmuşdur.[49] Bundan əlavə, studiya anime adaptasiyasında bəzi böyük dəyişikliklər etmişdir. Bunun bəziləri senzura və narrativ tempi ilə bağlı narahatlıqlara görə edilmişdir.[50] Serialda Adon Koborlvits və Boskon kimi personajların rolu kiçildilmiş, Kont, Donovan, Silat, Vyald,[51] Pak və Kəllə cəngavər[52] kimi personajlar tamamilə çıxarılmışdır. Manqanın ilkin fəsilləri fleşbekləri təsvir etmək əvəzinə Qatsın indiki vaxtdakı halına daha çox diqqət yetirmişdir.[53] Odur ki, serialda manqanın ilk üç fəsli təsvir edilməmişdir.[51] "Berserk" manqasında olduqca depressiv və qəddar səhnələr təsvir edilmiş, lakin istehsalçı studiya əməl etməli olduğu qaydalara görə manqanın bu səhnələrinin əksəriyyətini tamamilə senzuradan keçirməli olmuşdur.[50]

Berserk
Susumu Hirasava tərəfindən ifa olunmuş saundtrek
Növü saundtrek
Yayımlanma tarixi 6 noyabr 1997 (1997-11-06)
Janr qaranlıq fentezi
Müddət 34:13
Leybl VAP
Prodüser
  • Mitsuru Oşima
  • Azuma Urata
  • Kinya Yokoeqawa
  • Şiqetaro Hara
Kenpū Denki Berserk – Original Soundtrack albomundan sinqllar
  1. "Berserk -Forces-"
    Yayımlanıb: 1 noyabr 1997
  2. "Tell Me Why"
    Yayımlanıb: 6 noyabr 1997
  3. "Waiting so long"
    Yayımlanıb: 6 noyabr 1997

Susumu Hirasava "Berserk" üçün musiqi bəstələmişdir. "Penpals" serialın açılış mahnısı "Tell Me Why", "Silver Fins" isə sonluq mahnısı "Waiting so long"u ifa etmişdir.[54] "Berserk -Forces-" 1 noyabr 1997-ci ildə "Nippon Columbia" (Teslakite) tərəfindən sinql olaraq buraxılmışdır. "Tell Me Why" və "Waiting so long" 6 noyabr 1997-ci ildə "VAP" tərəfindən buraxılmışdır.[55][56]

Kenpū Denki Beruseruku Orijinaru Saundotorakku (剣風伝奇ベルセルク オリジナル・サウンドトラッック, azərb. Berserk Qılınc-külək salnaməsi. Orijinal saundtrek?) "VAP" tərəfindən 6 noyabr 1997-ci ildə buraxılmışdır.[57] Susumu Hirasava tərəfindən yazılmış və ifa edilmiş bütün trekler:

Trek siyahısı
BaşlıqYazar(lar)Müddət
1."Behelit" 1:55
2."Ghosts" 1:41
3."Ball" 1:08
4."Guts" 3:35
5."Murder"
  • Hirasawa
  • Sacol Trakranprasirt
  • Supat Kuntatun
9:29
6."Fear" 3:26
7."Monster" 4:03
8."Earth" 4:23
9."Berserk -Forces-" (TV Version) 1:56
10."Tell Me Why" (TV Version) (performed by Penpals)
  • Hayashi Munemasa
  • Moriya Kamijō
  • Kinya Kamijō
1:15
11."Waiting so long" (TV Version) (performed by Silver Fins)
  • Hitomi Takenaka
  • Mitsuhiro Asakura
1:22
Ümumi müddət:34:13

Berserk: Kenpū Denki – Kanzen Kaiseki-sho (ベルセルク 剣風伝奇完全解析書, Beruseruku Kenpū Denki Kanzen Kaiseki-sho?, azərb. Berserk. Qılınc-külək salnaməsi – Bütöv təhlil hesabatı‎) serial haqqında sənətçi kitabıdır və 9 dekabr 1998-ci ildə "Hakusensha" tərəfindən dərc olunmuşdur.[58]

"Berserk" serialının bütün iyirmi beş seriyası Yaponiyanın "Nippon TV" telekanalı nda 8 oktyabr 1997-ci ildən 1 aprel 1998-ci ilə qədər yayımlanmışdır.[37][b] "VAP" seriyanın epizodlarını VHS-də toplamış, 1 fevral 1998-ci ildən 21 yanvar 1999-cu ilə qədər on üç dəst buraxmışdır.[60][61] Serial daha sonra 23 aprel–22 oktyabr 2003-cü il tarixləri arasında yeddi DVD diski formatında buraxılmışdır.[62][63] "VAP" seriyanı 18 yanvar 2012-ci ildə "Blu-ray" qutusunda buraxmışdır.[64][65]

Serialın Şimali Amerikada ingilisdilli buraxılışı üçün ilk növbədə "Urban Vision"ın lisenziya əldə etmək üçün danışıqlar apardığı bildirilmişdir,[66][67] lakin sonradan təsdiqlənmişdir ki, "Berserk" serialı "Media Blasters" tərəfindən lisenziyalaşdırılmışdır.[67] İngilisdilli dublyaj "NYAV Post" tərəfindən hazırlanmışdır.[31] 2002-ci ildə serialın "Sci-Fi Channel"da yayımlanması planları ortaya çıxmışdır. Bununla belə, "Media Blasters" onlara xəbərdarlıq etmişdir ki, serialda təsvir edilən zorakılıq həddindən artıq çox senzura tələb edəcək.[68] "Media Blasters" seriyanı VHS və altı DVD diskdə "Anime Works" etiketi[69] ilə 28 may 2002-ci ildən 27 may 2003-cü ilə qədər yayımlamışdır.[70][71][72] Bütöv DVD kolleksiyası 16 noyabr 2004-cü ildə,[73] onun yenidən işlənmiş nəşri isə 10 mart 2009-cu ildə buraxılmışdır.[74] 2012-ci ilin dekabrında "Media Blasters" seriala olan hüquqlarının qüvvədən endiyini açıqlamışdır.[75][76]

Birləşmiş Krallıqda "Berserk" serialı "MVM Films" tərəfindən lisenziyalaşdırılmışdır.[77] 3 sentyabr 2007-ci ildən 7 iyul 2008-ci ilə qədər altı DVD buraxılmışdır.[78][79] "MVM" seriyanın bütöv DVD kolleksiyasını 11 oktyabr 2010-cu ildə və "Blu-ray" kolleksiyasını 6 fevral 2017-ci ildə yenidən buraxmışdır.[2][80][81] AvstraliyadaYeni Zelandiyada "Madman Entertainment" 2 dekabr 2002-ci il və 18 iyun 2003-cü il tarixləri arasında altı DVD buraxmışdır.[82][83] Bütöv DVD kolleksiyası 17 mart 2004-cü ildə, "Blu-ray" kolleksiyası isə 21 fevral 2018-ci ildə buraxılmışdır.[84][85]

"Berserk" serialı 2022-ci ilə qədər heç heç bir rəsmi platformada mövcud deyildi.[6] Serial 1 dekabr 2022-ci ildə "Netflix" platformasında Portuqaliya kimi ölkələrdə yayımlanmışdır.[86][87] Hal-hazırda bu platformanın ABŞ, Birləşmiş Krallıq və Kanada versiyalarında mövcud deyil.[88][89]

"Berserk" ümumi olaraq tənqidçilər tərəfindən müsbət qarşılanmışdır.[90] Bunun bir çox insanı "Berserk" manqa seriyasına cəlb etdiyi düşünülür[40] və ümumiyyətlə, "Berserk" manqa seriyasına başlamaq üçün yaxşı vasitə hesab edilir.[91]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

"THEM Anime Reviews" saytından Karlo Ross, əvvəlcə "Berserk"in "qorxulu, depressiv tonu"na girə bilmədiyini bildirmiş, lakin əlavə etmişdir ki, serial irəlilədikcə izləyici aktyor heyəti ilə daha yaxından tanış ola və onların "sadəcə standart fentezi arxetipləri" olmadığını bilər. O, personajları realist təsvirlərinə görə tərifləmiş, "Berserk"in zorakılığının "klassik Kurosava filmi" kimi olduğunu və onun filmlərində olduğu kimi.ş "Berserk"də də əsas mövzunun "bütün o metal zirehlərin altında bu əsgərlərin insanlar olduğu"nu söyləmişdir. Ross sözlərini belə yekunlaşdıraraq qeyd etmişdir ki, "əgər həqiqətən sizi düşündürən fentezi istəyirsinizsə, o zaman adın sizi aldatmasına imkan verməyin. "Berserk" sizin beyninizi söndürmək üçün deyil, azca belə deyil".[69] "Anime News Network" (ANN) müəllifi Brittani Vinsent "Berserk"in "heç bir real nəticə olmadan qəfil bitməsinə baxmayaraq, hekayəni müəyyən edən bu tonu qurmaqda üstün" olduğunu ifadə etmişdir. Vinsent adaptasiyanın mükəmməl olmadığını və "bəzən bir qədər aşağı keyfiyyətli animasiyaya sahib olduğu"nu, lakin "hekayəni canlandırmaq üçün əla bir zərbə" olduğunu yazmışdır. O, həmçinin elf Pak kimi personajların serialdan çıxarılmasını qeyd etmiş, bunun serialı "daha ciddi və qabaqcadan xəbər verən bir əsər"ə çevirdiyini vurğulamışdır. O, həmçinin bilmişdir ki, animedə "vaxtı sürətləndirən və ya xeyli ləngidən" bir neçə məqam var.[92] "Active Anime"dən müəllif Sandra Şolz "Berserk"i təsvir edərkən "amansız nisbətlərdə cin tərəfindən tutulmuş barışmaz hek-end-sleş fentezisi" sözlərindən istifadə etmişdir. O, əlavə etmişdir ki, "bu cür animeni əvvəllər heç kimin görmədiyi və ya bir də görməyəcəyi ehtimalı var. Bu, hər kəsin kolleksiyasında olmalıdır".[93]

"AnimeNation" veb-saytının müəllifi Con Oppliger qeyd etmişdir ki, "Berserk"in ən cəlbedici tərəfi "xarakteristikanı və ya davam edən hekayə xəttini heç vaxt gözdən qaçırmadan həyəcanlandıran, son dərəcə şiddətli hadisələr təqdim etmək bacarığı"dır. O, həmçinin serialı "çox mürəkkəb və gözlənilməz hekayəsinə" görə tərifləmişdir.[94] "PopCultureShock" portalında jurnalist işləyən Rob Qul yazmışdır ki, əvvəlcə o, "adi televiziya keyfiyyətli istehsal ilə birləşən adiləşmiş bir konsepsiya"nı görəndə "iki saatlıq cansıxıcılıq" içində qalmışdır, lakin sonra birdən "bir hekayənin çıxdı"ğına şahid olmuşdur. O, "Berserk" əvvəl düşündüyü kimi "qeyri-ilahi qan bayramı" olmadığını əlavə etmişdir və bunu "tutucu hekayə" adlandırmışdır.[95] "Advanced Media Network" internet platformasında yazan Erik Frederiksen "Berserk" serialını "ağılsızca zorakı popkorn-qor parçası" adlandırmağın asan olacağını söyləmiş, lakin serialın mövzusunun "yoluna çıxan hər şeyi kəsən, nəhəng qılıncı olan bir adam"dan getmədiyini vurğulamışdır. O, əlavə etmişdir ki, hekayə və personajlar serialın əsl diqqət mərkəzindədir. Məqaləsini yekunlaşdıran Frederiksen qeyd etmişdir ki, "Berserk"ə "zamanın dağıdıcılıqlarını bir çox digər verilişlərdən daha yaxşı sovuşdurmağa kömək edən şeylərin bir hissəsi onu boğazımızın yoluna itələmədən düşünməyə imkan verən böyük həcmdə materialdır".[96] "AnimeOnDVD" saytında işləyən yazıçı Kris Beveric qeyd etmişdir ki, "sadəcə zorakı, lakin eyni zamanda məqsədi və hekayəsi olan bir şey əldə etmək əsl zövq və tempin dəyişməsidir. Fentezi şəraitində döyüşün qaranlıq tərəfindən uzaqlaşa bilməyən bir şeydir. Bu, sadəcə məni tutan və heyranlıqla izləməyə vadar edən serialdır".[72]

"Berserk" seriyasına həsr olunmuş divar.

"SciFi.com" internet portalında yazan Zak Berçi "Berserk" serialının "bəlkə də bazarda rast gəlinən ən yetkin, ağıllı və sadəcə başdan-ayağa adamdöyən fentezi serialı" olduğunu qeyd etmişdir. O əlavə etmişdir ki, serial uşaq istismarı və şizofreniya kimi mövzuları araşdırır və bu, "digər ümumi anime fentezi seriyalarından böyük bir fərqdir. Bu, çoxlarının qorxduğu yerə gedir". Berçi məqaləsini belə yekunlaşdırmışdır: "Əgər siz böyük fentezi həvəskarısınızsa və psixikanın ən qaranlıq çuxurlarını belə araşdırmaqdan çəkinməyən yetkin, kamil hekayələri sevirsinizsə, o zaman "Berserk" sizin üçündür".[97] "ANN" üçün yazdığı başqa bir resenziyada Berçi "Berserk"in qaranlıq fentezinin "bazarda mövcud olan ən gözəl nümunəsi" olduğunu və orijinal manqa bazisinin "keyfiyyət və populyarlıq baxımından bütün digərlərini üstələdiyini" söyləmişdir. O, əlavə etmişdir ki, serial bu günə qədər "sehrləndirici, əyləncəli və həqiqətən də qorxulu olaraq qalır".[1]

"Anime Jump" internet portalı üçün yazan Mayk Tul "Berserk" haqqında "sadəcə bütöv paket olan verilişlərdən biri" ifadələrini işlətmişdir. O, davam etmişdir: "Əgər siz döyüş və ya fentezi pərəstişkarısınızsa və sərt zorakılıq hekayələrini idarə edə bilirsinizsə, bu, sadəcə axtardığınız şeydir". O, personajları, "ətraflı, sıx şəkildə qurulmuş" süjeti və "qəzəbli" döyüş səhnələrini yüksək qiymətləndirmişdir. Tul məqaləsini belə yekunlaşdırmışdır: "əgər "real fentezi" kimi bir şey mövcud olsaydı, bu, "Berserk" olardı. Ümumilikdə, verilişin kollektiv məziyyətlərini görməməzlikdən gəlmək qeyri-mümkün idi. Bu, həqiqətən yaxşılardan biridir".[98] "ANN" üçün yazdığı başqa bir resenziyada Tul "Berserk"i "pis, qəribə animasiya nümayişi" kimi təsvir etmişdir və şərh etmişdir ki, zaman məsafəsi onun problemlərini aydınlaşdırmağa kömək edir. "CGI" ilə işlənməsinə görə tənqid edilən 2016-cı il serialı ilə müqayisə edən Tul yazmışdır ki, "animasiya səhvlərinin ikiölçülü formatda bir az daha az nəzərə çarpması buna kömək edir" yazmışdır.[42]

"About.com" internet portalı üçün yazan Sərdar Yegülalp "Berserk" haqqında danışarkən onu "Üzüklərin hökmdarı"nı "Qrin Qeyblz malikanəsinin qızı Anni" bənzədən "acınacaqlı, lakin tamamilə cəlbedici bir fentezi" olduğunu vurğulamışdır. O, serialda təsvir edilən zorakılığı "qəddar və narahatedici" adlandırmış, lakin onun "unudulmaz personajlarla epik hekayələr"ə sahib olduğunu qeyd etmişdir.[99] Yegülalp başqa bir resenziyada "qısaldılmış, bihudə formasına və nisbətən kobud animasiya tərzinə baxmayaraq", 1997-ci il "Berserk" anime seriyasının "öz növünün ən yaxşı animelərindən biridir" şərhini vermişdir. O, həmçinin əlavə etmişdir ki, "Taxt-tac oyunları" kimi "Berserk"də "verilişin ilk və ən çox səs-küylü çempionları olmuş fentezi-macəra pərəstişkarlarından çox daha böyük kütləyə cəlbedici gəlmişdir".[100]

Saundtrekin qəbulu

[redaktə | mənbəni redaktə et]

"Berserk"in saundtreki də tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Ross, açılış və sonluq mahnılarını "bir anime seriyalı üçün indiyə qədər eşitdiyim ən uyğun olmayan iki mahnı" olduğunu, lakin Susumu Hirasavanın fon musiqilərinin "olduqca yaddaqalan" olduğunu bildirmişdir. O, "Berserk -Forces-" musiqisini xüsusilə ön plana çəkmiş və bunu "sintezatordanəks-sədadan tamamilə səhv istifadə etməkdə obyekt dərsi" adlandırmış, lakin Hirasavanın bununla "hər halda, maraqlı və təzə bir şey ortaya qoydu"ğunu qeyd etmişdir. O, əlavə etmişdir ki, Hirasavanın musiqisi "əldə edilmiş bir zövqdür – insanlar ya onu sevir, ya da ondan nifrət edirlər".[69] Berçi "Berserk"in musiqisinin "əlbəttə tərifə layiq olduğunu" qeyd etmiş və şərh etmişdir ki, animenin musiqisi "bir göz qırpımında qorxulu və melodik olmaqdan qaranlıq və məşum olmağa sıçrayaraq öz etibarlılığı və axıcılığını qoruyub saxlayır".[1] Yegülalp yazmışdır ki, "Hirasava ifrat zorakı fantastik anime olan "Berserk" üçün çırpınan, narahatedici musiqi yaratmışdır. Bəzi sintezator və seçici üsulları bu gün bir qədər primitiv səslənsə də, onlar heyrətləndirici kompozisiya və mahnı yazısı ilə əvəzlənir. Alternativ olaraq, sevincli və kədərli "Guts's Theme" sizi üşütmürsə, yəqin ki, bunu edə biləcək çox şey yoxdur".[101] "Funimation" üçün yazan Ketlin Taunsend "Gut's Theme" musiqisini ön plana çıxarmış və bildirmişdir ki, "bu, şərlə dolu bir dünya və sevdiklərinə kömək etmək üçün öz bədən üzvlərini kəsib atmağa hazır olan qorxulu bir protaqonist üçün xüsusilə yumşaqdır. Bu, dinc və zərifdir, ümid və həsrətlə doludur".[102]

Tul qeyd etmişdir ki, "Berserk"in musiqisinin "həm müsbət, həm də mənfi tərəfləri var". O, saundtrekin gözlənilməz musiqisini onun müsbət tərəfi kimi tərifləmiş və bildirmişdir ki, musiqi "hırıltılı və gərgindir, verilişin süjetinə yaxşı yerləşdirilmiş aktuallıq hissi verir". Buna baxmayaraq, Tul şərh etmişdir ki, kompozisiyaların seçimi "olduqca kiçikdir və bu o deməkdir ki, bir çox musiqi, xüsusən də "Forces" davamlı və təkrar olaraq istifadə olunur. Bu, yaxşı bir saundtrek və qeyri-adi bir şeydir, lakin bir az usandırıcı olur".[98] Başqa bir resenziyada Tul Hirasavanın "çarpıcı, hipnotik" musiqi çıxışının "Filip Qlass, "Yello" və Piter Qebrieli bir sentrifuqaya atmaq kimi olduğunu" vurğulamışdır. Tul "Berserk -Forces-" musiqisini ön plana çıxarmış və bunun "ikonik və tamamilə serialla əlaqəli" olduğunu söyləmişdir. Tul "Berserk"in mükəmməl istiqamətini və tempini yüksək qiymətləndirdiyini və onun atmosfer sənətini, xüsusən də "Kobayashi Production"un zəhmli rəsm əsərini təqdir etdiyini, lakin ən yaxşı yaşlanan onun musiqisi olduğunu" ifadə edərək yazısını yekunlaşdırmışdır.[42] Frederiksen qeyd etmişdir ki, Hirasavanın sint-ağır saundtreki "1980-ci illərin bəzi möhtəşəm praktik effektləri ilə çəkilmiş filmlərini xatırladan başqa bir dünya hissi gətirir. Heç kimin inanmadığı bir dünyada sehrin meydana çıxmağa başladığı bu hekayəyə mükəmməl uyğun gəlir".[103]

İrsi və davamları

[redaktə | mənbəni redaktə et]
2016-cı ildə yayımlanmağa başlamış "Berserk" anime serialının loqosu.

1997-ci ildə buraxılmış "Berserk" anime serialı 1990-cı illərin ən zalım animelərindən biri hesab olunur. Bu, həmçinin XXI əsrin əvvəllərində bir neçə adaptasiya və manqaya ilham mənbəyi olmuşdur.[104]

4 fevral 2012-ci ildə "Studio 4°C" tərəfindən istehsal edilmiş "The Golden Age Arc" film trilogiyasının birinci hissəsi – "The Egg of the King" buraxılmışdır. Burada anime serialının bəzi hissələrinə, Qats ilə Qriffitin bir-birləri ilə tanış olması, onların Ölümsüz Zodd ilə döyüşməsinə yenidən toxunulmuşdur. Trilogiyanın ikinci filmi olan "The Battle For Doldrey" həmin il, 23 iyun tarixində buraxılmışdır və onun məzmunu 1997-ci il animesinin Qriffitin həbs olunmasına qədərki hadisələrini yenidən əhatə etmişdir. Trilogiyanın üçüncü və son hissəsi olan "The Advent" filmi 1 fevral 2013-cü ildə buraxılmışdır. Burada "Tutulma" hadisəsi daha ətraflı formada təsvir edilmişdir.[105]

1 iyul 2016-cı ildə "Liden Films" studiyasının "GEMBA" və "Millepensee" ilə əməkdaşlıq edərək istehsal etdiyi "Berserk" anime serialı yayımlanmışdır. Serialın məzmunu "The Golden Age Arc" film trilogiyasının hadisələrindən sonra beş verənləri əhatə edir. Bu, 1997-ci il serialının sikveli hesab olunur.[106] Serial manqanın "Conviction" (azərb. Hökm‎) arkının hadisələrini izləyir. İlk mövsüm ilk dəfə olaraq Pak, Serpiko, Farneza, İsidro, Nina və Luka kimi bir neçə manqa personajını təqdim edir. "Tanrı əli" damğası olan Qats Qriffiti tapmağa və qisas almağa çalışır. O, bir neçə "həvari"ni məğblub edir, eyni zamanda Kaskanın qayğısına qalmağa çalışır. Serialın 2017-ci ildə buraxılan ikinci mövsümü manqanın "Falcon of the Millennium Empire" (azərb. Milenium imperiyası şahini‎) arkına uyğunlaşdırılmışdır. Burada tamamilə yeni personajlar əhatə edilmişdir.[105]

2003-cü ildə "Yuke's" şirkəti "Sword of the Berserk: Guts' Rage" video oyununun sikveli olan "Berserk Millennium Empire Arc: Chapter of the Holy Demon War" sadəcə Yaponiyada, "PlayStation 2" platforması üçün satışa çıxarmışdır. İstehsalçı şirkət oyunda personajların səsləndirilməsi üçün 1997-ci il anime serialının orijinal səs aktyor və aktrisalarını işə götürmüşdür.[107]

  1. yaponca: 剣風伝奇ベルセルク Hepbörn: Kenpū Denki Beruseruku?, azərb. Berserk. Qılınc-külək salnaməsi
  2. "Berserk" serialı "Nippon TV"də çərşənbə axşamı, gecə yarısında, Yaponiya saatı ilə effektiv olaraq çərşənbə günü saat 1:45-də yayımlanmışdır.[59]
  1. 1 2 3 Bertschy, Zac. "Berserk DVD 5". Anime News Network. April 6, 2003. May 20, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 11, 2016.
  2. 1 2 Osmond, Andrew. "Berserk Movies and First TV Series Released Monday". Anime News Network. February 6, 2017. September 25, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 11, 2020.
  3. Yegulalp, Serdar. "Sword & Sorcery Fantasy Anime (Top Best List)". About.com. August 12, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 12, 2020.
  4. Thompson, Jason. Manga: The Complete Guide (Kindle) (ingilis). Del Rey Books. July 3, 2012. 135–138. ISBN 978-0-345-53944-1.
  5. Johns, Alastair. "Berserk: How the Golden Age Arc Was Faithful to Medieval Warfare and Life". CBR (ingilis). 25 yanvar 2023. 2023-02-03 tarixində arxivləşdirilib.
  6. 1 2 Penilhas, Bruna. "Berserk: Guia para assistir aos animes e tudo sobre o mangá". IGN Brazil (portuqal). 29 yanvar 2021. 2022-10-03 tarixində arxivləşdirilib.
  7. Naohito Takahaşi. 黒い剣士 // Berserk. I sezon. I epizod. 7 oktyabr 1997. Nippon TV.
  8. Naohito Takahaşi. 鷹の団 // Berserk. I sezon. II epizod. 14 oktyabr 1997. Nippon TV.
  9. Naohito Takahaşi. 初陣 // Berserk. I sezon. III epizod. 21 oktyabr 1997. Nippon TV.
  10. Naohito Takahaşi. 神の手 // Berserk. I sezon. IV epizod. 28 oktyabr 1997. Nippon TV.
  11. Naohito Takahaşi. 剣風 // Berserk. I sezon. V epizod. 4 noyabr 1997. Nippon TV.
  12. Naohito Takahaşi. 不死のゾッド // Berserk. I sezon. VI epizod. 11 noyabr 1997. Nippon TV.
  13. Naohito Takahaşi. 剣の主 // Berserk. I sezon. VII epizod. 18 noyabr 1997. Nippon TV.
  14. Naohito Takahaşi. 貴きもの // Berserk. I sezon. X epizod. 9 dekabr 1997. Nippon TV.
  15. Naohito Takahaşi. 合戦 // Berserk. I sezon. XI epizod. 16 dekabr 1997. Nippon TV.
  16. Naohito Takahaşi. ふたり // Berserk. I sezon. XII epizod. 23 dekabr 1997. Nippon TV.
  17. Naohito Takahaşi. 決死行 // Berserk. I sezon. XII epizod. 6 yanvar 1998. Nippon TV.
  18. Naohito Takahaşi. 夢のかがり火 // Berserk. I sezon. XIV epizod. 12 yanvar 1998. Nippon TV.
  19. Naohito Takahaşi. 決戦 // Berserk. I sezon. XV epizod. 20 yanvar 1998. Nippon TV.
  20. Naohito Takahaşi. 勝利者 // Berserk. I sezon. XVI epizod. 27 yanvar 1998. Nippon TV.
  21. Naohito Takahaşi. 炎の墓標 // Berserk. I sezon. XVIII epizod. 10 fevral 1998. Nippon TV.
  22. Naohito Takahaşi. 別れ // Berserk. I sezon. XIX epizod. 17 fevral 1998. Nippon TV.
  23. 1 2 Naohito Takahaşi. 告白 // Berserk. I sezon. XXI epizod. 3 mart 1998. Nippon TV.
  24. Naohito Takahaşi. 火花 // Berserk. I sezon. XX epizod. 24 fevral 1998. Nippon TV.
  25. Naohito Takahaşi. 潜入 // Berserk. I sezon. XXII epizod. 10 mart 1998. Nippon TV.
  26. Naohito Takahaşi. 前夜祭 // Berserk. I sezon. XXIII epizod. 17 mart 1998. Nippon TV.
  27. Naohito Takahaşi. 日食 // Berserk. I sezon. XXIV epizod. 24 mart 1998. Nippon TV.
  28. 1 2 Naohito Takahaşi. 永遠の刻 // Berserk. I sezon. XV epizod. 31 mart 1998. Nippon TV.
  29. "Kentaro Miura, the author of 'Berserk', died". Gigazine (ingilis). 20 may 2021. 7 February 2023 tarixində arxivləşdirilib.
  30. Schreiber, Roy. "Aktuell auf Netflix: Jetzt "Berserk" und weitere Serien-Highlights streamen". spielfilm (alman). 10 dekabr 2022. 2023-02-07 tarixində arxivləşdirilib.
  31. 1 2 "Projects". NYAV Post. March 26, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  32. 1 2 3 4 Roe, Matthew. "Does it Hold Up? Berserk '97-'98". Anime News Network. January 7, 2022. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-06.
  33. ダーク・ファンタジー漫画「ベルセルク」のアニメ化作品「剣風伝奇ベルセルク」、2月3日からGyaOで配信開始. Gigazine. February 3, 2009. June 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021.
  34. Takahashi, Naohito (director). Berserk DVD Complete Collection (Remastered) (DVD). United States: Media Blasters. March 10, 2009. ISBN 978-1-59883-376-8. OCLC 318124475. February 2, 2009 tarixində arxivləşdirilib.
  35. Carter, Justin. "Berserk's Original Anime is Coming to Netflix". Gizmodo (ingilis). 12 noyabr 2022. 2022-12-06 tarixində arxivləşdirilib.
  36. Clements, Jonathan; McCarthy, Helen. The Anime Encyclopedia: A Century of Japanese Animation (3rd). Stone Bridge Press. 2015. 236–238. ISBN 978-1611720181. February 6, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 27, 2016.
  37. 1 2 剣風伝説ベルセルク. Media Arts Database (yapon). Agency for Cultural Affairs. May 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 23, 2021.
  38. Edwards, C. M. "Gundam: 7 Things You Need To Know About The Future Century Timeline". Gamerant (ingilis). 5 iyun 2022. 2022-06-12 tarixində arxivləşdirilib.
  39. Mike Toole. "Berserk". Anime Jump (ingilis). 2003-10-17. 2004-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-31.
  40. 1 2 Videogamep. "Berserk (1997) Review". A Piece of Anime (ingilis). 14 may 2016. 6 October 2022 tarixində arxivləşdirilib.
  41. Yegulalp, Serdar. "In Defense Of 'Berserk', Both Old And New". Ganriki (ingilis). 5 iyul 2016. 2017-08-26 tarixində arxivləşdirilib.
  42. 1 2 3 Toole, Mike. "The Magnificent 1997 - The Mike Toole Show". Anime News Network. July 23, 2017. May 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 23, 2021.
  43. "Berserk Volume 13 TPB". Dark Horse Comics. January 10, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021. Beginning with volume 13, the Dark Horse editions of Berserk contain material never-before-adapted to anime!
  44. Oppliger, John. "Ask John: Will There Be More Berserk Anime?". AnimeNation. March 1, 2005. April 4, 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021.
  45. Kemner, Loius. "10 Things You Should Know Before Reading Berserk". CBR (ingilis). 14 iyul 2022. 2022-07-16 tarixində arxivləşdirilib.
  46. "Берсерк (аниме, 1997)". berserk.fandom.com (rus). 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-06.
  47. Haney, Casey. "Should You Watch the 1997 Berserk Anime?". Gamerant (ingilis). 2022-12-02 tarixində arxivləşdirilib.
  48. Elengical, J.J. "Which Berserk Anime Adaptation Did It Best?". Gamerant (ingilis). 2022-10-31 tarixində arxivləşdirilib.
  49. Сонин, Игорь. "Берсерк" (PDF). Страна игр. №8(233) (rus). 8 (233). апрель 2007. 2020-01-25 tarixində arxivləşdirilib (PDF).
  50. 1 2 Mirta, Ritwik. "7 Things The Berserk Manga Does Better Than The Anime". GameRant (ingilis). 21 avqust 2021. 2022-12-01 tarixində arxivləşdirilib.
  51. 1 2 Kogod, Theo. "Berserk: 10 Differences Between The Manga & The Anime". CBR (ingilis). 1 may 2020. 1 December 2022 tarixində arxivləşdirilib.
  52. Smith, Barret Edwards. "Berserk Deserves A Better Adaptation". Gamerant (ingilis). 11 iyul 2021. 2022-07-20 tarixində arxivləşdirilib.
  53. Mitra, Ritwik. "5 Things The Berserk Anime Does Better Than The Manga". Gamerant (ingilis). 20 avqust 2021. 2021-12-20 tarixində arxivləşdirilib.
  54. 剣風伝説ベルセルク. Media Arts Database (yapon). Agency for Cultural Affairs. May 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 23, 2021.
  55. PENPALS/DISCOGRAPHY (yapon). VAP. June 1, 2000 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  56. WAITING SO LONG (yapon). VAP. January 14, 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  57. 剣風伝奇ベルセルク オリジナル・サウンドトラッック. Billboard Japan (yapon). June 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  58. ベルセルク 剣風伝奇完全解析書. s-book.com (yapon). June 15, 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 29, 2021.
  59. "Remote Access (September–November 1997)". ex.org. December 5, 1998 tarixində arxivləşdirilib. SWORD WIND ROMANCE BERSERK (KENFU DENKI BERUSERUKU) Debut: 7 October 1997 (Tuesday), 25:45, Nippon TV [8 October 1997 (Wednesday), 01:45, Nippon TV
  60. 剣風伝奇ベルセルクS-1. surugaya.co.jp (yapon). June 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021.
  61. 剣風伝奇ベルセルク13. surugaya.co.jp (yapon). June 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021.
  62. 剣風伝奇ベルセルク DISC1. surugaya.co.jp (yapon). June 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021.
  63. 剣風伝奇ベルセルク DISC7. surugaya.co.jp (yapon). June 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021.
  64. 剣風伝奇ベルセルク BD-BOX. Oricon (yapon). June 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021.
  65. 剣風伝奇ベルセルク 2012年1月18日 Blu-ray BOXリリース (yapon). VAP. January 21, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021.
  66. "Berserk News". Anime News Network. January 1, 2001. October 21, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021.
  67. 1 2 Macdonald, Christopher. "2001 - A Year in Review: Licensed Anime". Anime News Network. January 1, 2002. July 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  68. Green, Scott. "The month in review, February 2002". Anime News Network. March 1, 2002. December 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 14, 2022.
  69. 1 2 3 Ross, Carlos. "Berserk". THEM Anime Reviews. January 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021.
  70. Green, Scott. "Happy 20th Anniversary "Berserk: The Chronicles of Wind Blades" Anime". Crunchyroll. October 8, 2017. November 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021.
  71. Beveridge, Chris. "Berserk Vol. #6". AnimeOnDVD (yapon). May 28, 2003. April 20, 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  72. 1 2 Beveridge, Chris. "Berserk Vol. #1". AnimeOnDVD (yapon). May 27, 2002. December 20, 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  73. Beveridge, Chris. "Berserk Complete Collection Brick (of 1)". AnimeOnDVD (yapon). August 20, 2004. September 5, 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  74. Sacrane, John. "Berserk Collection Remastered". Mania.com. September 18, 2008. June 10, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021.
  75. Loo, Egan. "Media Blasters Updates on Scheduled Releases". Anime News Network. December 1, 2012. September 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  76. Hodgkins, Crystalyn. "Media Blasters No Longer Has Rights to Bakuman, Kenshin, Berserk Anime (Updated)". Anime News Network. March 8, 2013. May 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  77. "MVM at the London Expo and newest anime acquisitions for the UK". Anime UK News. May 24, 2007. May 26, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  78. "Berserk Volume 1". MVM Entertainment. March 5, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  79. "Berserk Volume 6". MVM Entertainment. September 28, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  80. "Berserk Complete Collection". MVM Entertainment. May 5, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  81. Osmond, Andrew. "MVM Berserk Blu-ray Upgraded". Anime News Network. September 1, 2016. June 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  82. "Berserk 1: War Cry - DVD". Madman Entertainment. September 17, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  83. "Berserk 6: God's Hand - DVD". Madman Entertainment. August 11, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  84. "Berserk Collection". Madman Entertainment. October 12, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  85. "Berserk Complete Series (Blu-Ray)". Madman Entertainment. August 10, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  86. Valentine, Evan. "Berserk's Original Anime Reveals Netflix Release Date". Comicbook (ingilis). 12 noyabr 2022. 2022-12-05 tarixində arxivləşdirilib.
  87. Leon, Jean. "[Updated] Berserk 1997 still not streaming or available on Netflix? You're not alone". piunikaweb.com (ingilis). 6 dekabr 2022. 2023-02-06 tarixində arxivləşdirilib.
  88. Dent, Steve. "The original 1997 'Berserk' anime is coming to Netflix on December 1st in select regions (updated)". Engadget (ingilis). 5 dekabr 2022. 2022-12-06 tarixində arxivləşdirilib.
  89. Fingas, Jon. "Anime classic 'Berserk' still isn't available on Netflix in the US, UK and Canada". Engadget (ingilis). 5 dekabr 2022. 2022-12-08 tarixində arxivləşdirilib.
  90. D'Anastasio, Cecilia. "The New Berserk Anime Already Outshines The '90s Original". Kotaku (ingilis). 1 iyul 2016. 2023-02-05 tarixində arxivləşdirilib.
  91. Generaltofu. "Berserk (1997) is a Masterpiece". The Backloggers (ingilis). 13 aprel 2021. 2022-12-10 tarixində arxivləşdirilib.
  92. Vincent, Brittany. "Berserk: Past, Present, and Future". Anime News Network. June 28, 2016. June 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2020.
  93. Scholes, Sandra. "Berserk: Box of War Box Set (Advance Review)". Active Anime. August 31, 2009. September 16, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021.
  94. Oppliger, John. "Ask John: Why is Berserk So Good?". AnimeNation. January 11, 2001. November 22, 2001 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021.
  95. Ghoul, Rob. "Berserk Volume 1: War Cry". PopCultureShock. August 3, 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021.
  96. Frederiksen, Eric. "Berserk Complete Collection [Remastered]". Advanced Media Network. Advanced Media, Inc. March 2, 2009. September 8, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021.
  97. Bertschy, Zac. "Berserk (TV)". SciFi.com. June 25, 2001 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2021.
  98. 1 2 Toole, Mike. "Berserk". Anime Jump. October 17, 2003. May 10, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  99. Yegulalp, Serdar. "Top 20 Guide's Favorites". About.com. April 13, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  100. Yegulalp, Serdar. "Berserk - A profile of the dark fantasy-adventure epic anime franchise". About.com. April 5, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  101. Yegulalp, Serdar. "Best Anime Soundtracks". About.com. May 30, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
  102. Townsend, Kathleen. "Kentaro Miura & Berserk: Finding Hope in Insurmountable Darkness". Funimation. May 26, 2021. May 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 27, 2021.
  103. Frederiksen, Eric. "Berserk: A Beginner's Guide to a Manga and Anime Legend". Syfy. September 18, 2018. June 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2020.
  104. Alexandre, Max. "Berserk: Anime de 1997 está chegando na Netflix em dezembro". Flow Games (portuqal). 14 noyabr 2022. 2022-11-14 tarixində arxivləşdirilib.
  105. 1 2 Witiw, John. "Every Berserk Anime Adaptation (In Chronological Order)". CBR (ingilis). 29 noyabr 2022. 2023-01-27 tarixində arxivləşdirilib.
  106. Shah, Tayyeb. "Berserk Watch Order: Complete Seasons, Episodes & OVAs Guide". Cultured Vultures (ingilis). 2022-12-04 tarixində arxivləşdirilib.
  107. Behan, Daire. "Berserk's Influence on Video Games". Gamerant (ingilis). 22 may 2021. 19 December 2022 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]