Klarens hersoqu (ing. Duke of Clarence) — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. Orta əsrlər dönəmində bu ünvan 3 dəfə təsis edilmiş, Corc Plantagenetin 1478-ci ildə edam edilməsi ilə ləğv edilmişdir.
Ünvan ilk dəfə 1362-ci ildə İngiltərə kralı III Eduardın ikinci oğlu Antverpenli Lionel üçün təsis edilmiş, ancaq onun oğul övladı olmadığı üçün ünvan onun vəfatından sonra boş qalmışdır.
Ünvan ikinci dəfə 1412-ci ildə İngiltərə kralı IV Henrinin ikinci oğlu Lankasterli Tomasın şərəfinə təsis edildi. Ancaq onun da qanuni övladı yox idi və gənc yaşında vəfat etmişdi.
Ünvan sonuncu dəfə 1461-ci ildə İngiltərə kralı IV Eduardın qardaşı Corc Plantagenetin şərəfinə təsis edildi. Ancaq o, qardaşına qarşı üsyan etdi və 1478-ci ildə ələ keçirilərək şərab çəlləyində boğularaq edam edildi. Onun oğul övladı olsa da, vətənə xəyanətlə təqsirləndirildiyi üçün bütün ünvanları ailəsinin əlindən alındı.
Ünvan daha sonra 1553-cü ildə İngiltərə taxtına əyləşən Ceyn Qreyin əri Gilford Dudli üçün verilmək istəndi. Belə ki, Ceyn Qrey sələfi VI Eduard tərəfindən varis olaraq göstərilmişdi ancaq o, ərini kral-konsort olaraq təyin etmək istəmədi. Bu səbəblə öz tacqoyma mərasimində ərinə Klarens hersoqu ünvanı verməyi planlaşdırırdı. Ancaq bu plan baş tutmadı və cəmi 9 gün sonra Ceyn Qrey taxtdan endirildi. Cütlük London qalasına həbs edildi və 12 fevral 1554-cü ildə edam edildi.
XVIII əsrdə bu ünvan səlahiyyətləri genişləndirilmiş formada yenidən bərpa edildi. "Klarens və Müqəddəs Endryu hersoqu" olaraq yenidən adlandırılan ünvan 1789-cu ildə Böyük Britaniya kralı III Corcun üçüncü oğlu Vilhelmin şərəfinə yaradıldı. Onun 1830-cu ildə Böyük Britaniya kralı olması nəticəsində ünvan taxt-tacla birləşdi. Ancaq IV Vilhelmin qanuni övladı yox idi və bu səbəblə bu ünvan da ləğv edildi.
Daha sonra bu ünvan "Klarens və Avandol hersoqu" adı altında Böyük Britaniya kraliçası Viktoriyanın varisi Albert Eduardın (gələcəkdə VII Eduard) böyük oğlu Albert Viktorun şərəfinə 1890-cı ildə təsis edildi. Ancaq cəmi 2 il sonra o, pnevmoniyadan vəfat etdi və ünvan yenidən ləğv olundu.
Bundan başqa kraliça Viktoriya digər oğlu Şahzadə Leopoldun şərəfinə "Klarens qrafı" ünvanını 1881-ci ildə bərpa etdi. Onun 1884-cü ildə vəfat etməsinin ardından ünvan oğlu Şahzadə Karl Eduarda verildi. Ancaq onun Birinci Dünya müharibəsi illərində Böyük Britaniyaya qarşı döyüşməsinin ardından 28 mart 1919-cu ildə qəbul edilən dövlət fərmanıyla ünvan əlindən alındı.
Hersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Antverpenli Lionel
(1. Klarens hersoqu) 1362-1368 |
29 noyabr 1338 - 17 oktyabr 1368 |
|
||
Antverpenli Lionelin oğul övladı olmadığı üçün ünvan onun vəfatından sonra boş qalmışdır. |
Hersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Lankasterli Tomas
(2. Klarens hersoqu) 1412-1421 |
1387 - 22 mart 1421 | |||
Lankasterli Tomasın qanuni oğul övladı olmadığı üçün ünvan onun vəfatından sonra boş qalmışdır. |
Hersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Corc Plantagenet
(3. Klarens hersoqu) 1461-1478 |
21 oktyabr 1449 - 18 fevral 1478 | |||
Corc Plantagenetin edam edilməsinin ardından ünvan ləğv edildi. |
Hersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Vilhelm Henri
1789-1830 |
21 avqust 1765 - 20 iyun 1837 | |||
IV Vilhelm adıyla taxta çıxmış, nəticədə ünvan səltənətlə birləşmişdir. |
Hersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Şahzadə Leopold
1881-1884 |
7 aprel 1853 - 28 mart 1884 | |||
Şahzadə Karl Eduard
1884-1919 |
19 iyul 1884 - 6 mart 1954 |
Hersoq | Şəkil | Doğum-ölüm tarixi | Evlilik | Valideynləri |
---|---|---|---|---|
Albert Viktor
1890-1892 |
8 yanvar 1864 - 14 yanvar 1892 | - |