Roald Zinnuroviç Saqdeyev (rus.Роа́льд Зинну́рович Сагде́ев, tatar.Роальд Зиннур улы Сәгъдиев/Roald Zinnur uğlı Səğdiev; 26 dekabr1932[1], Moskva[1]) — sovet və ABŞ fiziki. Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (SSRİ EA-nın üzvü, 1968-dən). 1973–1988-ci illərdə Rusiya EA-nın Kosmik tədqiqatlar institutunun direktoru. SSRİ Ali Sovetinin deputatı (1987–1989), SSRİ xalq deputatı (1989–1991). Sosialist Əməyi Qəhrəmanı (1986).
Tatar ailəsində dünyaya gəlib[5]. 4 yaşı olarkən ailəsi ilə Kazana köçür. Burada o, 19 nömrəli orta məktəbi gümüş medalla bitirmiş[6], ardınca 1950-ci ildə Moskva Dövlət Universitetinə qəbul olunaraq oranın Fizika fakültəsini bitirmişdir.[7][8]. Burada ona dərs deyən Lev Landau özünün laboratoriya müdiri olduğu Elmlər Akademiyasının Fizika İnstitutunda Saqdeyevi işə götürmək istəsə də, universiteti bitirdikdən sonra onun təyinatını Çelyabinskə verirlər, lakin Landau və Sergey Kapitsanın sayəsində İqor Kurçatov Saqdeyevi Atom Enerjisi İnstitutuna işə götürür. Saqdeyev, həmçinin Nüvə Fizikası İnstitutunun Sibir bölməsində işləyirdi. Elmlər Akademiyasının Fizika İnstitutunda dissertasiya müdafiə etmişdir[8]. 36 yaşında SSRİ EA-nın akademiki seçilmişdir. Dissidentlərə qarşı proseslərdə vətəndaş azadlıqlarının pozulmasına dair Sovet rəhbərliyinə ünvanlanan məktubları imzaladığına görə təzyiqlərə məruz qalmışdır.[8]
Atası — Zinnur Zahiroviç Saqdeyev (1906–1994), partiya işçisi, 1950–60-cı illərdə Tatarstan MSSR Nazirlər Sovetinin sədr müavini
Anası — Fəxriyə Karimovna Saqdeyeva (İdrisova) (1914–2000), riyaziyyat müəllimi
Qardaşı — Renad Saqdeyev (d. 1941), sovet və Rusiya kimyaçısı, REA-nın rəyasət heyətinin üzvü və akademiki
Qardaşı — Robert (1939–2009), Kazan Maliyyə-İqtisad İnstitutunda müəllim
Qardaşı — Rustem
Birinci həyat yoldaşı — Tema Davidovna Frank-Kamenetskaya (d. 1932), fizik David Frank-Kamenetskinin qızı, fizik Albert və Maksim Frank-Kamenetskilərin bacısı
Uşaqları — Anna və İqor
1980-ci illərdin sonunda, ABŞ-də ezamiyyətdə olarkən, ikinci həyat yoldaşı Syuzen Eyzenhauerlə (prezidentDuayt Eyzenhauerin nəvəsi) tanış olur.[8] 1990-cı ildə onlar evlənir,[9] 2007-ci ildə isə boşanırlar.
Dostluq ordeni (18 dekabr 2012, Azərbaycan) — Azərbaycan Respublikasının beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə[10]
"İlin adamı" (Fransa, 1988)
Teyt medalı (Amerika Fizika İnstitutu, 1992)
Ettore Mayoran mükafatı (İtaliya, 1993)
Leo Silard mükafatı (Amerika Fizika Cəmiyyəti, 1995)
2022-ci ilin fevralında rusiyalı alim və elmi jurnalistlərin Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyən və rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasına səsləyən açıq məktubunu imzalayanlardan biri olmuşdur.[12][13].