Robert İrvin Hovard (ing. Robert Ervin Howard; 22 yanvar 1906[1][2][…], Piyster[d], Texas[1] – 11 iyun 1936[1][2][…], Kross-Pleyns[d], Texas[1]) — Amerika yazıçısı.
Robert İrvin Hovard | |
---|---|
ing. Robert E. Howard | |
Doğum adı | Robert Ervin Howard |
Təxəllüsü | Patrick Ervin, Sam Walser, Patrick Mac Conaire, Steve Costigan, Patrick Howard, John Taverel |
Doğum tarixi | 22 yanvar 1906[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 11 iyun 1936[1][2][…] (30 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | yazıçı, romançı, ssenarist, fantastika yazıçısı[d], şair, hekayə yazıçısı[d] |
Fəaliyyət illəri | 1924-cü ildən |
Əsərlərinin dili | ingilis dili |
Robert İrvin Hovard Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Amerikalı məşhur yazıçı Robert Hovard fantastik, tarixi, detektiv, vestern, macəra janrında əsərlər yazıb. Fantezi janrının alt janrı olan “qılınc və sehr”in yaradıcısı hesab olunur. Bu alt janrda yazılan əsərlərin qəhramanı qılınc oynadır, sehrli varlıqlarla döyüşür. Bir çoxlarımızın uşaqlıqda izlədiyimiz cizgi film qəhrəmanı “Konan” da Hovardın qələminin məhsuludur.
Robert Hovard “Kimmerli Konan”ı 1932-1936-cı illərdə yazıb. “Barbar Konan” adı ilə də tanınan əsərdə söhbət kimmer tayfalarından gedir. Yazıçının “Konan” obrazını yaradarkən Çingiz xandan təsirləndiyi deyilir. Həm görünüş baxımından, həm də yerinə yetirdikləri missiya baxımından.
Robert Hovardın ölümü də çox faciəvi olub. Onun anası əməliyyatdan sonra komaya düşür. Hovard atası və dostları ilə xəstəxanada günlərlə keşik çəkir. 1936-cı ilin 11 iyun səhəri tibb bacısı heç bir ümid qalmadığını deyir. Hovard küçəyə çıxır, avtomobilinə minir və silahını çıxararaq başına atəş açır.
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |