Robert Oltmen (20 fevral 1925[1][2][…], Kanzas Siti, Missuri[5] – 20 noyabr 2006[3][4][…], Los-Anceles, Kaliforniya[5]) — üç vacib festivalın mükafatını - "Qızıl Palma budağı", "Qızıl şir", "Qızıl ayı" mükafatlarını alan yeganə ABŞ rejissoru.[6]
Robert Oltmen | |
---|---|
ing. Robert Altman | |
Doğum tarixi | 20 fevral 1925[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 20 noyabr 2006[3][4][…] (81 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | leykoz |
Uşağı | 6 |
Fəaliyyəti | kinorejissor, ssenarist, film prodüseri, montajçı[d], yazıçı, librettoçu, teatr rejissoru, kino aktyoru, rejissor, prodüser |
Fəaliyyət illəri | 1947-ci ildən |
Üzvlüyü | |
robertaltman.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Anadan olduğu Kanzas Sitidə yezuit məktəbində təhsil almışdır.[6]
Missuri Universitetində mühəndis ixtisasına yiyələnmişdir.[6]
Hələ gənc yaşlarında ikən boş vaxtlarında ssenari yazır. 1948-ci ildə nuar üslubunda yazdığı "Cangüdən" ssenarisini rejissor Riçard Fleyşer ekranlaşdırır.[6] Bu uğurundan sonra Nyu-Yorka gedir və bursda yazıçılıqla pul qazanmağa başlayır.[6]
1950-ci illərdə Kanzas Sitiyə qayıdaraq, "Kalvin" korporasiyasının sifarişi ilə 65 sənədli film lentə alır.[6]
"Qanunu pozanlar" adlı ilk bədii filmini 1955-ci ildə çəkir.[6] Lakin bu filmi uğur qazanmır.[6] Bundan sonra Oltmen televiziyada fəaliyyətə başlayır; telefilmlər üzərində çalışır.[6]
Robert Oltmen böyük kinoya gec – 45 yaşında gəlmişdir.[6]