Roberto Beninyi (it. Roberto Benigni, d. 27 oktyabr 1952, Kastilyon Fiorentino, Aretsso, Toskana, İtaliya) — italyan aktyor, rejissor, ssenarist və prodüser, "Oskar" və "BAFTA" mükafatları laureatı.
Roberto Beninyi | |
---|---|
it. Roberto Benigni | |
Doğum adı | Roberto Remigio Benigni |
Doğum tarixi | |
Doğum yeri | Kastilyon Fiorentino, Aretsso, Toskana, İtaliya |
Vətəndaşlığı | İtaliya |
Fəaliyyəti | aktyor, kinorejissor, ssenarist |
Fəaliyyət illəri | 1996-cı ildən |
Mükafatları |
|
IMDb | ID0000905 |
Vikianbarda əlaqəli mediafayllar |
Roberto Beninyi 1970-ci illərdə İtaliya komediya seriallarında çəkilməyə başlayıb. Az sonra məşhur italyan komiki Totonun ənənələrinin davamçısı kimi məşhurlaşıb. İtalya sərhədlərindən kənarda Beninyinin ekssentrik kimliyi o Cim Carmuşun art-haus layihələri olan "Qanundan kənar" (1986) və "Yer üzündə gecə" (1991) filmlərində çəkildikdən sonra şöhrət qazanıb.
Onun əcaibliyi rejissoru olduğu "Həyat gözəldir" filmi 1997-ci ildə Kann kinofestivalının qran-prisini alandan sonra özünə daha çox diqqət çəkib. Qeyri-adi hərəkətləri ilə tanınan aktyor bu mükafatı ona təqdim edən Martin Skorsezenin qarşısında diz çöküb onun əlini öpüb. Film bir neçə nominasiya üzrə "Oskar" mükafatına təqdim olunmuş və "Ən yaxşı kişi rolu" nominasiyasında Beninyiyə qələbə qazandırmışdır.
Bu iki mükafatı qazanandan sonra Beninyinin uzun müddət daha hansı işlər ortaya qoyacağı müzakirə predmeti olmuşdur. 2002-ci ildə nəhayət Beninyinin o vaxt artıq dünyasını dəyişmiş Federiko Fellini ilə birgə planını cızdığı "Pinokkio" filmi ekranlara çıxır. Avropa ölçüləri ilə nəhəng büdcəsinin olmasına baxmayaraq "Pinokkio" uğursuzluqla üzləşmiş və "Qızıl malina" kinomükafatının "İlin ən pis filmi" nominasiyasında qalib olmağa layiq görülmüşdür.
Roberto Beninyi 1983-cü ildən aktrisa Nikoletta Braski ilə evlidir. Nikoletta Braski "Həyat gözəldir" filmində Beninyinin arvadı rolunu oynayıb.