Ross adası (Şpitsbergen)

Ross (norv. Rossøya) — Şpitsbergen arxipelaqına daxil olan qayalıqdan təşkil olunmuş adalardan biri. Sjuoyane adaları qrupuna daxildir. Şimal-Şərq Torpağından şimalda yerləşir. Barens dənizi akvatoriyasına daxildir.

Ross adası
norv. Rossøya
Ümumi məlumatlar
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
80°49,50′ şm. e. 20°20,47′ ş. u.HGYO
Ölkə  Norveç
Akvatoriya
Ross adası xəritədə
Ross adası
Ross adası

Şimal qütbü ilə ada arasında 1024,3 km, Lonqyirbyuen arasında 350 km, Şimal-Şərq Torpağı arasında məsafə isə 50 km-dir.

Vesle Tavleoya adasından .imal-qərbdə yereləşir. Adanın ən ucqar şimal nöqtəsi 80° 49′ 44.41″ş.e ərazisində yerləşir və həm Şpitsbergen həm də Noerveçin ən ucqar nöqtəsidir.[1] Bəzən bu nöqtəni Avropanın ən ucqar nöqtəsi hesab edirlər. Ancaq bu o zaman mümkün ola bilər ki, Frans-İosif Torpağı hesaba alınmasın. belə ki, Rudolf adasında yerləşən Fliqeli burnu 81° 48′ 24″ ş. e yerləəşir.

Adaya çatmış gəmilər artıq buradan şərqə doğru buz örtüyü səbəbindən hərəkət etməkdə çətinlik çəkirlər. Amma Şpitsbergenin cənub-şərqdə yerləşən adalarına nisbətdə bu adaya Qolfstrim cərəyanının təsiri daha yüksəkdir.

Ada yaşıllığa bürünmüşdür. Burada bitən Cochleraria groenlandica bitkisi Kiçik qaqarkaların təbii gübrələrindən bəhrələnərək yayılır. Adada görünən tək məməli ağ ayıdır. Onlar əsasən qış ayları adadaya qışlamaq məqədi ilə gəlirlər[2]

Ada tanınmış hərbi ingilis dənizçisi, Kral Coğrafiya Cəmiyyətinin üzvü Ceyms Rossun (1800-1862) şərəfinə adlandırılmışdır. O, 1827-ci ildə Vilyam Parri ilə birlikdə Şimal qütbünə getmək istəsələrdə Tusenoyane adaları və Ross adası yaxınlığında buzların gəmini sıxışdırması bəbəbindən geri dönməli olmuşlar. bununla belə bu ekspedisiya irəliləmə məsələsində bir rekorda imza atmışdı[3]. Sjuoyane adaları ilk dəfə 1618-cı ildə balina ovçuları tərəfindən kəşf edilsə də adalar xəritəyə 1663-cü ildə Hendrik Donsker tərəfindən (ing. Hendrick Doncker) salınmışdır. Sonradan adalar Piter Qus (ing. Pieter Goos), Kornelis Jil (ing. Cornelis Giles) və Otqer Rep (ing. Outger Reps).[4] kimi kartoqpafların xəritələrində əks olunmuşdur.

  1. Norwegian Polar Institute. "Rossøya". 2016-05-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-16.
  2. Norwegian Polar Institute. "Sjuøyane" (English). 2012-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2009.
  3. Prestvold, Kristin. "Phipps' og Parry's expeditions". Norwegian Polar Institute. 2012-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2009.
  4. Conway, W. M. No Man’s Land: A History of Spitsbergen from Its Discovery in 1596 to the Beginning of the Scientific Exploration of the Country. Cambridge: Cambridge University Press. 1906.