Rudolf Ştammler (alm. Karl Eduard Julius Theodor Rudolf Stammler,19 fevral 1856[3][4][…], Alsfeld, Hessen[7] – 25 aprel 1938[4][5][…], Verniqerode, Saksoniya-Anhalt[7]) — Almaniya iqtisadçısı.
Rudolf Ştammler | |
---|---|
alm. Rudolf Stammler[2] | |
Doğum tarixi | 19 fevral 1856[3][4][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 25 aprel 1938[4][5][…] (82 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | hüquqşünaslıq[1][2], iqtisadiyyat[1] |
Elmi adı | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
R. Ştammlerin əsas əsəri "Təsərrüfat və hüquq"dur (1896-cı il), burada o sosial məktəbin fəlsəfi və metodoloji prinsiplərini dürüst ifadə etmişdir. Ştolsman "Sosial kateqoriyalar" (1896-cı il), "Xalq təsərrüfatında məqsəd" (1909-cu il), "Xalq təsərrüfatı fəlsəfəsinin əsasları" (1925-ci il) əsərlərində həm də bu təlimin nəzəri – metodoloji əsaslarını inkişaf etdirmişdir.
Sosial məktəbdə A. Ammonun "Siyasi iqtisadın predmeti və əsas anlayışları" (1911-ci il), "Xalqın rifahı haqqında təlimin əsasları" (1926-cı il), F. Oppengeymerin "Xalis və siyasi iqtisadın nəzəriyyəsi" (1902-ci il), "Sosial məsələ" (1912-ci il), "Kapital olan dəyər və mənfəət" (1922-ci il), F. Petrinin "Marksın dəyər nəzəriyyəsinin sosial məzmunu" (1916-cı il), K. Dilin "Nəzəri və siyasi iqtisad (1916-cı il), "Kapitalizmin hüquqi əsasları" (1929-cu il) əsərləri mühüm yer tutur.
Sosial məktəb yeni tarix məktəbinin varisi olub, onun nümayəndələrinin arxasınca iqtisadi həyatın müəyyənedici amilləri kimi hüquqi və etik normaları nəzərdən keçirirdi, lakin yeni tarix məktəbindən fərqli olaraq, sosial məktəbin tərəfdarları göstərirdilər ki, iqtisadi münasibətlər müəyyən sosial məzmuna malikdir ki, bu münasibətlərin arxasında insanlar arasında ictimai münasibətlər durur və əsasını iqtisadi hadisələrin təhlilinə sosial yanaşma təşkil edən iqtisadi nəzəriyyə yaratmağa cəhd edirdilər. Bu məktəbin metodologiyası formanın məzmun üzərində üstünlüyünün qəbul edilməsinə əsaslanırdı.
Ştammler göstərirdi ki, insanlar üzərində əlaqələri məhz hüquq müəyyən edir, Dil isə qeyd edirdi ki, elmi tədqiqatın predmeti yalnız hüquqi iqtisadiyyatdır və sosial həyatda səbəb-nəticə yox, hüquqi qanun hökmranlıq edir. Ştammler hesab edirdi ki, iqtisadi hadisələrdə formanı və məzmunu fərqləndirmək lazımdır: məzmun insanların ictimai əmək bölgüsünə əsaslanan birgə fəaliyyətin, forma isə hüququn, dövlətin, qanunların köməyi ilə həyata keçirilən xarici tənzimlənmədir və sosial təsərrüfat yalnız forma ilə ölçülür. Sosial məktəb iqtisadi qanunun mümkünlüyünü inkar etməklə çıxış etdi. Bu məktəbin tərəfdarları hesab edirdilər ki, iqtisadi həyatda həlledici və vahid motivi ayırmaq olmaz və sosial inkişafda qanunlar mövcud deyil. Dil sübut edirdi ki, siyasi iqtisadçı öz nəticələrinin subyektivizmi barədə xəbərdar etməlidir, belə ki, "digər bərabər şərtlər"ə olan isnadlar bir qayda olaraq bərabər olmayıb, qeyri-qanunidir. O yazırdı ki, insan təbiət elmlərilə məşğul olarkən tədqiq edir, sosial elmlərdə isə insan bu və ya digər təsəvvürlərə, məqsədlərə malik olmaqla, öz arzusu ilə yaradır. Sosial məktəbin nümayəndələri hesab edirdilər ki, sosial qanunlar insani motiv qanunlarıdır.