Rudolf Nuriyev

Rudolf Həmit oğlu Nuriyev (tatarca Нуриев Рудольф Xəмит улы 17 mart 1938-ci il İrkutsk, RSFSR, SSRİ, 6 yanvar 1993-cü il Levallois-Perret, Fransa) — SSRİ, Britaniya, Fransa balet artisti və S. M. Kirov adına Leninqrad dövlət opera və balet teatrının solisti. 1961-ci ildə Parisdə sovet truppasının qastrol səfəri bitdikdən sonra SSRİ-nin ən məşhur "qaçaqçılarından" biri olaraq siyasi sığınacaq istəmişdir.[3][4][5][6]

Rudolf Həmit oğlu Nuriyev
tatarca Нуриев Рудольф Хəмит улы
Doğum tarixi 17 mart 1938(1938-03-17)[1][2][…]
Doğum yeri İrkutsk, RSFSR, SSRİ
Vəfat tarixi
Vəfat səbəbi QİÇS-dən ölüm[d]
Fəaliyyəti balet artisti, xoreoqraf, aktyor, baletmeyster, rejissor
Fəaliyyət illəri 1958–1992
Təhsili Mariinski balet məktəbi
Teatr Mariinski Teatrı
Kral baleti
Vyana operası
Paris operası
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "Fəxri legion" ordeni kavaleri
nureyev.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İngilis balerinası Margot Fonteyn ilə 17 il davam edən dueti ilə tanınır. 1983–1989-cu illərdə Paris Opera balet truppasına rəhbərlik etmiş, ömrünün sonunda özünü dirijor kimi sınamışdır. O, eyni zamanda dünyanın müxtəlif yerlərində daşınmaz əmlak alır və rəsm, sənət əşyaları toplayıcısı idi.

Babası — Nurəhmət Fazlieviç Fazliev. Atası — Həmit Fazileviç Nuriyev (1903–1985), Ufa vilayətinin Ufa rayonunun (indiki Başqırdıstan Respublikasının Ufa rayonu) Şaripov dairəsinin Asanovo kəndindən idi. Anası — Fəridə Aqliullovna Nuriyeva (Agliullova) (1907–1987), Kazan vilayətinin Kuzneçikhinsi dairəsi Tatarskoye Tyugulbaevo kəndində (indiki Tatarıstan Respublikasının Alkeevski rayonu) anadan olmuşdur.[7][8] Tərcümeyi-halında Nuriyev valideynləri haqqında bu şəkildə yazır:

" Mən tataram, mən müsəlmanam və mən SSRİ-də doğulmuşam. Babalarımdan biri tatar, digəri başqırddır. Mən bu günə qədər də heç cürə müəyyənləşdirə bilmirəm ki, eyni ölkədə yaşayan, eyni ölkənin vətəndaşı olan tatarla rusun fərqi nədir. Bu fərqi yalnız daxilimdə və bizə olan münasibətdə hiss etmişəm. Bir fərqi də bilirəm ki, biz tatarların qanı damarlarında daha sürətlə dövr edir və həmişə qaynamağa hazırdır...[9]
Nuriyev R.H."Avtobioqrafiya" 1988.
"

Rudolf Nuriyev 1938-ci ildə Vladivostok-İrkutsk qatarında anadan olub. DTK sənədlərinə görə milliyətcə tatardır.[10] Ailə əvvəlcə İrkutskda, sonra isə Ufada yaşayıb. Uşaqlıq illərində Rudolf Ufada uşaq folklor ansamblının rəqs dərnəklərinə gedib.[11] 1955-ci ildə rəqqas peşəkarlığını artırmaq üçün Leninqradda tanınmış balerina Nataliya Dudinskayadan dərs alıb və elə onun köməkliyi ilə Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olub.

1958-ci ildə məktəbi bitirdikdən sonra Leninqradda Kirov adına Opera və Balet teatrına qəbul edilib.[4] Frondoso rolunu oynayaraq "Laurensiya" baletində Dudinskayanın tərəfdaşı olaraq səhnəyə ilk dəfə səhnəyə çıxıb. Rudolf Nuriyev çox qısa müddətdə peşəkar və mükəmməl balet artisti kimi bütün ölkədə tanınıb.[12]

SSRİ-dən qaçış

[redaktə | mənbəni redaktə et]
Nuriyevin SSRİ-dən qaçdıqdan sonra ilk şəkli, 1961-ci il.

1961-ci ilin iyun ayında SSRİ mədəniyyət və incəsənət xadimlərinin Fransaya qastrolu zamanı siyahıya Rudolf Nuriyevin də adı salınıb. Balet ustasının Parisdə çıxışları yerli mətbuatın manşetlərində əks olunub. SSRİ-nin mədəniyyət və incəsənət nümayəndələri xarici qastrollarda olan zaman həmin ölkələrdə gizli olaraq Dövlət Təhlükəsizlik Komitəsi nəzarətində saxlanıblar. Buna baxmayaraq, Rudolf Nuriyev Parisdə bu "senzura"nı pozub. O, heç kimə xəbərdarlıq etmədən axşamlar hoteli tərk edərək Fransa paytaxtının əyləncə məkanlarında, gey partilərdə istədiyi kimi vaxt keçirib.[13] Bu əyləncələr DTK əməkdaşlarının diqqətindən yayınmayıb və bu haqda Moskvaya məlumat verilib.

Sovet nümayəndə heyətinin Parisdən sonra Londona qastrolu nəzərdə tutulub. "Qanun"ları pozduğuna görə Rudolf Nuriyevin adı Londona gedən artistlərin siyahısından çıxarılıb.[14] Rəqqas məsələnin nə yerdə olduğunu dərk edib. Digər tərəfdən homoseksual olduğunu heç vaxt danmayan Nuriyev yaxşı anlayıb ki, Moskvaya qayıdanda ən azı cinsi orentasiyasına görə onu ciddi cəza gözləyəcək. Mövcud dövrdə homoseksuallıqla bağlı SSRİ-nin cinayət məcəlləsində xüsusi maddə olub. Bu qarışıq düşüncələrdə olarkən Moskvadan gələn xəbər Nuriyevi sakitləşdirib. Nuriyevə məlumat verilib ki, Kremldə keçiriləcək tədbirdə iştirak etmək üçün o, təcili Moskvaya qayıtmalıdır.

Nuriyev Devon Karney ilə məşq zamanı

Balet ustası iyunun 16-da səhər saatlarında hava limanına yollanıb. Fransalı qadın həmkarlarından biri onu aeroporta qədər yola salıb. Hava limanının gözləmə zalında həmin qadın Nuriyevə başa salıb ki, bu, bir oyundur və bildirib ki, o, Moskvaya qayıdan kimi dərhal həbs olunacaq. Nə edəcəyini bilməyən Nuriyev çaşbaş qalanda həmin qadın məsləhətini də əsirgəməyib, deyib ki, hava limanında olan polisə yaxınlaşsın və Fransadan siyasi sığınacaq istədiyini bildirsin. Bu məsləhət Nuriyevin ağlına batıb və o, yaxınlıqda dayanan iki polis əməkdaşının qarşısında diz çökərək "mən SSRİ-yə qayıtmaq istəmirəm, mən Fransada qalmaq istəyirəm" deyə onlara yalvarmağa başlayıb. Belə bir məqamda çoxsaylı adamların olduğu hava limanında mülki geyimli DTK əməkdaşları heç bir tədbir görə bilməyiblər. Nuriyevin Fransadan siyasi sığınacaq istəyi müsbət cavablandırılıb. Nuriyev həmin SSRİ-yə qayıtmaqdan rəsmən imtina edən ilk artist olub.[15]

Nuriyevin qaçışı SSRİ-də birmənalı qarşılanmayıb. 1961-ci il iyunun 17-də Mərkəzi Komitənin birinci katibi Nikita Xruşşovun kabinetində təcili iclas keçirilib. İclasda Mərkəzi Komitənin katibləri, baş prokuroru, DTK sədri və Mədəniyyət naziri Yekaterina Furtsevaya da iştirak edib. Birinci katib iclasda alovlu çıxış edib: "…Bizə homoseksuallar lazım deyil, bizə dar şalvar geyinib dalını-qabağını nümayiş etdirən adamlar lazım deyil. Bütün bunlar kommunist əxlaqına ziddir. Haqqında cinayət işi açın, ittihamnamədə homoseksual olduğunu da yazın, sovet qanunları belələrini həbs etməyə imkan verir. İşindən uzaqlaşdırın. Bu cür adamlar cəmiyyətdən təcrid edilməlidir…"

Beləliklə, SSRİ-də onun iştirakı olmadan məhkəmə keçirilib, Rudolf Nuriyev "qiyabi" olaraq 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qərbdə həyat

[redaktə | mənbəni redaktə et]
Lİana Cossi və Nuriyev, 1972-ci il.

Nuryevin Qərbdəki ilk çıxışı Parisdə Elisey çölləri Teatrında oldu. O, Markiz de Kuevasın truppasında "Yatan gözəl" baletində Mavi qu-quşunun hissəsini ifa etdi və dərhal böyük uğur qazandı. Fransız kommunistlərə sənətçini fitə basmaq tapşırığı verilmişdi. Ancaq baletdən başı çıxmayan (Nuriyevin çıxışı tamaşanın sonunda idi) kommunistlər digər sənətçilərin demək olar ki, hər çıxışında səs-küy saldılar və bununla da yalnız atmosferi qızışdırdılar. İyulun 29-da truppanın son Paris mövsümünün sona çatmasında Nuriyev bu tamaşada əsas rolu ifa etdi. O, truppanın prima balerinaları Nina Vurubova, Rozella Haytauer və Lian Deyde ilə birlikdə hər biri ilə ayrılıqda rəqs etdi. Qısa müddətdə Rudolf Nuriyev təkcə Fransada yox, bütün Avropada məşhurlaşdı

Fransa Nuriyevə siyasi sığınacaq verməkdən imtina etdi. Buna görə sənətçi Danimarkaya köçdü və burada Kopenhagen Kral Baletində rəqs etməyə başladı. 2 noyabr 1961-ci ildə "Qu-quşu gölü" baletində Rozella Hayterlə pa-de-de çıxış edərək Londonda debüt etdi. Bu çıxışla Böyük Britaniya Kral Baletinə yol əldə etdi. On beş ildən çox müddətdə Nuriyev London Kral Baletinin ulduzu oldu. O, burda ingilis balerinası Marqo Fonteynin daimi tərəfdaşı idi. Həmçinin İvett Şovir, Karla Fraççi və Noella Pontua ilə də rəqs etmişdi.

1964-cü ildə Vyanada onun quruluş verdiyi və baş rolu ifa etdiyi "Qu gölü" tamaşası sona çatanda tamaşaçıların sürəkli alqışları nə az, nə çox, düz 89 dəfə Rudolf Nuriyevi təkrar-təkrar səhnəyə qayıtmağa məcbur etdi. Dünya teatr tarixində bu günə qədər də bu rekordu üstələyən fakt qeydə alınmayıb. Nuriyev ildə 200 tamaşa verirdi, 1975-ci ildə tamaşalarının sayı üç yüzə çatırdı. Klassik və müasir quruluşlarda iştirak edir, filmlərdə və televiziyalarda rol alırdı, balet səhnələşdirirdi və klassik tamaşaların öz redaktələrini edirdi.

1983-cü ildə Nuriyevə HİV diaqnozu qoyuldu.

Nuriyevin məzarı

1983–1989-cu illərdə o, Paris Milli Operasının balet truppasının direktoru vəzifəsində işləmişdir. Bir çox gəncə Paris baletinə yol tapmasına köməkik göstərmişdir. Elizabet Platel, Monik Ludyer, İzabel Qeren, Manuel Leqri, Şarl Jyud, Loran İler onun "məhsulları"ndan sayılır.

Uzun illər Rudolf Nuriyev SSRİ-yə buraxılmadı. Yalnız 1987-ci ildə o, anasının qəbrini ziyarət etmək üçün SSRİ-yə gəlməyə icazə ala bildi. Lakin ona cəmisi 3 günlük viza verildi. Bu üç gün ərzində Nuriyevə köhnə tanışları ilə görüşməyə icazə verilmədi və SSRİ ərazisində hərəkəti məhdudlaşdırıldı.

Ömrünün son illərində artıq rəqs edə bilməyərək dirijor kimi fəaliyyət göstərməyə başlamışdı.

1992-ci ildə Avropa turnesində Vyana Rezidens Orkestrinin dirijoru oldu. Həmin ilin yazında, Tatar Opera Evinin direktoru Raufal Muxametzyanovun dəvəti ilə Rudolf Nuriyev Kazana gəldi, burada Musa Cəlil adına Tatar opera və balet teatrında Romeo və Cülyetta və Şelkunçik (əsas rolu Nadejda Pavlova ifa etdi) baletlərinə dirijorluq etmişdi.[16]

1993-cü il yanvarın 6-da HİV səhhətində yaratdığı fəsadlardan Nuriyev 54 yaşında vəfat etdi. Öz vəsiyyətinə görə Nuriyev Parisdə rus qəbirstanlığı olan Sent-Jenevyev-de-Buada dəfn olundu. Qəbir rəngli şərq mozaik xalçası ilə örtülmüşdür (eskizin müəllifi — rəssam Ezio Friqerio).

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Rudolf Nuriyev qatı antisemitanti-kommunist idi.[17] Qərbdəki ömrünün demək olar ki, bütün dövrü ərzində DTK tərəfindən hücum və ya qaçırılmaqdan qorxurdu. Vyana operasında möcüzə nəticəsində heç kimin xəsarət almadığı qəzanı bu təşkilatla əlaqələndirmişdi.

Rudolf Nuriyev homoseksual idi,[18][19] lakin gəncliyində heteroseksual münasibətləri də olmuşdu.[20][21][22] Qərbə qaçdıqdan sonra məşhur Danimarkalı rəqqas Eric Brun (1928–1986) ilə tanış oldu. Brun və Nureyev cütlük oldular[20][23] və iyirmi beş il, Brunin 1986-cı ildə vəfat etməsinə qədər yaxın münasibətlərini qorudular.[24] Eyni zamanda, Nureyev nizamsız cinsi həyat sürürdü və bir çox təsadüfi əlaqələr qurmuşdu.[24]

Nuriyev Marqo Fonteyn ilə London Kral baletində çıxışı zamanı, 1963-cü il

Çox pul qazanan Nureyev bədxərc idi. Çox vaxt az tanıdığı insanlara külli miqdarda borc verir və geri qaytarılmağını heç vaxt izləmirdi. Avropa və Amerikada daimi vergi ödəmələri və digər xərclər tələb edən lüks daşınmaz əmlak alırdı. Amma praktik olaraq evlərinin çoxunda yaşamırdı. Maliyyəsini idarə etmək üçün 1975-ci ildə qərargahı Sürixdə olan Lixtenşteyndəki Balet Təqdimat Fondunu qeydiyyata aldırdı. La Turbi və Sent Bartélemi adalarında (Fransa) villalara, ABŞ-da Virciniya ştatında bir mülkə və LondonNyu Yorkda mənzillərə sahib idi. Jaklin Kennedi ona "Dakotta Binası"nda altı otaqlı mənzilin dizaynında kömək etmişdi. 1979-cu ildə Li Galli (İtalya) arxipelaqını Leonid Massinin varislərindən aldı. Arxipelaq Positanonun yaxınlığında yerləşən üç adacıqdan ibarət idi. Bunlardan ən böyüyü olan Gallo Lungoda Sarasen qalasının xarabalıqlarında Myasin tərəfindən düzəldilmiş, hovuzu və balet salonları olan yaşayış villaları var idi. Nuriyev, villaların dizaynında və ümumiyyətlə adanın abadlaşdırılmasında fəal iştirak edirdi, adada su və ya elektrik olmadığı üçün lazım olan hər şeyi ya dəniz yolu ilə və ya da helikopter ilə çatdırmaq lazım olduğundan bu işə çox sərmayə yatırdı.

Parisdə, Voltare Sahilində 23 nömrəli evin iki yaruslu mənzilində yaşayırdı. Rəqqasın xəyalı anasını ora gətirmək idi, amma bu baş vermədi. Ölümündən sonra pərəstişkarları bu evdə bir muzeyin yaradılacağını ümid edirdilər, amma Nuriyev Fondu demək olar ki, dərhal Christie's auksionlarında əmlakının satışını təşkil etdi. Londonda və Nyu-Yorkda planlaşdırılan ilk hərraclar ləğv edildi və Parisdəki mənzil, Nuriyevin bacısı Roza və qızı Güzəlin Fondla məhkəmə çəkişməsinə başladığından möhürləndi. Bacısı və bacısı qızının fikrincə, vəsiyyətnaməyə düzgün icra edilmir.[25] Buna baxmayaraq, hərrac 1995-ci ildə baş verdi: yanvar ayında — Amerika mülklərinin satıldığı Nyu Yorkda 7.9 milyon dollar toplandı.[26] Noyabrda Paris əşyalarının satıldığı Londonda (əsas lot, rəsmlər idi) Theodore Gericault tərəfindən, satılmamış qaldı.[27] Vəsiyyətə görə, Balet Fondu Avropa əmlakına, yeni yaradılan Rudolf Nuriyev Rəqs Fondu mərkəzi Çikaqoda olmaqla Amerika əmlakına rəhbərlik edirdi. Nuriyev irsinin kiçik bir hissəsi — geyimlər, sənədlər və şəxsi əşyalar Fransa Milli Kitabxanasında və Karnavale Muzeyində saxlanıldı. 2013-cü ildə Nuriyev Fondunun İdarə Heyəti üzvləri Şarl Jyud və Tyerri Foqetin təşəbbüsü ilə onun qalan əşyaları Moulinsdəki Milli Səhnə Geyimi Mərkəzinin üç salonunda sərgiləndi (sərgi dizaynı — Ezio Friqerio idi).[28]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Balet tamaşalarının, balet əsərlərinin və orijinal baletlərin seçilmiş siyahısı.[29]

Rudolf Nuriyevə əhsr edilmiş poçt markaları
  • 1966 — Gənc və Ölüm — Gənc (Ölüm — Zizi Zanmer)
  • 1972 — Mən rəqqasam
  • 1977 — Kukla tamaşası
  • 1977 — Valentino / Valentino
  • 1983 — Göz önündə / Exposed

Sənədli filmlər

[redaktə | mənbəni redaktə et]
  • 1991 — Nuriyev, rejissor Patrisia Foy
  • 1991 — Rudolf Nuriyev — Olduğu kimi, rej. N. Boronin, Sankt-Peterburq Sənədli Filmlər Studiyası
  • 2012 — Rudolf Nuriyev. Üsyançı Şeytan, rej. T. Malova
  • 2015 — Rudolf Nuriyev. Xəyallarının adası, rej. E. Tirdatova[30]
  • 2018 — "Nuriyev: Onun səhnəsi bütün dünyadır", rej. David Morris, Jak Morris
Parisdə Voltare səmtində, 23 saylı binanın fasadında vurulmuş xatirə lövhəsi
  • London, Kensinqton istiqamətində: Viktoriya-roud ünvanında olan ev.27. 21 sentyabr 2017-ci il tarixində binanın fasadına mavi rəngdə xatirə lövhəsi qoyulmuşdur.
  • Nyu-York, Dakota Binasında altı otaqlı mənzil.
  • Voltare səmtində, 23 saylı binada iki mərtəbəli mənzil. Binanın fasadında xatirə lövhəsi var.
  • Monako yaxınlığındakı La Turbiede villa.
  • Li Qalli Arxipelaqı, Positano yaxınlığında, üç adacıqdan ibarətdir (ən böyüyü Qallo Lunqo). 1979-cu ildə Leonid Massinin varislərindən satın alınıb.
  • Fransanın xaricdəki ərazisi olan Karib dənizində Sen-Bartélemi adasındakı ev (1980-ci illərdə alınmış).
  • ABŞ-nin Virciniya ştatında ferma

İncəsənətdə xatirəsinin əbədiləşdirilməsi

[redaktə | mənbəni redaktə et]
Kensinqtonda xatirə lövhəsi
  • Paris operasının balet məşq salonlarından biri Nuriyevin adını daşıyır.
  • Kazanda, Musa Cəlil adına Tatar Opera və Balet Teatrının səhnəsində hər il baharın sonunda Rudolf Nuriyev adına Beynəlxalq Klassik Balet Festivalı keçirilir. Festivalın keçirilməsinə 1992-ci ildə Kazana gələn rəqqasın şəxsi razılığı alınmışdır.[31]
  • Ufada Başqırd Xoreoqrafiya Kolleci[32] və 1993-cü ildən başlayaraq hər il Başqırd Opera və Balet Teatrının səhnəsində, eləcə də şəhər küçələrindən birində keçirilən Beynəlxalq Balet Sənəti Festivalı Rudolf Nuriyevin adını daşıyır. Başqırd Opera və Balet Teatrında R. Nuriyevin muzeyi var.[33][34] Həm də rəqqasın şərəfinə şəhərdə xatirə lövhəsi və barelyef quraşdırılmışdır.[35]
  • 2001-ci ildə İrkutskda Nuriyevin şərəfinə xatirə lövhəsi qoyulub.[36]
  • 2004-cü ildə "Naydeşnıy Sad, Rudolf Nuriyev" adlı tamaşa Roman Viktyuk Teatrında səhnələşdirilmişdir. Hə zamansa rejissor Nuriyevə onun haqqında tamaşa qoymağı vəd etmişdi. Roman Viktyuk dramaturq Azat Abdullinin pyesinə istinad edərək vədini yerinə yetirmişdi.[37]
  • 2013-cü ilin oktyabr ayında, Milli Səhnə Geyimi Mərkəzində (Moulin, Fransa), Rudolf Nuriyev Fondunun səyi ilə, üç yüzə yaxın əşyadan ibarət Nuriyev Koleksiyası şöbəsi açıldı. Sərgi quruluşçu rəssam Ezio Friqerio tərəfindən hazırlanmışdı.[28]
  • 2017-ci ildə Böyük Teatr Nuriyev baletini səhnələşdirdi (quruluşçu rejissorlar Kirill Serebrennikov və Yuri Possoxov). 11 iyul 2017-ci il tarixində planlaşdırılan premyera, teatr direktoru Vladimir Urin tərəfindən məzuniyyətindən üç gün əvvəl qəfil ləğv edildi[38] və Böyük Teatrda yalnız 9 və 10 dekabr 2017-ci il tarixlərində baş tutdu.[39]
  • 21 sentyabr 2017-ci il tarixində Londonda Viktoria Roaddakı 27 nömrəli evin fasadında Nuriyevin Parisə köçmədən əvvəl yaşadığı Kensinqtonda mavi rəngdə xatirə lövhəsi qoyuldu.[40]
  • 2018-ci ilin noyabrında Kazanda Rusiyada ilk dəfə Rudolf Nuriyevin abidəsinin açılışı oldu.[41] Abidə Musa Cəlil adına Opera və Balet Teatrının yaxınlığındakı parkda yerləşir.[42] Abidənin müəllifi Zurab Seretelidir.[43]
  • 2013 — "Ziyarət", Başqırdıstan Respublikası Prezidentinin (Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə) qrantı çərçivəsində çəkilmiş qisa metrajlı bədii film, rejissoru Bulat Yusupov.
  • 2015 — Rudolf Nuriyev. "Azadlığa doğru rəqs"/ Rudolf Nuriyev: "Dance to Freedom", bədii film, rejissor R. Q. Smit, Nuriyev rolunda — Artyom Ovçarenko. İstehsal: Böyük Britaniya.
  • 2018 — "Nuriyev. Ağ Qarğa", Nuriyevin doğulduğu andan SSRİ-dən qaçmasına qədər tərcümeyi-halına əsaslanan bədii film. Rejissor Rafe Fiennes, Nureyev rolunun ifaçısı — Oleq İvenko. İstehsal: Böyük Britaniya, Fransa.
  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Rudolf Nureyev // Encyclopædia Britannica (ing.).
  3. Lord of the dance – Rudolf Nureyev at the National Film Theatre, London, 1–31 January 2003 Arxivləşdirilib 1 dekabr 2017 at the Wayback Machine, by John Percival, en:The Independent, 26 December 2002.
  4. 1 2 Rudolf Nureyev, Charismatic Dancer Who Gave Fire to Ballet's Image, Dies at 54 Arxivləşdirilib 2021-06-10 at the Wayback Machine, by Jack Anderson, en:The Independent, 7 January 1993.
  5. Rudolf Noureev exercising at the barre Arxivləşdirilib 2017-08-07 at the Wayback Machine, 21 December 1970, site INA (4 min 13).
  6. Philippe Noisette, " Que reste-t-il de Noureev ? " Arxivləşdirilib 2016-08-17 at the Wayback Machine, Les Échos, 1 March 2013.
  7. "Синенко С. Г. Рудольф Нуреев: истоки творчества, превратности судьбы. Художественно-документальное повествование. — Уфа: Китап, 2008. — 192 с." 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-22.
  8. "Сайт Рудольф Нуреев" (rus). 2010-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-26.
  9. Нуреев Р. Х. Автобиография. Мoskva: Аграф. авт. предисл.: В. Гаевский, А. Бленд. 1998. ISBN 5-7784-0052-7.
  10. Из "Записки об измене Родине артиста балета Р. Х. Нуриева". См.: КГБ проворонил побег Нуриева Arxivləşdirilib 2013-10-06 at the Wayback Machine
  11. "Три пути на Голгофу Рудольфа Нуреева". Russiaedu (rus). 2018-03-12. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-20.
  12. John Bridcut. Nureyev: From Russia With Love (Motion picture). BBC. 2007.
  13. Watson, P., Nureyev: A Biography, p.151
  14. Watson, P., Nureyev: A Biography, p.161
  15. "The girl who led Nureyev to defect". The Australian. 14 December 2015.
  16. "Рудольф Нуриев в Казани" (rus). 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  17. Ариан Дольфюс. Рудольф Нуреев. Неистовый гений Arxivləşdirilib 2017-12-14 at the Wayback Machine
  18. Кавана, 2019
  19. Дольфюс Ариан. "Непокоренный Нуреев — Дольфюс Ариан" (rus). 2013-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-23.
  20. 1 2 Kavanagh, Julie Nureyev: The Life (2007) ISBN 978-0-375-40513-6
  21. The Canadian Press. "TV dance-winner Archambault tackles Nureyev - Arts & Entertainment - CBC News" (ingilis). Cbc.ca. 2009-11-30. 2013-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-03.
  22. John Ezard and Carolyn Soutar. "Nureyev and me | Stage" (ingilis). The Guardian. 30 January 2003. 2012-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-03.
  23. "Literary Review" (ingilis). 2013-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2009.
  24. 1 2 Terence Stamp. "YouTube "Nureyev Unzipped" documentary, 1998" (ingilis). adam28xx. 8-9-2018. 2021-01-18 tarixində arxivləşdirilib.
  25. Geraldine Norman. Drama of a dancer’s final act Arxivləşdirilib 2018-01-02 at the Wayback Machine // The Independent, 18 декабря 1994
  26. Carol Vogel. To the Highest Bidder, From Nureyev’s Life Arxivləşdirilib 2018-01-09 at the Wayback Machine // en:The New York Times, 7 января 1995.
  27. Sarah Lyall. Nureyev’s luxurious possessions sold at 2-day auction in London Arxivləşdirilib 2018-01-10 at the Wayback Machine // en:Deseret News, 2 декабря 1995
  28. 1 2 y Roslyn Sulcas. At a French Museum, Peeks at Nureyev’s World Arxivləşdirilib 2018-01-10 at the Wayback Machine // en:The New York Times, 11 декабря 2013
  29. "A chronology by Marilyn J. La Vine". Rudolf Nureyev Foundation. 2007. 17 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2019.
  30. "На сайте 10-ого кинофестивала [[:ru:Спутник над Польшей]], доступ 2016.11.11". 2016-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  31. "Нуриевский фестиваль на сайте Татарского театра оперы и балета им. М.Джалиля" (rus). 2012-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-22.
  32. "Башкирское хореографическое училище". 2012-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  33. "Владимир Спиваков привез в Уфу редкие видеозаписи Рудольфа Нуреева" (rus). 2015-09-19. 2016-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-09.
  34. "Спиваков подарил уфимскому музею редкие видеозаписи выступлений Рудольфа Нуреева" (rus). 2015-09-18. 2016-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-09.
  35. "В Уфе появятся улицы Рудольфа Нуриева и Михаила Нестерова". 2014-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  36. Первый выход Нуреева / Г. Гайда; Интервью вела О. Соболева // Иркутск, — 2001. — 30 нояб. — .7
  37. "Нездешний сад. Рудольф Нуреев" Arxivləşdirilib 2020-01-02 at the Wayback Machine // Театр Романа Виктюка
  38. ""Bolshoi theatre cancels Nureyev ballet premiere"". 2017-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  39. ""Нуреев" — Балет в двух действиях". 2021-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  40. "Plaque erected in 2017 by English Heritage at 27 Victoria Road, Kensington, London". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  41. "В Казани состоялось официальное открытие памятника Рудольфу Нуриеву" (rus). kazan.kp.ru. 2019-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.11.2018.
  42. "Рустам Минниханов откроет памятник Рудольфу Нуриеву" (rus). kazan.aif.ru. 2018-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.11.2018.
  43. "Рустам Минниханов и Зураб Церетели открыли в Казани памятник Рудольфу Нуриеву" (rus). tatar - inform.ru. 2018-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.11.2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]