Rudolfo Qraziani

Rudolfo Qraziani (11 avqust 1882[1][2][…]11 yanvar 1955[3][1][…], Roma[3]) — Benito Mussoliniyə sədaqəti ilə tanınan italyan feldmarşalısiyasətçisidir.

Rudolfo Qraziani
it. Rodolfo Graziani
Şəxsi məlumatlar
Doğum adı Rodolfo Graziani
Doğum tarixi 11 avqust 1882(1882-08-11)[1][2][…]
Vəfat tarixi 11 yanvar 1955(1955-01-11)[3][1][…] (72 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti İtaliya krallığı, İtaliya Sosialist Respublikası
Qoşun növü İtaliya Kral Ordusu
Xidmət illəri 1903–1945
Döyüşlər
Təltifləri Knight Grand Cross of the Military Order of Savoy Order of St. Sylvester Silver Medal of Military Valour Bronze Medal of Military Valour Commemorative Medal for the Italo-Austrian War 1915-1918 Knight Grand Cross of the Order of Saints Maurice and Lazarus Knight Grand Cross of the Colonial Order of the Star of Italy Knight grand cross of the order of the crown of Italy Maurician medal gold medal to award long periods of command in the Italian military Commemorative Medal of the African Campaigns Commemorative Medal for the Italo-Turkish War 1911-1912 Commemorative Medal of the Unity of Italy commemorative medal of the military operation in East Africa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, hərbi karyerasına 1903-cü ildə başlamışdır. 1906-cı ildə ikinci leytenant rütbəsinə layiq görülmüşdür. Birinci Dünya Müharibəsindən əvvəl EritreyaLiviyada, sonra MakedoniyaTripolidə xidmət etmişdir . 1920-ci illərdə o, Liviyada olan italyan hərbi qüvvələrinə komandanlıq etmişdir. 1926-1930-cu illər arasında o, Liviyada İtaliyan Kirenaikasının qubernatorunun köməkçisi vəzifəsini icra etmişdir. 1930-cu ildə Kirenaikanın qubernatoru olmuşdur. O, 1930-1934-cü illərdə İtaliyanın Liviya qüvvələrinin baş komandanı, 1936-1937-ci illərdə İtaliyanın Somali qubernatoru, 1938-ci ildən isə İtaliyan Şərqi Afrikasının fəxri qubernatoru vəzifələrində işləmişdir. 1935-1936-cı illərdə İkinci İtaliya-Həbəş müharibəsi zamanı cənub cəbhəsinin komandiri olmuşdur.

Bədəvilərə qarşı hücumlar təşkil etmişdir. 1936-cı ildə Efiopiyanın regenti (kral köməkçisi) olmuşdur. O, Liviya İtaliya Qüvvələrinin baş komandanı olarkən Liviyadakı 20 ildir davam edən müqaviməti yox etdiyinə görə marşal rütbəsinə layiq görülmüşdür. O, Liviya Müqavimətinin lideri hesab olunan Ömər Muxtarın asılmasını əmr etmişdir. 1939-1941-ci illərdə İtaliyanın Baş Qərargah rəisi vəzifəsində işləmişdir.

İkinci Dünya Müharibəsinin əvvəllərində, Regio Esercito Baş Qərargah rəisi idi. Feldmarşal İtalo Balbo 28 iyun 1940-cı ildə dost atəşi ilə həlak olduqdan sonra onu İtaliyan Şimali Afrikasının baş komandanı və Liviya general-qubernatoru kimi əvəz etdi. Avqustun 8-də İtaliya diktatoru Benito Mussolini tərəfindən İtaliyanın 10-cu Ordusuna Misiri işğal etmək əmri verildi. 1940-cı ildə Misirə qarşı hücumda Ser Archibald Wavell tərəfindən qəti şəkildə məğlub edildi və vəzifəsindən istefa verdi. 1943-cü ildə İtaliyada atəşkəs əldə edildikdən sonra Benito Mussolininin alman dəstəyi ilə qurduğu İtaliyan Sosialist Respublikasında hərbi nazir vəzifəsinə gətirilmiş və partizanlara qarşı mübarizədə aktiv formada iştirak etmişdir. General Alfredo Quzzoninin rəhbərliyi altında olan qarışıq İtalyan-Alman Ordu Qrupu Liquriyaya (Armee Ligurien) rəhbərlik edənlərdən biri olmuşdur. 1944-cü ilin dekabrında Qarfaqnana döyüşündə müttəfiqlər tərəfindən məğlubiyyətə uğradılmışdır.

1945-ci ildə İkinci Dünya Müharibəsinin sonunda Amerika hərbçiləri tərəfindən əsir götürülmüş və müxtəlif məhkəmələrdə mühakimə olunmuşdur. Müttəfiqlərin nəzarətini altına verilməzdən əvvəl Milanda San Vittore Həbsxanasında bir neçə gün keçirmişdir. O, 1946-cı ilin fevralına qədər orada qalmış və sonradan Amerikanın nəzarətində yenidən Afrikaya gətirilmişdir. Daha sonra sui-qəsd və ya edam edilmə təhlükəsi ilə əlaqədar olaraq Müttəfiq qüvvələr tərəfindən İtaliyanın Procida həbsxanasına qaytarılmışdır.

Nasistlərlə əməkdaşlıq etdiyinə görə 1948-ci ildə İtaliya Hərbi Məhkəməsi tərəfindən 19 il həbs cəzasına məhkum edilsə də, bir neçə ay cəza çəkdikdən sonra azadlığa çıxmağı bacarmışdır. 1950-ci illərin əvvəllərində o, neofaşist “Movimento Sociale Italiano” ilə birləşərək bəzi siyasi fəaliyyətlərlə məşğul olmuş və 1953-cü ildə bu İtaliya partiyasının “Fəxri prezidenti” elan edilmişdir.

O, 11 yanvar 1955-ci ildə Romada təbii səbəblərə görə həyatını itirmişdir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Rodolfo Graziani, marquess di Neghelli // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Грациани Родольфо // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.