Rufik Afis oğlu İsmayılov (azərb. İsmayılov Rufik Afis oğlu; 25 iyun 1982, Nərimanlı, Vardenis rayonu) — Azərbaycan jurnalisti. Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) üzvü (2017).
Rufik İsmayılov | |
---|---|
Doğum tarixi | 25 iyun 1982 (42 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Fəaliyyət illəri | 2003-cü ildən |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Rufik İsmayılov 25 iyun 1982-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında — Vardenis rayonunun Nərimanlı (indiki: Şatvan) kəndində anadan olub. Ailəsi 1988-ci ildə Ermənistan siyasi rəhbərliyinin deportasiya siyasətinə məruz qalıb, Azərbaycanın Bakı şəhərində məskunlaşıb[1].
1998-ci ildə Bakı şəhəri Nəsimi rayonu Milli Qəhrəman Yusif Mirzəyev adına 44 saylı tam orta məktəbi bitirib. 1999–2003-cü illərdə Müstəqil Azərbaycan Universitetində (MAU) Jurnalistika ixtisası üzrə ali təhsil alıb.
2005–2007-ci illərdə Naxçıvan Dövlət Universitetində (NDU) "Mətbuat tarixi" istiqaməti üzrə magistr təhsili alıb.
12.07.2007–01.07.2008-ci illərdə həqiqi hərbi xidmətdə olub[1].
2011–2015-ci illərdə Bakı Dövlət Universitetində (BDU) doktorantura ("Mətbuat tarixi və ideoloji iş" kafedrası) təhsili alıb.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Davamlı insan inkişafı" proqramı üzrə qısamüddətli ixtisasartırma kursu keçib.
Ailəlidir, iki övladı var.
Əmək fəaliyyətinə 2003-cü ildə "Azad Azərbaycan" qəzeti ilə əməkdaşlıqla başlayıb.
2005-ci ildən "525-ci qəzet"də müxbir vəzifəsində çalışıb.[1].
2005-ci ilin avqust ayında NDU-da magistraturaya qəbul olduğundan iş yerini də dəyişib, Naxçıvan Muxtar Respublıkası (NMR) Ali Məclisinin və Nazirlər Kabinetinin rəsmi orqanı olan "Şərq qapısı" qəzetində fəaliyyətini davam etdirib, müxbir, məsul katib müavini, məsul katib vəzifələrində çalışıb.[1].
2007-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırıldığından öz ərizəsi əsasında işdən azad edilib. 2008-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra NMR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin "İctimai-siyasi verilişlər Baş Redaksiyası"nda Redaktor vəzifəsinə təyinat alıb.
2008-ci ildə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilərək Bakı şəhərinə qayıdıb. 2009–2012-ci illərdə "525-ci qəzet"də müxbir, prezident müxbiri vəzifələrində çalışıb.
2012-ci il yanvar ayının 16-dan "Kaspi" qəzetində əmək fəaliyyətini davam etdirir. Hazırda bu mətbu orqanın parlament müxbiridir.
2017-ci ildən Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) üzvüdür. Peşə fəaliyyəti ilə əlaqədar olaraq Fransa, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstanda səfərlərdə olub.
2008-ci ildən "ELS" Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyində intervüer, supervayzer və koordinator kimi də fəaliyyət göstərib. Azərbaycanda keçirilən prezident, parlament və bələdiyyə seçkilərində müxtəlif rayonlarda ekzitpol tədqiqatının, həmçinin sosioloji rəy sorğularının keçirilməsinə nəzarət edib.
23 dekabr 2019-cu il tarixdə Azərbaycanda keçirilən bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən Nəsimi bələdiyyəsi üzvlüyünə müstəqil namizəd olub.
9 fevral 2020-ci il tarixdə Azərbaycanda Milli Məclisə keçirilən seçkilərdə 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputatlığa müstəqil namizəd olub.
Rufik İsmayılov əmək fəaliyyəti dövründə müxtəlif seminarlara qatılıb. Müxtəlif vaxtlarda iştirak etdiyi fərdi jurnalist yazı müsabiqələrində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının[2], Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin[3], Yeni Azərbaycan (YAP) və Sisial Rifah (ASRP) partiyalarının, Bakı Dövlət Universitetinin, "Avromed" MMC-nin, "Kaspi", "Xalq" qəzetlərinin diplom və mükafatlarına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2020-ci ildə imzaladığı sərəncamla kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb.[4]