Avrasiya Gömrük İttifaqı — Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin Gömrük İttifaqı. 2015-ci ildə AİB qurulmadan əvvəl Avrasiya İqtisadi Qrupuna qatılan ölkələr arasından yalnız üç ölkənin (Rusiya, Belarus və Qazaxıstan) gömrük birliyi var idi və beləliklə Avrasiya İqtisadi Qrupuna əsaslanan Gömrük Birliyi idi. AİQ-nda üzvlüyü olan ölkələr üçün seçim idi.
Avrasiya Gömrük İttifaqı | |
---|---|
rus. Таможенный союз ЕАЭС | |
Yaranma tarixi | 1 iyul 2010 |
eurasiancommission.org | |
Vikianbarda əlaqəli mediafayllar |
AİB qurulduqda (sələfindən fərqli olaraq) ümumi gömrük ittifaqı AİB-nin ayrılmaz hissəsinə çevrildi və bütün üzv ölkələrin AİB-nə daxil olduqları andan avtomatik olaraq Gömrük İttifaqına daxil olurlar. Eyni zamanda Gömrük İttifaqında iştirak edən ölkələr (1 yanvar 2015-ci il tarixində AİB yaranana qədər)[1] və üçüncü ölkələrlə ticarət edərkən vahid gömrük tarifləri və digər tənzimləmə tədbirlərini tətbiq etməyə davam edirlər.
Gömrük İttifaqına üzv ölkələr:
Namizədlər:
1995-ci ildə Qazaxıstan, Rusiya, Belarus və bir qədər sonra Qırğızıstan, Özbəkistan və Tacikistan rəhbərləri, sonradan Avrasiya İqtisadi Birliyinə çevrilən Gömrük İttifaqının qurulması haqqında ilk müqaviləni imzaladılar[4].
6 oktyabr 2007-ci ildə Düşənbədə Belarus, Qazaxıstan və Rusiya vahid gömrük ərazisinin qurulması və Gömrük İttifaqının təşkili haqqında saziş imzaladılar.
2009-cu ildə dövlət və hökumət başçıları səviyyəsində keçirilən görüşdə Gömrük İttifaqının əsasını təşkil edən 40-a yaxın beynəlxalq müqavilə qəbul edildi və təsdiq edildi[5].
28 noyabr 2009-cu il tarixdə Minskdə Dmitri Medvedyev, Aleksandr Lukaşenko və Nursultan Nazarbayev arasında 2010-cu il yanvarın 1-dən Rusiya, Belarusiya və Qazaxıstanda vahid gömrük məkanının qurulması üçün görüş keçirildi.
2010-cu ilin yanvar ayında üç ölkənin Ümumi Gömrük Tarifi qüvvəyə mindi.
2010-cu ilin yazında iştirakçı ölkələrin liderləri arasında fikir ayrılıqları yarandı və 28 mayda Rusiyanın Baş naziri Vladimir Putin Gömrük İttifaqının Belarusun iştirakı olmadan fəaliyyətə başlaya biləcəyini açıqladı.
2010-cu ilin iyul ayından etibarən, Vahid Gömrük Məcəlləsi[6][7], Birlik üzv ölkələrin ərazisində (Belarus daxil olmaqla) qüvvəyə mindi.
1 aprel 2011-ci ildə Rusiya ilə Belarus sərhəddində nəqliyyat nəzarəti ləğv edildi. Gömrük İttifaqının sərhədlərinin xarici konturuna köçürüldü[8].
1 iyul 2011-ci ildə bütün gömrük nəzarəti eyni zamanda Gömrük İttifaqının sərhədlərinin xarici konturuna keçirildi[9]. Daxili sərhədlərdə sərhəd və miqrasiya nəzarəti təmin edildi.
1 yanvar 2018-ci il tarixində Avrasiya İqtisadi Birliyinin məcəlləsi qüvvəyə mindi[10].
Mallar ixrac edilərkən, ƏDV-nin sıfır dərəcəsi və ya aksiz vergilərinin ödənilməsindən (ödənilmiş məbləğin geri qaytarılması) azad olma, ixrac faktının sənədli şəkildə təsdiqlənməsi şərtilə tətbiq edilir.
Belarus Respublikasından və ya Qazaxıstan Respublikasından Rusiya Federasiyasına mallar idxal edilərkən Rusiya vergi orqanları tərəfindən ƏDV və aksiz vergiləri tutulur.
Rusiya Federasiyasının ərazisində iş görərkən və xidmət göstərərkən Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq vergi bazası, dərəcələri, yığım qaydası və vergi güzəştləri (vergitutma azadlığı) müəyyən edilir[11].
Gömrük İttifaqı və Vahid İqtisadi Məkan daxilində beynəlxalq öhdəliklərə uyğun olaraq Rusiya 85,33%, Qazaxıstan - 7,11%, Belarusiya - 4,55%, Qırğızıstan - 1,9%, Ermənistan 1.11% idxal gömrük rüsumlarının məbləğindən gəlir əldə edir[12].
Miqrant işçilər AİB Gömrük İttifaqına üzv dövlətlərin (Qazaxıstan, Belarusiya, Ermənistan, Qırğızıstan) vətəndaşları - Rusiya Federasiyasında işləmək üçün patent almaq lazım gəlmir. Onlar Rusiya vətəndaşları ilə əmək hüquqlarında bərabərdirlər[13].