Rusiya Ermənistanı

Ermənistan, Rusiya və Osmanlı imperiyası arasında bölünmüş halda, 1900-cü il.

Rusiya Ermənistanı 1828-ci ildən bəri Rusiya imperiyasının hakimiyyəti altında olan erməni tarixinin dövrüdür. Şərqi Ermənistan, 1826–1828-ci illər İran-Rusiya müharibəsində İranın məğlubiyyətindən sonra Rusiya ilə imzalanmış Türkmənçay müqaviləsi ilə Rusiya İmperiyasının bir hissəsi oldu.[1] Şərqi Ermənistan 1917-ci ildə Rusiya İmperiyasının süqutuna qədər Rusiya İmperiyasının tərkibində qalmışdır.

Rusiyanın 1801-ci ildə Gürcüstanın Kartli-Kaxetiya Krallığını ilhaq etməsi, Cənubi Qafqazda mühüm bir dayaq nöqtəsinə sahib olmaları ilə birlikdə həm də, yeni bir mərhələnin başlanmasına səbəb oldu. Bu tarixdən sonrakı otuz illik müddət ərzində Rusiya Osmanlı İmperiyasıİran hesabına Qafqazdakı ərazisini genişləndirməyə çalışdı. Rusların bölgəyə səfərləri müharibədə iştirak edən yepiskop Nerses Ashtaraketsinin başçılığı ilə ermənilər arasında coşqulu dəstək tapdı[2][3]. 1804–1813-cü illər Rus-İran müharibəsi zamanı ruslar Gülüstan müqaviləsi ilə Şərqi Ermənistanın yalnız şimal hissəsini fəth edərək öz ərazilərinə qatmağı bacardılar.

1826-cı ildə Gülüstan müqaviləsini pozan ruslar İranın İrəvan xanlığının bir hissəsini işğal etdilər[4][5]. Bu, 1826–1828-ci illər İran-Rusiya müharibəsini başlatdı. Müharibənin başlaması ilə Rusiyanın Təbrizə kimi İranı işğal etməsi iranlılar üçün daha böyük bir fəlakətə səbəb oldu. Müharibənin sonunda, 1828-ci ildə Türkmənçay müqaviləsi ilə İran, Azərbaycanın qalan hissəsi ilə yanaşı, İrəvan xanlığıNaxçıvan xanlığı da daxil olmaqla, Azərbaycanın bölgələrini də tərk etmək məcburiyyətində qaldı. 1828-ci ildə İranın Şərqi Ermənistandakı bir əsrlik hakimiyyəti rəsmi olaraq sona çatdı.

XIV əsrin ortalarına qədər Şərqi Ermənistanda ermənilər çoxluq təşkil edirdi. XIV əsrin sonlarında, Əmir Teymurun səfərlərindən sonra İslam dini hakim dinə çevrildi və ermənilər Şərqi Ermənistanda azlıq təşkil etməyə başladılar. İran Ermənistanın əhalisinin təxminən 80% -i müsəlmanlar (farslar, türklərkürdlər) olsa da, xristian ermənilər təxminən 20%-lik bir etnik azlığı təşkil edirdi. Rusiya hakimiyyəti İran Ermənistanını ələ keçirdikdən sonra etnik nizam dəyişdi və ilk dörd əsrdən bəri ilk dəfə olaraq etnik ermənilər tarixi Ermənistanın bir hissəsində növbəti dəfə etnik çoxluq təşkil etdilər. Yeni Rusiya rəhbərliyi etnik ermənilərin bölgəyə İran və Osmanlılardan gələrək məskunlaşmasını təşviq etdi. Nəticədə 1832-ci ildə etnik ermənilərin sayı müsəlmanların sayına çatdı. Lakin Krım müharibəsindən93 müharibəsindən sonra ermənilərin regionda məskunlaşması ilə etnik ermənilər Şərqi Ermənistanda bir daha tam əksəriyyəti təşkil etdilər[6]. Ancaq İrəvan şəhərində XX əsrə qədər müsəlmanlar əksəriyyət olaraq qalmışdırlar[6]. Səyyah H. F. B. Linçin sözlərinə görə, 1890-cı illərin əvvəllərində şəhərdə təxminən 50% erməni və 50% müsəlman (azərbaycanlılarfarslar) var idi.

  1. Timothy C. Dowling Russia at War: From the Mongol Conquest to Afghanistan, Chechnya, and Beyond Arxivləşdirilib 2017-08-07 at the Wayback Machine pp 729 ABC-CLIO, 2 dec. 2014 ISBN 1598849484
  2. Ternon, Yves. Les Arméniens. Paris: Seuil, 1996 ISBN 2-02-025685-1 pp. 46–47
  3. Bournoutian, George. "Eastern Armenia from the Seventeenth Century to Russian Annexation" in The Armenian People From Ancient to Modern Times: Vol. II: Foreign Dominion to Statehood: The Fifteenth Century to the Twentieth Century. Hovannisian, Richard G. (ed.) New York: Palgrave Macmillan, 1997 ISBN 1-4039-6422-X pp. 103–104
  4. Iranian-Russian Encounters: Empires and Revolutions since 1800|tarih=2013|yayıncı=Routledge|isbn=978–0415624336|sayfa=63|alıntı=Perhaps the most important legacy of Yermolov was his intention from early on to prepare the ground for the conquest of the remaining khanates under Iranian rule and to make the River Aras the new border. (…) Another provocative action by Yermolov was the Russian occupation of the northern shore of Lake Gokcha (Sivan) in the Khanate of Iravan in 1825. A clear violation of Golestan, this action was the most significant provocation by the Russian side. The Lake Gokcha occupation clearly showed that it was Russia and not Iran which initiated hostilities and breached Golestan, and that Iran was left with no choice but to come up with a proper response.
  5. Russia at War: From the Mongol Conquest to Afghanistan, Chechnya, and Beyond|tarih=2015|yayıncı=ABC-CLIO|isbn=978–1598849486|sayfa=729|alıntı=In May 1826, Russia therefore occupied Mirak, in the Erivan khanate, in violation of the Treaty of Gulistan.
  6. 1 2 soyadı1=Bournoutian|ad1=George A.|authorlink=George A. Bournoutian|başlık=The Population of Persian Armenia Prior to and Immediately Following its Annexation to the Russian Empire: 1826–1832|tarih=1980|yayıncı=The Wilson Center, Kennan Institute for Advanced Russian Studies|ref=harv, s. 13