Navalnı 2021 17 yanvar tarixində Rusiyaya qayıtdı və şərti cəza şərtlərini pozmaqda günahlandırılaraq, hava limanında saxlanıldı.[20] O, qayıtmadan əvvəl Federal Həbsxana Xidməti Navalnının Moskvaya qayıtdığı anda həbs edilə biləcəyini demişdi. Səbəb kimi, ona verilən şərti azadlıq hüququnu pozduğunu göstərən orqan onun Rusiyaya gəldiyində həbs edilməsinin zəzuri olduğunu bildirdi.[21] Navalnı 2014-cü ildə İves Roçer işinə görə şərti cəza almışdı, o, bu hadisənin siyasi zəmində ona qarşı, qəsdən ortaya atıldığını iddia etmiş və Avropa İnsan Hüquqları Məhkəməsi Navalnının ədalətsiz şəkildə məsuliyyətə cəlb edildiyini bəyan etmişdi.[22][23]Rusiya Təhqiqat Komitəsi də Navalnının məsələsində saxtakarlıq faktlarını araşdırdığını bildirmişdi.[24]
Məhkəmə 18 yanvar tarixində Navalnının şərti azadlığından sui-istifadə etdiyi üçün 15 fevrala qədər saxlanılmasına xitam verdi. Müvəqqəti məhkəmə Navalnının saxlanıldığı polis şöbəsində təşkil edilmişdi. Məhkəmənin digər iclası 29 yanvarda təşkil ediləcək və onun şərti cəzasının həbs cəzası ilə dəyişdirilib-dəyişdirilməməsi müzakirə ediləcəkdi.[25] Navalnı bu proseduru "ən yüksək qanunsuzluq" olaraq adlandırdı. O, həmçinin, öz tərəfdarlarını küçələri tutmağa çağırdı:"Səssiz qalmayın. Müqavimət göstərin. Küçələri tutun - mənim üçün yox, özünüz üçün". Navalnının regional şəbəkəsinin sədri Leonid Volkov 23 yanvarda bütün ölkə ərazisində etirazların təşkil edilməsinə hazırlaşdıqlarını dedi.[26]
Navalnı həbsdə olarkən, 19 yanvarda o və onun Korrupsiya ilə Mübarizə Fondu tərəfindən hazırlanan, Putini korrupsiya ilə ittiham etdikləri video paylaşıldı. Bu video da bir tərəfdən insanlara küçəyə çıxmağa cəsarətləndirdi.[27] Etirazlar başlamadan əvvəl, video YouTube üzərində 60 000 000 baxış sayına çatmışdı.[28]
20 yanvar tarixində dövlət kommunikasiya nəzarətçisi RoskomnadzorVKontakte və TikTok sosial şəbəkələrindən etirazlara çağırış edən videoların dayandırılmasını tələb etdi.[29]
21 yanvarda polis Lyubov Sobol da daxil olmaqla, Navalnının köməkçi və müttəfiqlərindən bir neçəsini həbs etməyə başladı.[30] Onlardan bəziləri həbs edildi və cərimələndi, Sobol isə buraxıldı.[31]Daxili İşlər Nazirliyi də etirazlara qoşulma çağırışı edənləri həbslə təhdid etdi. Baş Prokurorluq Roskomandzora etirazlara səsləyən bütün səhifələrə çıxışı blok etməyi tapşırdı.[32]
22 yanvarda Daxili İşlər Nazirliyi Moskva Baş Müdiriyyəti etirazlara çağırış edənlər və ya iştirak edəcəklərə xəbərdarlıq edən açıqlama yaydı. Açıqlamada "iştirakçılar tərəfindən provokativ hərəkətlərlə" yanaşı, icazəsiz hər hansı bir etiraz aksiyası təşkil etməsi "ictimai asayişin pozulması" kimi sayılacağı və "dərhal basdırılacağı" bildirildi.[33] Sosial medya şəbəkələri də etirazlar haqqında məlumat verən paylaşımları silməyə başladı. VK etirazlar haqqında yazan bir çox səhifəni blokladı və bunun Baş Prokurorluq Ofisi tərəfindən tələb edildiyini istifadəçilərə bildirdi.[34] Roskomnadzor, həmçinin, VK, Instagram, TikTok və YouTube-un "qeyri-qanuni kütləvi aksiyada uşaqları iştirak etməyə çağıran" bəzi kontentləri də blok etdiyini açıqladı.[35]
Etirazlar Rusiyanın 100-dən çox şəhər və qəsəbəsində keçirildi.[36]
Reuters ən az 40 000 insanın Moskvada toplaşdığını iddia etdi.[37] Hökumət sadəcə 4 000 insanın toplaşdığını desə də, digərləri bu rəqəmin 15000-20000 olduğunu iddia etdi.[38][39] Polis etirazlar başlamadan əvvəl bəzi aksiya iştirakçılarını saxlamağa başladı.[6] Aleksey Navalnının arvadı Yuliya Navalnaya və həmkarı Lyubov Sobol Moskavadakı aksiyada iştirak etdikdən sonra saxlanıldı. Navalnaya 3 saat saxlanıldıqdan sonra sərbəst buraxıldı.[40] Etirazçılar və polis arasında toqquşmalar başladı.[6] Dövlət medyası 40-a yaxın polis əməkdaşının yaralandığını açıqladı. Rusiya Təhqiqat Komitəsi polisə qarşı zorakılıq edənlərlə bağlı istintaq araşdırması başlatdığını dedi.[41]
Tayga.infoya görə, 4000 nəfər Novosibirskdə toplaşmışdı. Polis güc istidafə edərək etirazı dağıtmağa başladı. OVD-Info 100-dən çox insanın saxlanıldığını dedi.[42]
Yekaterinburqda saxlanılanlarla bağlı təxmini rəqəmlər 5000-11000 arası dəyişir. Burada polis və etirazçılar arasında gedən toqquşmalarda aksiyaçılar polis zabitlərinə qar topları və tüstü bombaları ilə qarşılıq verirdi.[6]
Permdə saxlanılanlarla bağlı təxmini rəqəmlər 3000-1000 arası dəyişir.[8]
Rusiyanın bəzi şəhərlərində telefon və internet sürəti kəsilmişdi. Kommunikasiya probleminin qeydə alındığı şəhərlərə Moskva, Sankt-Peterburq, Krasnodar, Tümen, Çelyabinsk, Yekaterinburq, Voronej, Rostov-na-Donu və Saratov daxildir. Rusiyalı Twitter istifadəçiləri şəbəkəyə daxil olmaqla bağlı problemlər olduğunu bildirirdi.[43]
OVD-Info Moskva saatı ilə 10:30-a qədər artıq ölkə ərazisində 1000-i Moskva olmaqla, ölkə boyunca 2662 nəfərin saxlanıldığını bildidi.[2][3]
Navalnının köməkçisi Leonid Volkov Navalnının komandasının gələn həftəsonu da aksiya təşkil etməyi planlaşdırdığını dedi.[6][44]
Hollandiya, Haaqada təqribən 250 nəfər etiraz üçün toplaşmışdı.[8][45]
Almaniya, Berlində təqribən 1000 etirazçının bir araya gəldiyi deyildi.[45]
İsrail, Tel-Əvivdə təxmini 1500-2000 nəfər Rusiya səfirliyinin yaxınlığında toplaşdı. COVID-lə əlaqəli qadağalar səbəbindən aksiya təşkilatçıları etirazçıların dağılışmağını istədi. Bu zaman bir neçə yüz nəfər etirazçı Rusiya səfirliyinə doğru hərəkət etdi. 600-1000 nəfər aksiyaçının Hayfadakı mitinqdə toplaşdığı təxmin edilir.[45][46][47]
Danimarka, Kopenhagendə 150-yə yaxın insan Rusiyanın buradakı səfirliyi qarşısına toplaşdı.[48]
İsveç, Stokholmda təxminən 80 nəfər Rusiya səfirlik binasının yanına gəldi.[49] Götenburqda isə 20 nəfər Rusiya konsulluğu ətrafında toplaşdı.[50]