Rusiyada kənd təsərrüfatı — Rusiya iqtisadiyyatının bir hissəsini təşkil edən təsərrüfat sahələrindən biri.
Ölkənin geniş ərazisində mövcud olan təbii şərait burada kənd təsərrüfatı üçün o qədər də əlverişli deyildir. Ümumi torpaq fondunun cəmi 13%-i kənd təsərrüfatına yararlı torpaqlardan ibarətdir ki, bu torpaqların da cəmisi 8%-ni əkirlər.
Rusiyanın kənd təsərrüfatı özünün böyük torpaq ehiyatları və daxili tələbatı fonunda elə də çox yüksək inkişaf etməmişdir. Ölkədə kənd təsərrüfatı sahəsində islahatlar zəif aparılır, texniki təminat isə aşağı səviyyədədir. Hər il ölkəyə xaricdən çoxlu kənd təsərrüfatı məhsulları idxal edilir.
Rusiyanın kənd təsərrüfatı çoxsahəlidir. Kənd təsərrüfatı məhsullarının ümumi dəyərinin yarısı əkinçiliyin, yarısı isə heyvandarlığın payına düşür.
Rusiyada heyvandarlıq sahəsi bitkiçiliyə nisbətən daha yaxşı inkişaf etmişdir. Belə ki, heyvandarlıq ölkənin hər yerində yayılmışdır.
Heyvandarlıq ölkənin kənd təsərrüfatı məhsullarının 60%-dən çoxunu verir. 2012-ci ilin əvvəllərində iri buynuzlu heyvanların sayı 20 milyon, qoyun-keçi 23 milyon baş olmuşdur. Ən geniş yayılan iribuynuzlu mal-qara və donuzçuluqdur. Meşə və meşə çöl zonalarında südlük-ətlik, cənub çöl zonalarında ətlik-südlük istiqaməti əsas yer tutur.
Daha quraq cənub rayonlarında ətlik-heyvandarlıq və qoyunçuluq yayılmışdır.
İntensiv əkinçilik rayonlarında və şəhərlərin ətrafında donuzçuluq və quşçuluq kompleksləri yaradılıb.
Donuzçuluq Mərkəz Qaratorpaq, Şimali Qafqazın Rostov, Krasnodar və Stavrapol ərazilərində və iri şəhərlərin ətraflarında cəmləşmişdir.
Qoyunçuluq Şimali Qafqaz, Altay, Şərqi Sibirdə, maralçılıq şimal rayonlarında inkişaf etmişdir.
Şimalın tundra və meşə-tundra otlaqlarında maralçılıq geniş yayılıb. Eyni zamanda Altayda buynuzundan dərman hazırlanan xallı maralçılıq inkişaf etdirilir.
Rusiyada xəz-dəri heyvandarlığı şimal və Sibir istiqamətlərində yerləşir. Sibir, Uzaq Şərq və Şimalda xəz dərili heyvanlar saxlanılan təsərrüfatlar vardır.
Rusiyada taxılçılıq əsas yer tutur. Belə ki, ölkənin əkin yerlərinin 57%-ə qədərini taxıl bitkiləri tutur.
Taxılçılıq üzrə ixtisaslaşmış iri rayonları Şimali Qafqaz, Volqaboyu, Mərkəzi Qaratorpaq və Sibirdir.
Meşə zonasında boz taxıl növləri – darı, çovdar, arpa, vələmir, qarabaşaq və s.; meşə-çöl və çöl zonalarında buğda və qarğıdalı əkilir. Taxılçılıq yaz və payızda səpilən zonalara bölünür. Payızlıq qalın qar örtüyü olan Avropa hissəsində, yazlıq şərq rayonlarında yerləşir. Ölkənin bütün əkinçilik zonalarında yayılıb. Bu taxıl növlərinin müxtəlifliyi ilə bağlıdır. Taxılın məhsuldarlığı aşağıdır. İldə 94 milyon tona qədər taxıl toplanır. Taxıl rayonlarında məhsuldarlıq 2011-ci ildə 22 sen/ha olmuşdur ki, bu da daxili tələbatı ödəmir.
Texniki bitkilərdən ən geniş yayılanı kətan lifi, günəbaxan, şəkər çuğunduru, soya, tənbəki becərilir.
2011-ci ildə kartof 12.7 milyon ton, şəkər çuğunduru 42.7 milyon ton, günəbaxan 9 milyon ton istehsal olunmuşdur.
Şəkər çuğunduru və şəkər istehsalı Mərkəzi Qaratorpaq, Şimali Qafqaz və Altay diyarındadır. 2011-ci ildə 43.0 milyon ton şəkər çuğunduru yığılmışdır.
Günəbaxan əkinləri əsasən Şimali Qafqazda və Voqaboyundadır.
Daha çox rütubət sevən kətan bitkisi (parça və kəndir hazırlanır) əsasən Şimal-Qərb, Şimal və Volqa-Vyatka rayonlarında yerləşir. 9 milyon ton məhsul yığlıb.
Soya bitkisi Uzaq Şərqin Cənub rayonlarında becərilir.
Kartof və tərəvəz əkinlərinin coğrafiyası daha genişdir. Kartof əkinləri Rusiya Federasiyasının Avropa hissəsində, tərəvəz Şimali Qafqaz, Mərkəz və Mərkəzi Qaratorpaqda və iri şəhərlərin ətraflarında becərilir.
Bağçılıq RF Avropa hissəsinin Mərkəz və Cənub rayonlarında, Volqaboyunda və başqalarında inkişaf etmişdir.
Rusiya Federasiyasından olan iş adamları Azərbaycanın Samux rayonunda istixanalarda tərəvəz yetişdirmək üçün istehsallar yardılıblar.