Rusiya iqtisadiyyatı

Rusiya iqtisadiyyatı keçid mərhələsində kəskin dəyişikliklərə məruz qalmışdır. İnkişaf səviyyəsi xeyli çoxalmışdır. Təsərrüfatın sahə strukturunda əsas yeri xammal hasilatı tutur. Təsərrüfatın strukturu sənayeləşmə dövründə hasilat sahələri hesabına xeyli “yüngülləşmişdir”. Təsərrüfatın ərazi strukturu, sosial-iqtisadi, təbii şərait və ərazi əmək bölgüsünün təsiri nəticəsində əmələ gəlib. Ölkənin ümumdaxili məhsulunun 41%-ni istehsalı sahələri – sənaye, kənd təsərrüfatı, tikinti, 50% xidmət sahələri – nəqliyyat, rabitə, ticarət və xidmət sahələri , yerdə qalan 9%-ni isə vergidən yığılan vəsaitlər təşkil edir. Xammalla sıx bağlı olan sahələrin əksəriyyəti hasilat yerlərində inkişaf edir. Onların sonrakı emal sahələri, xüsusilə emal sənayesi iri şəhərlərdə yerləşir. Əvvəllər iqtisadi cəhətdən güclü olan ölkələr sırasında durduğu halda hazırda xeyli geriləmişdir. Hazırda adambaşına düşən ÜDM həcminə görə nəinki inkişaf etmiş, hətta Meksika, Braziliya, Argentina və b. bir sıra digər ölkələrdən geri qalır. Rusiya üçün Avropaya inteqrasiyanın əhəmiyyəti böyükdür. Lakin 2008-ci ildə Gürcüstana müdaxiləsi, Ukrayna ilə qaz mübadiləsi və uzun müddət Avropaya verilən qazın kəsilməsi onun Avropaya inteqrasiyasına ziyan vurdu.

Rusiya iqtisadiyyatı
Moskva Beynəlxalq Biznes Mərkəzi
Moskva Beynəlxalq Biznes Mərkəzi
Valyuta Rusiya rublu (RUB, ₽)
Büdcə ili təqvim ili[1]
Ticarət təşkilatları BRICS, ÜTT, QİÖF, MDB, ASİƏ, Aİİ, G20 və digər təşkilatlar
Ölkə qrupu
Statistika
ÜDM
  • $1.4 trillion (nominal, 2020 təxm.)[4]
  • $4.0 trilyard (AQP, 2020)[4]
ÜDM sıralaması
Adambaşına düşən ÜDM
  • $9,972 (nominal, 2020)[4]
  • $27,393 (AQP, 2020)[4]
Adambaşına düşən ÜDM sıralaması
  • 61-ci (nominal, 2020)
  • 50-ci (AQP, 2020)
Sektorlarına görə ÜDM
İnflyasiya (İQİ) 3.2% (2020 təxm.)[4]
Uçot faiz dərəcəsi 20% (mart 2022)[6]
Yoxsulluq həddindən aşağı olan əhali
  • Positive decrease 12.9% (2018)[7]
  • Mənfi artış 2.2% günlük $5.50-dan daha az qazanır (2020f)[8]
Cini indeksi Mənfi artış 37.5 orta (2018, Dünya Bankı)[9]
İnsan İnkişafı İndeksi
İşçi qüvvəsi
  • 73,023,442 (2019)[12]
  • 59.8% məşğulluq dərəcəsi (2018)[13]
Məşğulluğa görə işçi qüvvəsi
İşsizlik səviyyəsi
  • Mənfi artış 5.6% (avqust 2020)[4]
  • Mənfi artış 4.5% gənc işsizlik (15-24 yaş arası gənclər; sentyabr, 2020)[14][15]
Orta aylıq gəlir RUB 46,057 / €497 / $584 aylıq (2019)
Orta aylıq mənfəət RUB 40,070 / €433 / $509 (2019)
Biznesin qurulma asanlığı indeksi 28-ci (çox rahat, 2020)[16]
Xarici ticarət
İxrac $353 milyard (2019)[1]
İxrac məhsulları Neft və neft məhsulları, təbii qaz, metallar, meşə və meşə məhsulları, kimyəvi maddələr və müxtəlif növ sivil və hərbi aparatlar
İxrac tərəfdaşları
İdxal $238 milyard (2019)[1]
İdxal məhsulları Maşınqayırma aparatları, maşınlar, dərman məhsulları, plasmas, yarı-hazır metallar, ət, meyvə və qoz, optik və tibbi alətlər, dəmir, polad
İdxal tərəfdaşları
BXİ indeksi
  • $535.2 milyard (31 dekabr 2017 təxm.)[1]
  • Xaricdə: $470.9 milyard (31 dekabr 2017 təxm.)[1]
Cari hesab $35.44 milyard (2017 təxm.)[1]
Xarici borc Mənfi artış $539.6 milyard (31 dekabr 2017 təxm.)[1]
Dövlət maliyyəsi
İctimai borc
  • ÜDM-nin 10.6%-i (2017)[18]
Büdcə balansı
  • ÜDM-nin −1.4%-ü (2017)[1]
Gəlirlər 258.6 milyard (2017 təxm.)[1]
Xərclər 281.4 milyard (2017 təxm.)[1]
Kredit sıralaması
Xarici ehtiyatlar $542.9 milyard (1 noyabr 2019)[24]
Əksi qeyd olunmayıbsa, bütün məlumatlar ABŞ dolları ilədir.

Təbii ehtiyatlar

[redaktə | mənbəni redaktə et]

Təbii ehtiyatlarla çox zəngindir, xüsusilə meşə, daş kömür, neft-qaz, filiz, qızıl, almaz və s. Rusiya dünya üzrə təsdiqlənmiş resursların 21 faizinə sahibdir. Təbii qaz istehsalında dünyada birinci, neft istehsalında isə ikinci yerdədir.Rusiya 80 milyard barel nefte sahibdir və bu düyna neftinin 4.6 faizini təşkil edir. Neft ehtiyatına görə dünyada 8-cidir. Neft istehsalına görə isə Səudiyyə Ərəbistanından sonra 2-cidir. Rusiyanın təsdiqlənmiş qaz ehtiyatı 47 trilyon m3dir.Dünya qaz ehtiyatının 27 faiznə sahib olmaqla həm də ən yaxın rəqibi İranı 2 dəfə üstələyir. Bu ehtiyatlar ölkə ərazisində qeyri bərabər paylanıb. Onun şərq rayonları Qərb rayonlarına nisbətən təbii sərvətlərlə çox zəngindir. Kömür, neftqaz ehtiyatları, filiz sərvətlərinin iri yataqları vardır. Ural da daxil olmaqla Qərb rayonlarının, xüsusilə Mərkəz və Volqaboyunun, Şərqində isə iri kömür hasilatı rayonlarında ekoloji vəziyyət ağırdır. Meşə, su, balıq, xəzdərili heyvanlar ilə zəngindir. Hidroenerji ehtiyatları onun şərq rayonlarda daha geniş yayılmışdır. RF yanacaq, filiz, qiymətli metallar, kimya, duzlar zəngindir. RF-nin təbii ehtiyatları çox zəif mənimsənilmişdir, sadəcə olaraq onları istifadəyə cəlb etmək üçün məaliyyə imkanları çatmır. Gələcəkdə RF təbii sərvətləri bütün dünya üçün böyük əhmiyyət kəsb edə bilər. Hal-hazırda Avropanı qazla təmin etməkdə vacib rol oynayır.

Sənaye coğrafiyası

[redaktə | mənbəni redaktə et]

Rusiya dünyanın iri sənaye ölkələrindəndir, onun müasir sənayesinin əsas əlamətləri aşağıdakılardır:

- dağ-mədən sənayesi, yanacaq və xammalın ilkin emalının üstünlük təşkil etməsi;

- Sənayesinin emal sahələrinin zəif təmsil olunması;

- əhalini istehlak malları ilə təmin edən yüngül sənaye və digər sahələrin aşağı səviyyədə olması;

- hərbi-sənaye komplekslərinin üstünlük təşkil etməsi – sənayenin konversiyasının (hərbi zavodların profilini dəyişdirərək istehlak malları buraxması) aparılması.

Göstərilən struktur sərfəli olmadığı üçün son illər emal sahələri böhran keçirir, bunun əksinə olaraq hasilat sahələri yaxşı inkişaf edir.

Sənayesinin strukturu

[redaktə | mənbəni redaktə et]

Ümumi sənaye məhsullarının 26,6%-i yanacaq-energetika, 18,2%-i metallurgiya, 35%-i emaledici sənayenin payına düşür. Sənaye müəssisələrinin avadanlıqları köhnəlib yeniləri ilə əvəz olunur. Son illər sənaye sahələrində dirçəliş müşahidə olunur.

Yanacaq-energetika kompleksinin əsas sahələri neft-qaz, daş-kömür və elektroenergetikadır. 2011-cı ildə RF-də 1.1 trilyon kvt. saat elektirik enerjisi, 512 mln t. neft və 621 mlrd. m³ qaz, 331 mln ton daş kömür hasil olunmuşdur. Neft-qaz. Hasil olunan qazın 93%, neft 70%, kömür 85% Rusiyanın şərq rayonlarının - Volqaboyu, Şimali Qafqaz neft rayonlarının payına düşür. Hazırda ən böyük neft-qaz rayonu Qərbi Sibirdir. Onun şimalında çox nəhəng qaz yataqları vardır. Qərbi Sibirdən Rusiyanın Avropa hissəsi və xaricə neft-qaz kəmərləri çəkilib. Çoxlu istilik və su elektrik stansiyaları tikilmişdir. AES-lər ölkənin qərb hissəsində yerləşir. Kola yarımadasında, Sankt-Peterburqda, Novorojenskda, Beloyarsk (Ural), KurskdaSmolenskdə iri AES-lər vardır. Rusiya enerjisinin xeyli hissəsini ucuz hidroelektrik stansiyaları verir. Volqa, Ob, Yenisey çayları üzərində kaskad SES-lər tikilmişdir. Elektrik enerji sistemləri yaradılıb. Belə sistemlər ölkənin Avropa hissəsi və Sibirdədir. Rusiyada qeyri-ənənəvi enerji mənbələrindən də istifadə edilir. Kola yarımadasında Qabarma-çəkilmə Elektrik Stansiyası, Kamçatka yarımadasında Geotermal Elektrik Stansiyası fəaliyyət göstərir. Neft emalı zavodları istehsal rayonlarında Mərkəzi Rusiyada, Volqaboyu və Qərbi Sibirdədir.

Metallurgiya - qara və əlvan metallurgiya inkişaf edibdir. Qara metallurgiyanın iri rayonları Ural, Mərkəz (Kursk-Maqnit Anomaliyası) və Qərbi Sibirdir. Əlvan metallurgiyanın coğrafiyası daha genişdir (Şərqi Sibir, Şimal rayonu, Ural və b. ). Qızıl, platin, nikel, gümüş və s. qiymətli metallar istehsal edir, almaz hasil və cilalama işləri aparılır. Ucuz enerji istehsal edən SES-in yanında alüminium zavodları tikilib.

Maşınqayırmanın əsas sahələri inkişaf etdirilibdir. Üstün yeri ağır və hərbi maşınqayırma sahələri təşkil edir. Ağır maşınqayırma, nəqliyyat maşınqayırması, gəmiqayırma, avtomobil, kənd təsərrüfatı maşınqayırması, cihaz, elektrotexnika zavodları var. Ən iri mərkəzləri RF Mərkəz, Volqaboyu, Ural və Sankt-Peterburq və b. ÇelyabinskKrasnoyarsk şəhərlərində yük avtomobilləri, dağ-mədən avadanlıqları və digər məhsullar istehsal edilir. 2011-ci ildə yük avtomobilləri 206 min, Minsk avtomobilləri 1.7 mln ədəd, 15 min traktor istehsal olunub. Rusiyada Moskva, Nijni-Novqorod, Ulyanovsk, Tolyatti, Naberejni Çelnı, İjevsk əsas avtomobilqayırma sənayesi mərkəzləridir. Traktorların istehsalı Volqoqrad, Lipetsk, Vladimir, Sankt-Peterburq şəhərlərində cəmlənir. Yaroslavl, Mıtışşi və İvanovo şəhərlərində avtomobillər, vaqonlar, sənayenin müxtəlif sahələri üçün avadanlıqlar, elmtutumlu sənaye məhsulları istehsal olunur. Sankt-Peterburq, Volqoqrad, Tolyatti, Ulyanovsk, Naberejni Çelnı şəhərlərində müxtəlif istiqamətli maşınqayırma məhsulları istehsal edən komplekslər yaradılmışdır. Cihazqayırma, dəzgahqayırma, radioelektronika kimi elmtutumlu istehsal sahələri Moskva, Sankt-Peterburq, Nijni-Novqorod, Novosibirsk şəhərlərində yerləşir.

Kimya və meşə sənayesinin əhəmiyyəti böyükdür. Burada onun bir çox sahələri: neft-kimya (kauçuk, plastik kütlələr, süni liflər və b. ) əsas kimya (mineral gübrələr istehsalı, soda, xörək duzu və b.) inkişaf etdirilmişdir. Əsas rayonları: Mərkəz, Şimal, Volqaboyu, Ural, Qərbi Sibir və b.

Meşə sənayesi böyük xammal bazasına malikdir. Əsasən şimal, Volqa-Vyatka, Uzaq Şərq Sivir, Uzaq Şərq və b. inkişaf etdirilibdir. Yüngül sənaye zəif inkişaf etmişdir, əsasən Mərkəzdə və Sankt-Peterburqda yerləşir. Qida sənayesi yaxşı inkişaf etmişdir. Onun sahələri kənd təsərrüfat məhsulları istehsal edən – Qaratorpaq, Mərkəz, Volqaboyu, Şimali Qafqazda və istehlakçı rayonlarda- iri şəhərlərdə yerləşir.

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Ölkənin k/t özünün böyük torpaq ehiyatları və daxili tələbatı fonunda çox da yüksək inkişaf etməyibdir. İslahatlar zəif aparılır, texniki təminatı aşağı səviyyədədir. Hər il ölkəyə xaricdən çoxlu k/t məhsulları və hətta özündə yetişdirilən taxıl idxal edilir. Təbii şəraiti ölkənin geniş ərazisində k/t üçün o qədər də əlverişli deyildir Onun ümumi torpaq fondunun cəmi 13%-i k/t yararlı torpaqlar, 8%-i isə əkirlər. Burada heyvandarlıq sahəsi bitkiçiliyə nisbətən daha yaxşı inkişaf etmişdir.

Taxılçılıq əsas yer tutur. Meşə zonasında boz taxıl növləri – darı, çovdar, arpa, vələmir, qarabaşaq vəs.; meşə-çöl və çöl zonalarında buğda və qarğıdalı əkilir. Taxılçılıq yaz və payızda səpilən zonalara bölünür. Payızlıq qalın qar örtüyü olan Avropa hissəsində, yazlıq şərq rayonlarında yerləşir. Ölkənin bütün əkinçilik zonalarında yayılıb. Bu taxıl növlərinin müxtəlifliyi ilə bağlıdır. Taxılın məhsuldarlığı aşağıdır. İldə 94.0 mln. tona qədər taxıl toplanır. Taxıl rayonlarında məhsuldarlıq 22sen/ha.dır. (2011-cı il). Öz tələbatını ödəmir. Texniki bitkilərdən ən geniş yayılanı şəkər çuğunduru, günəbaxan, kətan lifi, soya, tənbəki və b. 2011-ci ildə kartof 12.7 mln t, şəkər çuğunduru 42.7 mln t, günəbaxan 9 mln t. Istehsal olunub. Şəkər çuğunduru və şəkər istehsalı Mərkəzi Qaratorpaq, Şimali Qafqaz və Altay diyarındadır. 2011-ci ildə 43.0 mln t. Şəkər çuğunduru yığılmışdır. Günəbaxan əkinləri əsaən Şimali Qafqazda və Voqaboyundadır. Daha çox rütubət sevən kətan bitkisi (parça və kəndir hazırlanır) əsasən Şimal-Qərb, Şimal və Volqa-Vyatka rayonlarında yerləşir. 9 mln ton məhsul yığlıb. Soya bitkisi Uzaq Şərqin Cənub rayonlarında becərilir. Kartof və tərəvəz əkinlərinin coğrafiyası daha genişdir. Kartof əkinləri RF-nin Avropa hissəsində, tərəvəz Şimali Qafqaz, Mərkəz və Mərkəzi Qaratorpaqda və iri şəhərlərin ətraflarında becərilir. RF iş adamları Azərbaycanın Samux rayonunda istixanalarda tərəvəz yetişdirmək üçün istehsallar yardılıblar. Bağçılıq RF Avropa hissəsinin Mərkəz və Cənub rayonlarında, Volqaboyunda və b. inkişaf etmişdir. Heyvandarlıq ölkənin k/t məhsullarının 60%-dən çoxunu verir. 2012-ci ilin əvvəllərində iri buynuzlu heyvanların sayı 20 mln, qoyun-keçi 23 mln. baş olub Ən geniş yayılan iri- buynuzlu mal-qara və donuzçuluqdur. Meşə və meşə çöl zonalarında südlük-ətlik, cənub çöl zonalarında ətlik-südlük istiqaməti əsas yer tutur. Donuzçuluq Mərkəz Qaratorpaq, Şm. Qafqazın Rostov, Krasnodar və Stavrapol ərazilərində və iri şəhərlərin ətraflarında cəmləşmişdir. Qoyunçuluq Şimali Qafqaz, Altay, Şərqi Sibirdə, maralçılıq şimal rayonlarında inkişaf etmişdir. Eyni zamanda Altayda buynuzundan dərman hazırlanan xallı maralçılıq inkişaf etdirilir. Rusiyada xəz-dəri heyvandarlığı şimal və Sibir istiqaməylərində yerləşir. Ölkədə Qara, Xəzər, Baltik dənizinin sahilləri, Şimali Qafqazda olan mineral bulaqlar mühüm kurort-rekreasiya rayonlarıdır. Dağlarda alpinizmin inkişafı üçün əlverişli şərait vardır. Moskva, Sankt-Peterburq, Novqorod və digər qədim şəhərlərdə olan abidələr əsas turizm obyektləridir.

Xarici iqtisadi əlaqələri

[redaktə | mənbəni redaktə et]

Xarici iqtisadi əlaqələr beynəlxalq ərazi əmək bölgüsünün təsiri altında yaranır. Ona görə xarici əlaqələri ölkənin inkişaf səviyyəsi, coğrafi mövqeyi, təbii sərvətlərinin istifadəsi, təbii şəraiti və s. kimi amillər təsir göstərirlər. RF çox geniş xarici əlaqələr coğrafiyasına malikdir. Ölkənin ixracatında aparıcı yeri enerji daşıyıcıları-neft, qaz, elektrik enerjisi və s. tutur. Hazırda (2006-cı ildə) həmin sahələrin ixracatda xüsusi çəkisi 69% təşkil edir. Rusiya “Qazpromu” Avropaya qaz ixrac edir. İxracatda ikinci yeri kimya məhsullarının ixracatı tutur. Daha sonra meşə materialları, avtomobillər, digər maşınlar tutur. Ən çox ixracatı Qərbi AvropaMDB öklələri ilə aparır. RF idxalının aparıcı mövqeyi yenə də maşınqayırma ərzaq və istehlak malları tutur.

  1. 1 2 3 4 5 6 7 8 9 10 "CENTRAL ASIA :: RUSSIA". CIA.gov. Central Intelligence Agency. 9 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2019.
  2. "World Economic Outlook Database, April 2019". IMF.org. International Monetary Fund. 22 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2019.
  3. "World Bank Country and Lending Groups". datahelpdesk.worldbank.org. World Bank. 28 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2019.
  4. 1 2 3 4 5 6 "World Economic Outlook Database, October 2020". IMF.org. International Monetary Fund. 24 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2020.
  5. 1 2 "Central Intelligence Agency". Cia.gov. 9 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2015.
  6. "Центральный банк принял решение по ключевой ставке". 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-20.
  7. "Poverty headcount ratio at national poverty lines (% of population) - Russian Federation". data.worldbank.org. World Bank. 1 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2020.
  8. "Europe Central Asia Economic Update, Spring 2020 : Fighting COVID-19". openknowledge.worldbank.org. World Bank. 69, 70. 28 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 April 2020.
  9. "Gini index (World Bank estimate) - Russian Federation". data.worldbank.org. World Bank. 13 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 October 2020.
  10. "Human Development Index (HDI)". hdr.undp.org. HDRO (Human Development Report Office) United Nations Development Programme. 15 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2019.
  11. "Inequality-adjusted HDI (IHDI)". hdr.undp.org. UNDP. 25 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2020.
  12. "Labor force, total - Russian Federation". data.worldbank.org. World Bank. 1 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2019.
  13. "Employment to population ratio, 15+, total (%) (national estimate)". data.worldbank.org. World Bank. 20 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2020.
  14. "Bofit". 28 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2018.
  15. "Занятость и безработица в Российской Федерации в декабре 2017 года". www.gks.ru. 2 February 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 February 2018.
  16. "Arxivlənmiş surət". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-25.
  17. 1 2 "Russia – WTO Statistics Database". World Trade Organization. 19 March 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 March 2018.
  18. "Euro area and EU27 government deficit both at 0.6% of GDP" (PDF). ec.europa.eu/eurostat. Eurostat. 4 June 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 April 2020.
  19. "Sovereigns rating list". Standardandpoors.com. Standard & Poor's. 26 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2015.
  20. "Russia on Cusp of Exiting Junk as S&P Outlook Goes Positive". Bloomberg L.P. 17 March 2017. 2020-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-25.
  21. "Moody's changes outlook on Russia's Ba1 government bond rating to stable from negative". Moody's. 17 February 2017. 18 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2021.
  22. "Russia's Outlook Raised to Stable by Fitch on Policy Action". Bloomberg. 14 October 2016. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-25.
  23. "Scope upgrades Russia's long-term credit rating to BBB, and revises the Outlook to Stable". 17 January 2020. 16 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2021.
  24. "International Reserves of the Russian Federation (End of period)". Cbr.ru. 12 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2019.