Rusiya coğrafiyası (rus. География России) — Rusiya Federasiyası coğrafiyası.
Rusiya — Avropanın şərqində, Asiyanın şimalında yerləşən və bütün quru ərazisinin 1⁄8 hissəsini əhatə edən qitələrarası ölkədir. Ölkənin Avropa hissəsinə Ural dağlarının qərbi, Asiya hissəsinə Uralın şərqindən Uzaq Şərqə qədər olan ərazilər daxildir. 17,075,400 km² ərazisi olan Rusiya sahəsinə görə dünyanın ən böyük ölkəsidir. Rusiyada 23 UNESCO Dünya İrsi, 40 UNESCO-nun biosfer ehtiyatı, 41 Milli park, 101 qoruğu var. Rusiya, 41° Ş və 82 °C en dairələri ilə 19° Ş və 169° Q uzunluqları arasında yer alır.[1][2]
Rusiya Federasiyası ərazisinin böyüklüyünə görə dünyada birinci yeri tutur.[3] Ərazisinin 1/4-i Avropanın, 3/4-ü isə Asiyanın payına düşür. Avropa hissəsinə Şərqi Avropa düzənliyinin böyük hissəsi, Böyük Qafqaz dağlarının şimal yamacları və Ural, Asiya hissəsinə isə Sibir və Uzaq Şərq daxildir. Ərazisinin 3/4-ü düzənlik, 42%-i meşələrlə örtülü və 40%-i kənd təsərrüfatına yararlıdır. Ölkənin şimal sahilləri Şimal Buzlu okeanının, şərq sahilləri Sakit okeanın, şimal-qərb və cənub-qərb sahilləri isə Atlantik okeanının dənizləri ilə əhatə edir. 2014-cü ilin məlumatına əsasən, Rusiya Federasiyasına 85 subyekt daxildir: 21 respublika, 9 diyar, 46 vilayət, 4 muxtar dairə və 1 muxtar vilayət vardır. Moskva, Sankt-Peterburq və Sevastopol federal əhəmiyyətə malik şəhərlər, yəni Rusiya Federasiyasının ayrı-ayrı subyektləridir.
{{columns-list|3|
Rusiyanın ərazisinin 25%-i, əhalisinin, sənaye və kənd təsərrüfatı məhsullarının 80%-i Avropa hissəsinin payına düşür. Mərkəzi Rusiyanın ən iri şəhərləri Moskva, Sankt-Peterburq, Nijni-Novqoroddur. Tərkibində 3 muxtar respublika yerləşir:
Şimal Buzlu okeanının qərb sahillərini əhatə edir.İri və rəngarəng təbii resurs potensialına malikdir.Meşə sənayesi rayonun ənənəvi sahələrindəndir.Rayonun tərkibində 2 muxtar respublika var:
Şimali Qafqaz nəzərdə tutulur.İri ASK rayonudur. Taxılçılıq, şəkər çuğunduru, günəbaxan əkinləri, üzüm və meyvə bağları, südlük-ətlik heyvandarlıq və zərifyunlu qoyunçuluq inkişaf etmişdir.Rayon ərazisində 7 muxtar respublika var:
Volqaboyu və Ural iqtisadi rayonlarını əhatə edir.Ölkənin Avropa və Asiya hissəsini birləşdirən yollar buradan keçir.
146 milyonluq Rusiya əhalisinin 73%-i şəhərlərdə, 27%-i isə kənd yerlərində yaşayır. Hazırda Rusiyanın, Moskva və Sankt-Peterburq olmaq üzrə iki böyük şəhəri vardır.
Yer | Ad | Vilayət | Əha. | Yer | Ad | Vilayət | Əha. | ||
---|---|---|---|---|---|---|---|---|---|
Moskva Sankt-Peterburq |
1 | Moskva | Moskva | 12.100.000 | 11 | Ufa | Başqırdıstan | 1,090,000 | Novosibirsk Yekaterinburq |
2 | Sankt-Peterburq | Sankt-Peterburq | 5,190,000 | 12 | Krasnoyarsk | Krasnoyarsk | 1,050,000 | ||
3 | Novosibirsk | Novosibirsk | 1,560,000 | 13 | Perm | Perm | 1,030,000 | ||
4 | Yekaterinburq | Sverdlovsk | 1,420,000 | 14 | Voronej | Voronej | 1,000,400 | ||
5 | Nijni Novqorod | Nijeqorod | 1,250,000 | 15 | Volqoqrad | Volqoqrad | 1,000,000 | ||
6 | Kazan | Tatarıstan | 1,200,000 | 16 | Saratov | Saratov | 840,000 | ||
7 | Çelyabinsk | Çelyabinsk | 1,180,000 | 17 | Krasnodar | Krasnodar | 800,000 | ||
8 | Samara | Samara | 1,170,000 | 18 | Tolyatti | Samara | 710,000 | ||
9 | Omsk | Omsk | 1,169,000 | 19 | İjevsk | Udmurtiya | 640,000 | ||
10 | Rostov-na-Donu | Rostov | 1,100,000 | 20 | Ulyanovsk | Ulyanovsk | 615,000 |
Rusiyada taxta-şalban, neft, təbii qaz, kömür, filiz və digər mineral mənbələri daxil olmaqla geniş təbii sərvət ehtiyatlarına malikdir. Dünyanın ən böyük dövləti olan Rusiya dünya üzrə təsdiqlənmiş resursların 21 faizinə sahibdir.
Təbii qaz istehsalında dünyada birinci, neft istehsalında isə ikinci yerdədir.Rusiya 80 milyard barel neftə sahibdir və bu dünya neftinin 4.6 faizini təşkil edir. Neft ehtiyatına görə dünyada 8-cidir. Neft istehsalına görə isə Səudiyyə Ərəbistanından sonra 2-cidir. Rusiyanın təsdiqlənmiş qaz ehtiyatı 47 trilyon m3-dir.Dünya qaz ehtiyatının 27 faizinə sahib olmaqla həm də ən yaxın rəqibi İranı 2 dəfə üstələyir.
Bu ehtiyatlar ölkə ərazisində qeyri bərabər paylanıb. Onun şərq rayonları Qərb rayonlarına nisbətən təbii sərvətlərlə çox zəngindir. Kömür, neftqaz ehtiyatları, filiz sərvətlərinin iri yataqları vardır. Ural da daxil olmaqla Qərb rayonlarının, xüsusilə Mərkəz və Volqaboyunun, Şərqində isə iri kömür hasilatı rayonlarında ekoloji vəziyyət ağırdır. Meşə, su, balıq, xəzdərili heyvanlar ilə zəngindir. Hidroenerji ehtiyatları onun şərq rayonlarda daha geniş yayılmışdır. RF yanacaq, filiz, qiymətli metallar, kimya, duzlar zəngindir. RF-nin təbii ehtiyatları çox zəif mənimsənilmişdir, sadəcə olaraq onları istifadəyə cəlb etmək üçün məaliyyə imkanları çatmır. Gələcəkdə RF təbii sərvətləri bütün dünya üçün böyük əhmiyyət kəsb edə bilər. Hal-hazırda Avropanı qazla təmin etməkdə vacib rol oynayır.
Ölkənin kənd təsərrüfatı özünün böyük torpaq ehiyatları və daxili tələbatı fonunda çox da yüksək inkişaf etməyibdir. İslahatlar zəif aparılır, texniki təminatı aşağı səviyyədədir. Hər il ölkəyə xaricdən çoxlu k/t məhsulları və hətta özündə yetişdirilən taxıl idxal edilir. Təbii şəraiti ölkənin geniş ərazisində k/t üçün o qədər də əlverişli deyildir Onun ümumi torpaq fondunun cəmi 13%-i k/t yararlı torpaqlar, 8%-i isə əkirlər. Burada heyvandarlıq sahəsi bitkiçiliyə nisbətən daha yaxşı inkişaf etmişdir.
Taxılçılıq əsas yer tutur. Meşə zonasında boz taxıl növləri – darı, çovdar, arpa, vələmir, qarabaşaq vəs.; meşə-çöl və çöl zonalarında buğda və qarğıdalı əkilir. Taxılçılıq yaz və payızda səpilən zonalara bölünür. Payızlıq qalın qar örtüyü olan Avropa hissəsində, yazlıq şərq rayonlarında yerləşir. Ölkənin bütün əkinçilik zonalarında yayılıb. Bu taxıl növlərinin müxtəlifliyi ilə bağlıdır. Taxılın məhsuldarlığı aşağıdır. İldə 94.0 mln. tona qədər taxıl toplanır. Taxıl rayonlarında məhsuldarlıq 22sen/ha.dır. (2011-cı il). Öz tələbatını ödəmir. Texniki bitkilərdən ən geniş yayılanı şəkər çuğunduru, günəbaxan, kətan lifi, soya, tənbəki və b. 2011-ci ildə kartof 12.7 mln t, şəkər çuğunduru 42.7 mln t, günəbaxan 9 mln t. Istehsal olunub. Şəkər çuğunduru və şəkər istehsalı Mərkəzi Qaratorpaq, Şimali Qafqaz və Altay diyarındadır. 2011-ci ildə 43.0 mln t. şəkər çuğunduru yığılmışdır.
Günəbaxan əkinləri əsaən Şimali Qafqazda və Voqaboyundadır. Daha çox rütubət sevən kətan bitkisi (parça və kəndir hazırlanır) əsasən Şimal-Qərb, Şimal və Volqa-Vyatka rayonlarında yerləşir. 9 mln ton məhsul yığlıb. Soya bitkisi Uzaq Şərqin Cənub rayonlarında becərilir. Kartof və tərəvəz əkinlərinin coğrafiyası daha genişdir. Kartof əkinləri RF-nin Avropa hissəsində, tərəvəz Şimali Qafqaz, Mərkəz və Mərkəzi Qaratorpaqda və iri şəhərlərin ətraflarında becərilir.
RF iş adamları Azərbaycanın Samux rayonunda istixanalarda tərəvəz yetişdirmək üçün istehsallar yardılıblar. Bağçılıq RF Avropa hissəsinin Mərkəz və Cənub rayonlarında, Volqaboyunda və b. inkişaf etmişdir. Heyvandarlıq ölkənin k/t məhsullarının 60%-dən çoxunu verir. 2012-ci ilin əvvəllərində iri buynuzlu heyvanların sayı 20 mln, qoyun-keçi 23 mln. baş olub Ən geniş yayılan iri- buynuzlu mal-qara və donuzçuluqdur. Meşə və meşə çöl zonalarında südlük-ətlik, cənub çöl zonalarında ətlik-südlük istiqaməti əsas yer tutur.
Donuzçuluq Mərkəz Qaratorpaq, Şimali Qafqazın Rostov, Krasnodar və Stavrapol ərazilərində və iri şəhərlərin ətraflarında cəmləşmişdir. Qoyunçuluq Şimali Qafqaz, Altay, Şərqi Sibirdə, maralçılıq şimal rayonlarında inkişaf etmişdir. Eyni zamanda Altayda buynuzundan dərman hazırlanan xallı maralçılıq inkişaf etdirilir. Rusiyada xəz-dəri heyvandarlığı şimal və Sibir istiqaməylərində yerləşir. Ölkədə Qara, Xəzər, Baltik dənizinin sahilləri, Şimali Qafqazda olan mineral bulaqlar mühüm kurort-rekreasiya rayonlarıdır. Dağlarda alpinizmin inkişafı üçün əlverişli şərait vardır. Moskva, Sankt-Peterburq, Novqorod və digər qədim şəhərlərdə olan abidələr əsas turizm obyektləridir.
Rusiyanın relyefi, başlıca olaraq cənubunda çöl və şimalında sıx meşə düzənliklərdən ibarətdir. Rusiya dünyadakı əkinə yararlı ərazinin 10%-nə malikdir. Dağ fasilələri cənub sərhədləri boyunca yerləşməkdə olub, Qafqaz və (5642 m ilə Rusiya və Avropanın yüksək nöqtəsi), Altay dağlarını əhat edir. Şərq tərəflərində Verxoyansk sıra dağları və Kamçatka yarımadasında isə bir çox aktiv vulkanlar yer almaqdadır. Ural Dağları, mineral resursları baxımından zəngin olub, Avropa ilə Asiyanın şimal-cənub dekabrını yaradır.
Rusiya, Şimal Buzlu və Sakit Okean, Baltik Dənizi, Azov Dənizi, Qara Dəniz və Xəzər Dənizi boyunca 37.000 km uzunluğunda bir sahil zolağına malikdir.
Ölkənin böyüklüyü və dənizdən uzaq bir çox regionun olması nəticəsində tundra və ucqar cənub-şərq bölgələri istisna olmaqla, rütubətli kontinental iqlim ölkənin hər yerində hakimdir. Cənubdakı dağlar, Hind Okeanından gələn isti hava kütlələrinin girişinə mane olur, ölkənin qərb və şimal bölgələri Şimal buzlu və Atlantik okeandan gələn hava kütlələrinə açıqdır.
Şimali Avropa Rusiyası və Sibirin əksəriyyəti yarı arktik iqlimə malikdir. Şimal-şərq Sibirin iç bölgələrdə çox şiddətli soyuqlar olur (əksəriyyətlə Saxa subyektində daha çox soyuq olur və -71.2 °C kimi rekord aşağı temperaturlar müşahidə edilir). Digər bölgələr isə daha mülayimdir. Arktik Okean sahillərində və Rus Arktik Adalarında isə qütb iqlimi hakimdir.
Ölkə ərazisi boyunca demək olar ki, yalnız iki mövsüm olan qış və yay var. Yaz və payız ayları çox qısa sürür. Yaz və qış ayları arasındakı temperatur fərqi olduqca yüksəkdir. Ən soyuq ay Yanvar olub ən isti ay isə İyul aydır.
Atlantik və Sakit Okeanın mülayim təsirinə malik olması səbəbindən, Avropa Rusiyasındakı bir çox sahədə, Qərbi Sibirin cənubunda və Uzaq Şərqi Rusiyanın cənubunda, Moskva və Sankt-Peterburq şəhərləri də daxil olmaqla rütubətli bir kontinental iqlim hökm sürür. (Köppenin Dfb, Dfa, Dwb, Dwa tipləri). Skandinaviya yarımadası və Sakit Okean arasındakı Şimali Avropa Rusiyasının çoxu və Sibir yarı arktik bir iqlimə malikdir. Şimal-şərq Sibirin daxili regionlarında son dərəcə şiddətli qış keçir.
Şimal Buzlu okean sahilindəki ərazi zolağı, həm də Arktik adalar qütb iqliminə malikdir (adaların bəzilərində ifrat qütb iqlimi (EF) və bəzi yerlərdə tundra iqlimi (ET)) hökm sürür. Qara dəniz sahilindəki kiçik bir hissə olan Soçi, rütubətli subtropik iqlimə malikdir (Köppenin Cfa tipi). Şərqi Sibir və Uzaq Şərqin bir çox bölgəsində qış yaza nisbətən quru ikən (Dwa, Dwb, Dwc, Dwd tipləri) ölkənin digər bölgələrində isə mövsümlər ərzində bərabər yağış baş verir. Ölkənin bir çox yerində qış yağışları adətən qar kimi düşür. Aşağı Volqa boyu və Xəzər Dənizi sahilindəki region həm də Sibirin cənubdakı bəzi sahələr yarı quraq iqlimə malikdir (BSK).
Rus torpaqlarının təxminən 65%-i permafrost (donmuş torpaq) olaraq vurğulanır.
Rusiyanın ərazisində günəş şüaları qeyri-bərabər paylanır. Günəş şüalarının Rusiyanın bölgələri üzrə paylanması aşağıdakı kimidir:
Meteostansiya | Yan | Fev | Мar | Apr | Маy | İyun | İyul | Avq | Sen | Okt | Noy | Dek | İlboyu |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Həştərxan | 87 | 107 | 164 | 225 | 295 | 315 | 332 | 310 | 252 | 180 | 84 | 59 | 2410 |
Borzya | 152 | 203 | 264 | 267 | 304 | 303 | 276 | 270 | 231 | 226 | 162 | 140 | 2797 |
Naxodka | 203 | 212 | 210 | 202 | 205 | 178 | 167 | 187 | 208 | 213 | 191 | 192 | 2368 |
Moskva | 31 | 71 | 127 | 171 | 264 | 276 | 273 | 236 | 144 | 78 | 33 | 19 | 1723 |
Murmansk | 0 | 34 | 121 | 183 | 192 | 228 | 236 | 155 | 90 | 47 | 6 | 0 | 1292 |
Petropavlovsk-Kamçatski | 105 | 116 | 177 | 192 | 192 | 192 | 171 | 177 | 177 | 158 | 123 | 93 | 1872 |
Sankt-Peterburq | 22 | 54 | 124 | 180 | 260 | 276 | 267 | 214 | 129 | 71 | 24 | 12 | 1633 |
Sevastopol | 62 | 75 | 145 | 202 | 267 | 316 | 356 | 326 | 254 | 177 | 98 | 64 | 2342 |
Simuşir | 31 | 45 | 87 | 117 | 124 | 111 | 102 | 102 | 132 | 130 | 60 | 34 | 1075 |
Soçi | 96 | 107 | 146 | 162 | 220 | 258 | 279 | 282 | 225 | 195 | 120 | 87 | 2177 |
Xabarovsk | 146 | 184 | 233 | 213 | 242 | 261 | 248 | 217 | 213 | 189 | 159 | 146 | 2449 |
Yakutsk | 19 | 99 | 233 | 273 | 304 | 333 | 347 | 273 | 174 | 105 | 60 | 9 | 2229 |
Rusiyada əsas turizm marşrutları qədim şəhərlərdir. Qədim tarix, iqlim müxtəlifliyi, bir çox tarixi və təbii abidələr, dünya miqyaslı İdman və mədəni tədbirlər sayəsində Rusiya dünyada ən populyar turizm istiqamətlərindən biridir — 2013-cü ildə Rusiyaya 28,4 milyon turist gəlmişdir ki, bu da dünyada ən çox ziyarət edilən ölkələr siyahısında 9-cu, Avropada isə 7-ci göstəricidir. Rusiyada həm daxili, həm də xarici turizm artır (Rosturizmin rəsmi məlumatlarına görə, 2014-cü ildən 2015-ci ilə qədər xarici turist axını 5,5% artıb).
Moskva Kremli, Moskvanın mərkəzində yer alan 1495-ci ildə inşası tamamlanan xüsusi kompleksdir. Kompleks Rusiya prezidentinin rəsmi iqamətgah yeridir. Adı "şəhər içində bir qala" mənasına gəlir. SSRİ dövründə baş katiblər, baş nazirlər, prezidentlər, nazirlər və komissarlar kimi yüksək səviyyəli yüksək rütbəli vəzifəliləri qəbul etməkdə istifadə olunurdu. 1990-cı ildə Qırmızı Meydan ilə birlikdə Dünya İrsi olaraq elan edilmişdir.
Peterhof sarayı, Fin körfəzinin cənub sahilində yerləşən saray-park ansamblıdır. Ansambl Sankt-Peterburq şəhərinin Petrodvorets rayonundakı federal əhəmiyyətli Peterhof şəhərinin şəhərdaxili ərazisində yerləşir (1944-cü ildən - 1997-ci ilə kimi — Petrodvorets). Onun yaxınlığından keçən Peterhof yolu ansamblın şərəfinə adlandırılmışdı. Həmin yolun bir hissəsi "Peterhof Dövlət Muzey-Qoruğunun" tabeliyindədir.
Peterhof özündə iki əsr boyu formalaşmış bir neçə saray-park ansambllarını birləşdirir. Aşağı park, Yuxarı bağ və İngilis parkı — XVIII əsrdə inkişaf etmiş ansambllardı; Aleksandriya, Kolonist parkı, Çəmən parkı, Aleksandrov parkı, Sergiyevka və Daça XIX əsrdə yaradılmış park-kompleksləridir
Böyük Vətən müharibəsi illərində alman qoşunları tərəfindən işğal olunan Peterhofun bütün parkları çox ciddi zədələnmişdi. Xüsusilə Yuxarı bağ və Aşağı Park, həmçinin fəvvarələrin su ötürücü sistemləri dağıntıya məruz qalmışdı. 1944-cü ildə başlamış bərpa işləri günümüzə kimi davam edir.
Vasili Blajennı kilsəsi, Moskvanın mərkəzində, Qırmızı meydanda yerləşən pravoslav kilsəsidir. Böyük İvan Zəng Qülləsi inşa edilənə kimi Moskvanın ən hündür tikilisi olan kilsə, həm də dünyanın ən məşhur memarlıq abidələrindən biridir.
Kilsənin özü səma Yerusəlimini simvollaşdırır, ancaq günbəzləri bəzəyən naxışlar və xüsusilə də buradakı rənglərin mənası bu günə kimi həll edilməmiş tapmaca olar qalır. Hələ keçmiş yüzillikdə yazıçı Çayev fərz edirdi ki, kilsə günbəzlərinin rənglərini müqəddəs qəhrəman xoşbəxt Andrey Yurodivinin (Konstantinopollunun) yuxusuyla izah etmək olar - kilsə əfsanələrinə görə, pravoslav dünyasında qeyd olunan Tanrı Anası örtüyünün bayramı məhz bu şəxslə bağlı idi. Onun gözünə səma Yerusəlimi göründü və orada "çoxlu bağlar var idi, onları yüksək, zirvələri titrəyən ağaclar bəzəyirdi... Ağacların bəziləri çiçəkləyirdi, digərləri qızılvari yarpaqlara malik idilər, yeridə qalan başqa ağaclar isə, təsvirəgəlməz gözəlliyi olan müxtəlif meyvələrlə bəzədilmişdi.
Kafedralın hündürlüyü 65 metrdir. Kafedral kiçik kilsələrdən ibarətdir, onların taxtları Kazan üçün həlledici döyüş günlərinə düşmüş bayramların şərəfinə müqəddəsləşdirilmişdir: Müqəddəs Üçlük, Möcüzəyaradan Müqəddəs Nikolayın şərəfinə (daha dəqiq onun Vyatka-Vilikoretskdə yerləşən ikonasının şərəfinə), Rəbbin Yerusəlimə girişi, Məzlum Adrian və Natalyanın şərəfinə (başlanğıcda müqəddəslər Kiprian və İustinanın şərəfinə; 2 oktyabr tarixində qeyd olunurdu), Mərhəmətli müqəddəs İoannın şərəfinə (XVIII əsrə qədər müqəddəs Pavel, Aleksandr və Konstantinopollu İoannın şərəfinə; 6 noyabr tarixində qeyd olunurdu), Aleksandr Svirskinin şərəfinə (17 aprel və 30 avqust tarixlərində qeyd olunurdu), Xutınlı Varlaamın şərəfinə (6 noyabrda və Petrov postunun 1-ci cümə günü qeyd olunurdu), Maarifçi Qriqorinin şərəfinə (30 sentyabr tarixində qeyd olunurdu). Bu səkkiz kilsə (dördü xaçvari düzülmüş, dördü isə onların arasında yerləşən) soğanvari günbəzlə tamamlanmaqla mərkəzdə yerləşən və Tanrı anasının şəfaətinə həsr edilmiş əsas doqquzuncu kilsənin ətrafında formalaşdırılmışdır. Bu doqquz kilsə vahid girişə (ilkin planda açıq idi), qalereya və daxili keçidlərə malikdir.
Kazan Kremli, Kazan şəhərinin ən qədim hissəsi, şəhərin tarixini əks etdirən memarlıq, tarixi və arxeoloji abidələr kompleksi.
Kremlin ərazisində üç müxtəlif dövrlərə aid yaşayış yerləri mövcüd olub. Birinci yaşayış yeri XII—XIII əsrlərə, ikincisi XIV—XV əsrlərə, üçüncüsü isə XV—XVI əsrlər siddir. Həmçinin Kreml ağ daşdan salınmış qaladan, tarixi-memmrlıq və mədəni əhəmiyyətli bir sıra məbəd və binadan ibarətdir.
Tatarıstan Respublikasının Prezidentinin igamətgahı də məhz Kazan Kremlində yerləşir.
Kremlin ərazisi onun yerləşdiyi təpənin formasını təkrarlıyan düzbucaq şəklindədir və şimal-qərbdən, Kazanka çayından, cənub-şərq, 1 May meydanına qədər uzanır. Volqa və Kazanka çaylarını sol sahilində yerləşir.
2000-ci ildən etibarən YUNESKO-nun Ümumdünya irsinə daxildir. Kremlin ərazisində yerləşən ən qədim tarixi memarlıq abidə Blaqoveşenskiy kilsəsidir.
Qırmızı meydan — Rusiyanın Moskva şəhərində yerləşən meydan. Keçmiş kral qalası və hazırda Rusiya Prezidentinin rəsmi yaşayış yeri olan Kreml, eləcə də Vasili Blajennı kilsəsi, Spasskaya qülləsi bu meydanda yerləşir.
Meydan XV əsrdə inşa olunub. Vladimir Leninin mavzoleyi də bu meydanda yerləşir. Təxminən 73 min m² sahəsi olan meydanda tarixən çox sayda nümayişlər, paradlar, mitinqlər keçirilmişdir. Burada eləcə də edamlar olmuşdur. İkinci Dünya Müharibəsində qalib gələn SSRİ qoşunları meydanda zəfər paradı keçirmişlər. 1987-ci il mayın 28-də Matias Rast adlı həvəskar bir alman pilotu Cessna tipli təyyarəsiylə meydana enmişdir. Rast təyyarəsiylə Almaniyadan əvvəlcə İslandiyaya, oradan Norveç və Finlandiyaya uçmuş, Finlandiyadan isə hava sərhəddini keçərək təyyarəsini Qırmızı meydanda yerə endirmişdir. Bu vaxt heç bir radar onu tutmamışdır. O bu addımını dünyada sülh naminə etdiyinə söyləsə də 437 gün Moskvada həbsdə saxlanılmışdır. Qırmızı meydan Kreml ilə birlikdə 1990-cı ildə YUNESCO tərəfindən Dünya Mirası siyahısına salınmışdır. Hazırda meydanda konsertlər təşkil olunur, dini və tarixi bayramlar qeyd edilir.