Quliyev Ruslan Gəray oğlu - Milli QHT Forumunun Turizmin İnkişafı Mərkəzinin rəhbəri və həmin Forumun Moritorinq Komissiyasının üzvü, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının idarə heyətinin üzvü , turizm komissiyasının sədri və Qlobal Sağlamlıq Turizmi Şurasının prezidentidir.
Quliyev Ruslan | |
---|---|
Quliyev Ruslan Gəray oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 noyabr 1973 (49 yaş) |
Doğum yeri | |
Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti |
İxtisası | İqtisadçı |
Fəaliyyəti |
Turizm sahəsi İctimai sektor |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | Doktorant |
|
|
Təltifləri |
“Gənclər mükafatı” "Fəxri Turizm İşçisi" |
Quliyev Ruslan Gəray oğlu 1973-cü il noyabr ayının 20 –də Bakı şəhərində anadan olmuşdur. 1980-1983-cı illərdə Sumqayıtdakı 3 saylı orta məktəb, 1983-1985 Zəngilan rayonu, Mincivan qəsəbəsindəki 36 saylı məktəb, 1985-1990-cı illərdə isə Sumqayıt şəhər 25 saylı orta məktəbdə təhsil almışdır. 1990-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya” fakültəsini “Ticarətin və ictimai iaşənin iqtisadiyyatı və idarə olunması” ixtisası üzrə bitirmişdir. Paralel olaraq, 1990-1992-ci illərdə “Natiqliq sənəti və işgüzar menecer ünsiyyəti” məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1991-1995-ci illərdə Azərbaycan Respublikası Ticarət Nazirliyinin müəssisələrində nəzarətçi, baş mütəxəssis və iqtisadçı kimi fəaliyyət göstərmişdir. 1997-1998-ci illərdə hərbi xidmətdə olmuşdur. 1995-1997 və 1998-2000-ci illərdə Türkiyə Respublikasının turizm sənayesinin müxtəlif sahələrində staj və sertifikasiya proqramlarında iştirak etmişdir. 2000-2006-cı illərdə “Caspian İnvest Commerce” və “KavMinVod Kurortları Agentliyi” turizm şirkətlərində sıravi reklam mütəxəssisi vəziəsindən baş direktor vəzifəsinə qədər yüksəlmişdir. Evlidir. İki övladı var.
2006-cı ildən “Millennium Turizm Lufthansa City Center” şirkətinin təsisçi-prezidentidir. 2009-cu ildən Azərbaycan Turizm İnstitutunun(2014-cü ildən Azərbaycan Turizm və Menecment Universitetinin) müəllimidir. 2009-2014-cü illərdə "Dünya Turizm Səyahətçiləri və Peşəkarları Assosiasiyası"nın Azərbaycan üzrə ("Skal İnternational Bakı Turizm Səyahətçiləri və Peşəkarları Assosiasiyasının") qurucu-prezidenti olmuşdur. 2005-ci ildə Azərbaycan Respublikası Gənclərvə İdman Nazirliyi tərəfindən “İlin ən yaxşı turizm işçisi nominasıyası üzrə” “Gənclər mükafatı”na layiq görülmüşdür. 2008, 2010 və 2011-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şirkət olaraq, ən yaxşı tur operator və turizmdə təhsilin inkişafında verdikləri töhfəyə görə mükafatlarına layiq görülmüşlər. 2012-ci ildə ABŞ–da “SABİT” staj vı təhsil proqramında müvəffəqiyyətlə iştirak etmişdir.[1] 2013-cü ildən Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədridir. Azərbaycan Turizm Assosasiyasının idarə heyətinin üzvüdür.[2] Beynəlxalq aparıcı turizm təşkilatları sayılan JATA, ASTA, İATA, ABT təşkilatlarının həqiqi üzvüdür. 2015-ci ildən Milli QHT Forumunun Turizmin İnkişafı Mərkəzinin rəhbəri və həmin Forumun Moritorinq Komissiyasının üzvüdür. 2015-2016-cı illərdə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Yeni Turizm" qanununun hazırlanması zamanı ekspertlər qrupunda təmsil olunmuşdur. 2016-cı ildən Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası - turizm komissiyasının sədridir.[3]
2016-cı ildən Azərbaycan Turizm və Menecment Universitetinin doktorantıdır. 2016-cı ildə səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri Turizm İşçisi" döş nişanı ilə təltif olunmuşdur. 2017-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Azərbaycan Respublikası Ekoloji Turizm Şurasının, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınması” məsələri üzrə işçi qrupunun üzvüdür. Həmin ildən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmış Azərbaycan Respublikasının Turizm Şurasının “Sağlamlıq turizmi” işçi qrupunun üzvüdür.
2017-ci ilin fevral ayından İrodaniya Krallığının paytaxtı Amman şəhərində Qlobal Sağlamlıq Turizmi Forumunda keçirilən seçkilərin nəticələrinə görə bu qurumun vitse-prezidenti seçilmişdir.[4]
2016 və 2017-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm və Menecment Universiteti nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində Dövlət Atesstasiya Komissiyasının sədri olmuşdur.[5]
Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GiZ) dəstəyi ilə birgə həyata keçirilən "Menecer Təlim Proqramı" çərçivəsində 2017-ci ilin oktyabr ayının 16-dan noyabrın 10-dək Almaniyada sertifikasiyadan keçmişdir.
"Uzun ömürlülər diyarına səyahət" və "Milli Toy" turunun müəllifidir. Lerik, Masallı, Qax, Xaçmaz, Qəbələ və Oğuz rayonlarına dövlət səviyyəsində təşkil olunan info-tanıtım turlarının təşkilatçısıdır. “Ölkəmizi tanıyaq” layihəsinin iştirakçısıdır. Azərbaycanda həyata keçirilən çoxsaylı layihələrdə moritorinq, məsləhət və təşəbbüs qruplarının üzvü olmuşdur. 2003-2018-ci illərdə beynəlxalq səviyyədə keçirilən onlarla konqres, forum, seminar və digər mötəbər tədbirlərin fəal iştirakçısı olmuşdur.[6] Daimi ekspert kimi dövri mətbuat,internet media və tv-radiolarda turizmin inkişafı, problemləri və prespektivləri ilə bağlı mütəmadi elmi-nəzəri və praktik yazı və təqdimatlarla çıxış edir.
22 fevral 2018-ci il tarixində Türkiyənin Antalya şəhərində Qlobal Sağlamlıq Turizmi Forumunun prezidenti seçilib.[7]
Ruslan Quliyev "IX THE FIRST" beynəlxalq mükafatı laureatı olmuş, "İlin turizm adamı" seçilmişdir. Bundan başqa o, "Peşəkar turizm işçisi" döş nişanı ilə təltif edilmiş, Azərbaycan Turizm Assosiasiyası tərəfindən "İlin Beynəlxalq Turizm eksperti" mükafatına layiq görülmüşdür.