Ruzanna Məmmədova

Ruzanna Səxavət qızı Məmmədova (22 iyun 2006; Masallı rayonu, Azərbaycan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Ruzanna Məmmədova 2022-ci ildə gənclər arasında Avropa və Dünya Çempionatlarının qalibi olub.

Ruzanna Məmmədova
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (17 yaş)
Doğum yeri Masallı rayonu, Azərbaycan
İdman növü Güləş
Karyera illəri 2012—
Komandası Neftçi İdman Klubu

Həyatı[redaktə | mənbəni redaktə et]

Ruzanna Məmmədova 2006-cı il iyunun 22-də Masallı rayonunda anadan olub.[1] 2012-ci ildən Suraxanı rayonunda Ə. Məmmədov adına 76 nömrəli tam orta məjtəbdə təhsil alır. 2012-ci ilin may ayında "Şağan" OİK-da sərbəst güləşlə məşğul olmağa başladı. "Neftçi" İdman Klubunun üzvüdür.

Karyerası[redaktə | mənbəni redaktə et]

Ruzanna Məmmədova birinci uğuruna 2013-cü ildə Heydər Əliyevin xatirəsinə həsr olunan yeniyetmələr arasında güləş turnirində qızıl medal qazanmaqla imza atdı. Ümumi olaraq 15 dəfə yeniyetmələr arasında müxtəlif turnirlərin qalibi olan Ruzanna Məmmədova, 2020-ci ildən güləş üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi.

2021-ci il: Beynəlxalq turnirlərdə debüt[redaktə | mənbəni redaktə et]

Ruzanna Məmmədova beynəlxalq səviyyədə birinci turnirinə 2021-ci ilin iyununda Bolqarıstanda baş tutan yeniyetmələr arasında Avropa Çempionatı çərçivəsində qatıldı.[2] 1/8 final mərhələsində Sloveniya nümayəndəsi Andrea Zenuçovanı 28 saniyə ərzində məğlub edən Ruzanna Məmmədova, 1/4 final mərhələsində İsveçrə təmsilçisi Svenja Jungo ilə üz-üzə gəldi.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə o, rəqibinə 4:8 hesabı ilə məğlub oldu və çempionatı 8-ci pillədə başa vurdu.[2]

Avropa Çempionatından sonra onu daha bir ciddi turnir gözləyirdi. Ruzanna Məmmədova 18-25 iyulda Macarıstanın Budapeşt şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatında mübarizə apardı.[3] 1/8 final mərhələsində Qazaxıstan nümayəndəsi Aliyə Dauleti 1:20 dəqiqə ərzində 10:0 hesabı ilə məğlub edən Ruzanna Məmmədova, 1/4 final mərhələsində Rumıniya təmsilçisi Nicoleta Kristina Bajanı da üstələdi (4:0).[3] Bununla da o, Dünya Çempionatının 1/2 final mərhələsinə adladı.[3] Bu mərhələdə Ruzanna Məmmədova Türkiyə nümayəndəsi Sevval Cayır üzərində 1:38 dəqiqə ərzində təmiz qələbə qazandı və finala vəsiqə qazandı.[3] Həlledici görüşdə o, Hindistan təmsilçisi Komal Komal ilə üz-üzə gəldi.[3] Həmin görüşdə Ruzanna Məmmədova rəqibinə 2:6 hesabı ilə məğlub oldu və yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.[3] Həmin il Ruzanna Məmmədovaya gənclər və idman naziri Fərid Qayıbovun əmrinə əsasən güləş idman növü üzrə "idman ustası" dərəcəsi verildi.

2022-ci il: Yeniyetmələr arasında Avropa və Dünya çempionluğu[redaktə | mənbəni redaktə et]

2022-ci ildə də Ruzanna Məmmədova yeniyetmələr arasında Avropa və Dünya Çempionatlarında mübarizə apardı. Əvvəlcə o, 12-20 iyunda Rumıniyanın Buxarest şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında çıxış elədi.[4] Bir il əvvəl həmin turnirdə 8-ci pillənin sahibi olan Ruzanna Məmmədova, bu səfər çempionatın qalibi olmağı bacardı.[4] Əvvəlcə o, 1/8 final mərhələsində İspaniya nümayəndəsi Kandela Giraldez Marqez üzərində 2:36 dəqiqə ərzində 8:0 hesabı ilə, 1/4 final mərhələsində isə Rumıniya təmsilçisi Ana Mariya Cianina Rotaru üzərində 1:32 dəqiqə ərzində təmiz qələbə qazandı və 1/2 final mərhələsinə adladı.[4] Bu mərhələdə Ruzanna Məmmədova Türkiyə nümayəndəsi Sevval Cayır ilə üz-üzə gəldi.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə o, 8:5 hesabı ilə qalib gəldi və çempionatın finalına vəsiqə qazandı.[4] Həlledici görüşdə Ruzanna Məmmədova İtaliya təmsilçisi Fabiana Rinella ilə üz-üzə gəldi və 2:26 dəqiqə ərzində təmiz qələbə qazandı.[4] Bu minvalla da o, yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu.[4]

25-31 iyulda isə İtaliyanın Roma şəhərində yeniyetmələr arasında Dünya Çempionatı baş tutdu.[5] Ruzanna Məmmədova birinci görüşdə Rumıniya güləşçisi Ana Mariya Cianina Rotaru üzərində 1:42 dəqiqə ərzində təmiz qələbə qazandı.[5] Daha sonra isə o, 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Victoria Boynovanı 8:1, 1/4 final mərhələsində isə Türkiyə təmsilçisi Sevval Cayırı 4:2 hesabları ilə məğlub elədi və yarım-final mərhələsinə adladı.[5] Bu mərhələdə Ruzanna Məmmədova Qazaxıstan nümayəndəsi Ayımgül Əbilovaya 1:52 saniyə ərzində 10:0 hesabı ilə qalib gəldi və final görüşünə vəsiqə qazandı.[5] Həlledici görüşdə isə o, Yaponiya təmsilçisi Mihoho Taheuçi ilə üz-üzə gəldi.[5] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ruzanna Məmmədova 0:3 hesabı ilə məğlub vəziyyətdə olsa da, görüşdə geri dönüş edə bildi və rəqibi üzərində 5:3 hesabı ilə qələbə qazandı.[5] Bununla da Ruzanna Məmmədova yeniyetmələr arasında Dünya Çempionatının qızıl medalına sahib oldu.[5]

Ruzanna Məmmədova Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən 2022-ci ilin gənc idmançısı seçildi.[6]

Uğurları[redaktə | mənbəni redaktə et]

Sıra
İl
Yarış
Şəhər
Nəticə
1
2021
Yeniyetmələrin Avropa Çempionatı Bolqarıstan Bolqarıstan
8.
2
Yeniyetmələrin Dünya Çempionatı Macarıstan Macarıstan
2.
3
2022
U17 Avropa Çempionatı Rumıniya Rumıniya
1.
4
U17 Dünya Çempionatı İtaliya İtaliya
1.
5
2023
U17 Avropa Çempionatı Albaniya Albaniya
2.

Fərdi uğurları[redaktə | mənbəni redaktə et]

Görüşlərinin nəticələri[redaktə | mənbəni redaktə et]

 •      Qəl. - Qalib gəldi /  •      Məğ. - Məğlub oldu

Ruzanna Məmmədovanın görüşlərinin nəticələri
Sıra
Nəticə
Turnir
Tarix
Rəqib
Hesab
Mərhələ
1.
Qəl.
Yeniyetmələrin Avropa Çempionatı
06/2021
Sloveniya Andrea Zenuçova
4:0F
1/8 final mərhələsi
2.
Məğ.
İsveç Svenja Jungo
8:4
1/4 final mərhələsi
3.
Qəl.
Yeniyetmələrin Dünya Çempionatı
07/2021
Qazaxıstan Aliyə Daulet
10:0
1/8 final mərhələsi
4.
Qəl.
Rumıniya Nicoleta Kristina Baja
4:0
1/4 final mərhələsi
5.
Qəl.
Türkiyə Sevval Cayır
2:0F
1/2 final mərhələsi
6.
Məğ.
Hindistan Komal Komal
2:6
gümüş medal qazandı
7.
Qəl.
Yeniyetmələrin Avropa Çempionatı
06/2022
İspaniya Kandela Giraldez Marqez
8:0
1/8 final mərhələsi
8.
Qəl.
Rumıniya Ana Mariya Cianina
4:0F
1/4 final mərhələsi
9.
Qəl.
Türkiyə Sevval Cayır
8:5
1/2 final mərhələsi
10.
Qəl.
İtaliya Fabiana Rinella
4:0F
qızıl medal qazandı
11.
Qəl.
Yeniyetmələrin Dünya Çempionatı
07/2022
Rumıniya Ana Mariya Cianina
4:0F
1/16 final mərhələsi
12.
Qəl.
Bolqarıstan Victoria Boynova
8:1
1/8 final mərhələsi
13.
Qəl.
Türkiyə Sevval Cayır
4:2
1/4 final mərhələsi
13.
Qəl.
Qazaxıstan Ayımgül Əbilova
10:0
1/2 final mərhələsi
14.
Qəl.
Yaponiya Mihoho Taheuçi
5:3
qızıl medal qazandı

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. International Wrestling Database. "Ruzanna MAMMADOVA". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-22. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  2. 1 2 3 United World Wrestling (UWW). "European Cadets Wrestling Championships — Bulgaria 2021 (Results)" (PDF). www.uww.org (ing.)). 2022-08-22. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28.07.2022.
  3. 1 2 3 4 5 6 United World Wrestling (UWW). "World Cadet Wrestling Championships — Hungary 2021 (Results)" (PDF). www.uww.org (ing.)). 2022-08-22. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28.07.2022.
  4. 1 2 3 4 5 6 7 United World Wrestling (UWW). "European Cadets Wrestling Championships — Romania 2022 (Results)" (PDF). www.uww.org (ing.)). 2022-08-22. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28.07.2022.
  5. 1 2 3 4 5 6 7 United World Wrestling (UWW). "World Cadet Wrestling Championships — Italy 2022 (Results)" (PDF). www.uww.org (ing.)). 2022-08-22. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28.07.2022.
  6. 1 2 Elnur Salahov. "Azərbaycan İdman Jurnalistləri Assosiasiyası ilin qaliblərini açıqladı". www.report.az (az.)). 2022-12-14. 2022-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.12.2022.