Süleyman Mehrəli oğlu Qasımov (26 dekabr 1961, Faxralı, Bolnisi rayonu) — Azərbaycanın iqtisad elmləri doktoru, pofessor, SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvü, "Petkim"in İdarə Heyətinin sədri (iyul 2023 - noyabr 2023),[1]Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad üzrə Ekspert Şurasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti (2006–2023).[2][3][4], Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin iqtisadi məsələlər üzrə müşaviri.[5]
Süleyman Qasımov | |
---|---|
2006 – 2023 | |
Vəzifədədir | |
2023-cü ildən | |
Vəzifədədir | |
2023-cü ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 dekabr 1961 (62 yaş) |
Doğum yeri | |
Partiya | Yeni Azərbaycan Partiyası |
Təhsili | Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası |
İxtisası | Iqtisadçı |
Uşağı |
|
Dini | İslam |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | iqtisad elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Respublikası Dövlət Neft Şirkəti |
|
|
Təltifləri |
Qasımov Süleyman Mehrəli oğlu 26 dekabr 1961-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.[6]
1982–1991-ci illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, iqdisadçı, baş mühasibin müavini, baş mühasib) çalışmışdır. 1991–2003-cü illərdə "Azərineft" Neft və Qazçıxarma Baş İdarəsinin "Xəzərdənizneftqaz", "Dənizdə neft və qazçıxarma" İstehsalat Birliklərinin baş mühasibi vəzifəsində işləmişdir. 2004–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş Ofisində İqtisadiyyat və Uçot İdarəsinin şöbə rəisi, idarə rəisinin müavini, idarə rəisi olmuşdur.
2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidentidir.
2022-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan "Petkim Petrokimya Holding AŞ"nin ("Petkim") İdarə Heyətinin sədridir.[7][8]
28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.[9]
31 iyul 2023-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin iqtisadi məsələlər üzrə müşaviri təyin edilmişdir.[10][11][12]
SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvüdür. İqtisad elmləri doktorudur, 1 elmi əsər, 15-dən çox elmi məqalə müəllifidir.