Səəd əl-Həriri (ərəb. سعد الحريري; tam adı Sə’dəddin Rəfiq əl-Həriri; ərəb. سعد الدين رفيق الحريري; 18 aprel 1970[1][2][…], Ər-Riyad[3]) — livanlı siyasətçi və milyarder, 2016- ci ildən etibarən Livanın baş naziri olmuşdur. Həmçinin, o, 2009-cu ilin noyabr ayından 2011-ci ilin iyun ayına qədər Baş nazir vəzifəsində çalışmışdır. O, 2005-ci ildə öldürülən keçmiş Livan baş naziri Rəfiq Həririnin ikinci oğludur.
Həriri, 2005-ci ildən "Gələcək hərəkatı "nın lideri olmuşdur. O, 14 mart Koalisiyasının "ən güclü namizədidir". 3 il xaricdə yaşadıqdan sonra 2014-cü il 8 avqustda Livana döndü və 3 noyabr 2016-cı ildə baş nazir təyin edildi.
4 noyabr 2017-ci ildə Səudiyyə dövlət televiziyasında yayımlanan Həriri'nin istefa etmək niyyəti gözlənilməz olmuş, İran-Səudiyyə Ərəbistan vasitəçilik müharibəsinin Livanda bir hissəsi kimi qəbul edilmiş və Livan və Səudiyyə Ərəbistanı arasındakı mübahisəyə səbəb oldu. Prezident Mişel Övnün çıxışından sonra 5 dekabrda Həriri istefasını təxirə saldı.
Səəd Həriri | |
---|---|
ərəb. سعد الدين رفيق الحريري | |
| |
9 noyabr 2009 – 13 iyun 2011 | |
Sonrakı | Nəcib Miqati |
18 dekabr 2016 – 29 oktyabr 2019 | |
Sonrakı | Həssan Diyab |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 aprel 1970[1][2][…] (54 yaş) |
Doğum yeri |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, iş adamı |
Atası | Rəfiq Həriri |
Dini | islam[4] |
saadhariri.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Səəd Həriri 1970-ci il 18 aprel Ər-Riyad, Səudiyyə Ərəbistanda doğulmuşdur. İlk həyat yoldaşı Nizal Bustani İraqlıdır. 1992-ci ildə Georgetown Universitetində McDonough Business School'da biznes idarəçiliyini bitirmişdir. Daha sonra Səudiyyə Ərəbistana qayıdıb, 2005-ci il atasının sui-qəsdinə qədər Riyadda atasının işinin bir hissəsini idarə etmişdir.
Liviya, Səudiyyə Ərəbistanı və Fransa vətəndaşlığı var. Ərəb dilindən başqa Həriri İngilis və fransız dilində danışır.
O, təhkükəsizlik səbəbindən 2011-ci ildən 2014-cü ilə qədər Fransada yaşamış və 2014-cü il 8avqustda Liviyaya dönmüşdür.
Siyasətə gəlməzdən əvvəl, Həriri, Oger Telecomun icra komitəsinin sədri idi, hansı ki, 1994-cü ildən 2005-ci ilə qədər Yaxın Şərq və Afrikada telekommunikasiya maraqlarını davam etdirmişdir. Bundan əlavə o, Omnia Holdinqin sədri və Oger International Entreprise de Travaux Internationaux, Saudi Oger, Saudi Investment Bank, Saudi Research and Marketing Group və Liviyanın Future TV televiziya kanalında idarə heyətinin üzvü olmuşdur. 2007-ci ildə Fransa prezidenti Jak Şirak Səəd Həriri'ni Fəxri Legion ordeni ilə təltif etdi.
20 aprel 2005-ci ildə Həririnin ailəsi, onun əslində sunni hərəkatı olan və mərhum atası tərəfindən yaradılmış, idarə edilmiş "Gələcək Hərəkatı"na liderliyini elan etdi. Sidr inqilabından doğan siyasi qrupların koalisiyası, kütləvi nümayişlər və qərbdən dəstəklə, 29 illik bir dövrdən sonra 2005-ci ildə Suriyalı qoşunların Livandan çıxarılmasına səbəb oldu.
Həriri 9 noyabr 2009-cu ildən 13 iyun 2011-ci il tarixinədək baş nazir vəzifəsində çalışmışdır.
Hökumətin dağılması
12 yanvar 2011-ci ildə Həriri, prezident Barak Obama ilə Oval Ofisində fotoşəkil çəkdirdikdən sonra, müxalifət partiyaları öz hökumət ofislərindən istefa edərək, onun dağılmasına gətirib çıxardı. Hizbullahın və onun müttəfiqlərinin geri çəkilməsinə Rəfiq Həririnin sui-qəsdinin araşdırılması ilə bağlı siyasi təzyiqlər səbəb oldu. Hizbullah əməliyyatçıları Rəfiq Həririni qətlə yetirməkdə günahlandırıldılar. Həriri dörd ay müddətində müvəqqəti olaraq baş nazir olaraq hakimiyyətə davam etdi.
13 iyun 2011-ci ildə Nəcib Mikati başçılıq etdiyi yeni Livan hökuməti formalaşdırıldı. Mikati 8 martdan başlayan bir hökumət koalisiyasını yaratdı.
12 dekabr 2012-ci ildə, Həriri, Okab Sakra, Luay Almokdadın həbsinə dair bir qərar verilərək onları Suriya müxalifət qruplarını silahlandırmaq və maliyyə dəstəyində günahlandırdılar. Həriri buna cavab olaraq Bəşər Əsədi "canavar" kimi təsvir etmişdir.
İki illik fasilədən sonra Mişel Övn yenidən prezident seçilir və fərman verərək 18 dekabr 2016 cı ildə Həririnin ikinci dəfə baş nazir vəzifəsinə təyin edir.
4 noyabr 2017-ci ildə Səudiyyə Ərəbistanın televiziyasında yayımlanan bəyənatda Həriri İranın və Hizbullahın Yaxın Şərq regionunda siyasi təzyiqlərini artırması və sui-qəsdlərdən qorunması ilə bağlı olaraq vəzifəsindən istefa verdiyini bildirdi. Livan hökumətinin əksəriyyəti onun qaytarılmasını tələb etdi. Daha sonra prezidentin də bu işə fikir bildirməsi ilə o, dekabrın 5-də istefasını ləğv etdi və hökumətin bütün üzvlərinin ərəb ölkələrindəki münaqişələrdən uzaqlaşmağa razı olduğunu açıqladı.