Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Rəfiq Bəhaəddin əl-Həriri (ərəb. رفيق بهاء الدين الحريري; 1 noyabr 1944[1][2], Sayda – 14 fevral 2005[3][1][…], Beyrut) — Livanın sabiq baş naziri.
Rəfiq Həriri | |
---|---|
ərəb. رفيق بهاءالدين الحريري | |
23 oktyabr 2000 – 6 noyabr 2004 | |
Əvvəlki | Səlim Əhməd əl-Hüss |
Sonrakı | Ömər Kərami |
31 oktyabr 1992 – 2 dekabr 1998 | |
Əvvəlki | Rəşid Sülh |
Sonrakı | Səlim Əhməd əl-Hüss |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 noyabr 1944[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 14 fevral 2005[3][1][…] (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, sahibkar |
Həyat yoldaşları |
Nizal əl-Bustani Nazik Övdə |
Uşağı | Səəd Həriri |
Dini | islam, sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Rəfiq Həriri 1944-cü ildə Livanın cənubundakı Sayda şəhərində doğulmuşdu. Gəncliyində təhsil almağa pulu olmadığından universiteti yarımçıq tullayıb iş dalınca Səudiyyə Ərəbistanı na yollanan Həriri cəmi 15 ilə milyardçı olur. O, ilk milyardını tikinti biznesində toplayır.[4]
Beynəlxalq Məhkəmə Livanın sabiq baş naziri Rəfiq Həririnin qətli ilə bağlı rəsmi araşdırma prosesinə start verib. Güman edilir ki, işin bütün məqamlarını əhatə etmək üçün Haaqa məhkəməsinə 5 il vaxt tələb oluna bilər. Məhkəmə mərhələsindən əvvəl BMT-nin xüsusi komissiyası Həririnin qətli ilə əlaqəli 4 il ərzində təhqiqat aparıb. BMT-nin son hesabatında qətlin cinayət qruplaşma tərəfindən təşkil olunduğu bildirilir. 2005-ci ildə Beyrut mərkəzində baş verən partlayış nəticəsində Rəfiq Həriri ilə yanaşı daha 22 nəfər öldürülmüşdür. Suriya Rəfiq Həririnin qətlilə əlaqəli olduğu barədə Amerika tərəfindən səslənən iddiaları rədd edir. Rəfiq Həririn qətlindən sonra yaranmış Suriya əleyhinə əhvali-ruhiyyə şəraitində Dəməşq öz qüvvələrini Livan ərazisindən geri çəkdi.[5]