Səfa Abbas oğlu Mirzəyev (12 may 1952, Bakı – 22 iyul 2024, Bakı) — Azərbaycan hüquqşünası və ictimai-siyasi xadimi, hüquq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri (1997–2022), 1-ci dərəcə dövlət müşaviri, Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu (2006).
Səfa Mirzəyev | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 may 1952 |
Doğum yeri | |
Vəfat tarixi | 22 iyul 2024 (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Səfa Abbas oğlu Mirzəyev 1952-ci il mayın 12-də anadan olub.[1]
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.
1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib.[1]
1992-ci ildən Milli Məclis Aparatında işləyir. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.[1]
6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.[2]
1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olmuşdur.[3]
Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 22 iyun 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu" fəxri adı[4], 11 may 2012-ci ildə "Şöhrət" ordeni[5], 11 may 2022-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[6]
13 may 2022-ci ildə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.[7]
Səfa Mirzəyev 22 iyul 2024-cü ildə vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.[8]