Səmih Sancar

Səmih Sancar (7 mart 1911[1]8 dekabr 1984, İstanbul) — Türk əsgəri. Türkiyə Silahlı Qüvvələrinin 16-cı Baş Qərargah rəisi.

Səmih Sancar
türk. Semih Sancar
Şəxsi məlumatlar
Doğum tarixi 7 mart 1911(1911-03-07)[1]
Vəfat tarixi 8 dekabr 1984(1984-12-08) (73 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Xidmət illəri 1930-cu ildən
Rütbəsi Dörd ulduzlu general
Vəzifəsi

4-cü diviziya Baş Qərargah rəisi
Baş Qərargah əməliyyat rəisi
Hərb Akademiyaları komandiri
5-ci

Korpus müdavimi
9-cu Korpus Quru Qoşunları Təlim Korpusu müdavimi
Jandarma Baş komandanlığı
2-ci Ordu Türkiyə Quru Qoşunları
Döyüşlər

1930-cu ildə Kuleli Hərbi liseyini,1932-ci ildə Hərbi Akademiyanı topçu müdavim rütbəsi ilə bitirmişdir. 1934-cü ildə Topçu Sinfi məktəbini bitirmişdir. 1939-cu ilədək müxtəlif artilleriya birliklərində batareya komandiri vəzifəsini icra etmişdir. 1939-cu ildə daxil olduğu Hərbi Akademiyanı 1942-ci ildə bitirib müdavim oldu. 1960-cı ilə qədər müxtəlif qərargah və birliklərin komandanlığı vəzifəsini icra etmişdir.

1960-cı ildə briqada generalı, 1963-cü ildə general-mayor, 1964-cü ildə general-leytenant və 1969-cu ildə ordu generalı rütbəsinə yüksəlmişdir. briqada generalı rütbəsi ilə 4-cü Diviziya komandanı,Baş Qərargah heyəti rəisi və Baş Qərargah əməliyyat rəisi,general-mayor rütbəsi olan Hərbi Akademiyalar komandiri müavini,5-ci Korpus komandirinin müavini və Quru qüvvələri Əməliyyatları baş qərargah başçısının müavini,general-leytenant rütbəsi ilə Quru Qoşunları Təhsil Korpusu komandiri və 9-cu Korpus komandiri vəzifələrini icra etdi. 29 avqust 1969–29 avqust 1970-ci tarixləri arasında jandarma baş komandanlığı və bu tarixdən sonra 28 avqust 1972-ci ilədək 2-ci Ordu komandiri vəzifələrini icra etdi. 28 avqust 1972-ci ildə Quru Qoşunları komandanlığına təyin edildi.

Kipr Sülh Hərəkatı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Kipr Sülh Hərəkatı

20 iyul 1974-cü ildə başlayan Kipr sülh hərəkatı zamanı Baş qərargah rəisi vəzifəsini davam etdirdi. Kipr sülh hərəkatı başladığı günlərdə baş nazir müavini olan Nəcməddin Ərbakana söylədiyi aşağıdakı sözlərlə xatırlanır:[2]

" Allah sizdən razı olsun. 13 ildir heysiyyəti Makarios tərəfindən alçaldılan bir ordunun komandiriyəm. Allah bu günləri də bizə göstərdi. Amma hörmətli müəllimim,indi gəmilərimizə hücum əmri versəm,adaya yalnız şənbə günü səhər çata bilərlər. Çünki köhnə tank mühərriklərini quraşdırmışıq.

Saatda beş-altı mildən çox sürətlə hərəkət edə bilmirlər.

"

Sülh əməliyyatından sonra baş nazirin müavini Nəcməddin Ərbakan tərəfindən ona marşal rütbəsi verilməsi təklifi irəli sürüldü,lakin bu təklifi qəbul etmədi.[3]

Təqaüdə çıxması və ölümü

[redaktə | mənbəni redaktə et]

6 mart 1973-cü ildə Baş Qərargah rəisi vəzifəsinə təyin edildi və səlahiyyət müddəti hökumət tərəfindən bir il müddətinə uzadıldılaraq 7 mart 1978-ci ilədək bu vəzifəsində qaldı. 1980-ci ilin iyul ayında Prezident köməkçisi İhsan Səbri Çağlayangil tərəfindən Respublika Senatına Kota senatoru təyin edildi. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra vəzifə müddəti sona çatan Sancar,8 dekabr 1984-cü il səhər,müalicə aldığı Gülhanə Hərbi Tibb Akademiyasında keçirdiyi ürək tutması nəticəsində vəfat etdi.

  1. 1 2 https://www.resmigazete.gov.tr/arsiv/16214_1.pdf.
  2. Süleyman Arif Emre, Siyasette 35 Yıl, Cilt 2, s. 155
  3. http://hurarsiv.hurriyet.com.tr/goster/haber.aspx?id=112622 (#bare_url_missing_title).
Hərbi titullar
Sələfləri 
Faruk Gürlər
Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi
6 mart 1973 - 7 mart 1978
Xələfləri 
Kənan Evrən
Sələfləri 
Namık Kənan Ərsun
Türkiyə Quru Qoşunları Komandiri müavini
1 iyun 1977 - 18 iyul 1977
Xələfləri 
Adnan Ərsöz
Sələfləri 
Faruk Gürlər
Türkiyə Quru Qoşunları komandiri
28 avqust 1972 - 7 mart 1973
Xələfləri 
Əşrəf Akıncı
Sələfləri 
Faruk Gürlər
2-ci Ordu komandiri
29 avqust 1970 - 28 avqust 1972
Xələfləri 
Nihat Tulunay
Sələfləri 
Kamal Atalay
Türk Jandarma Baş komandiri
29 avqust 1969 - 28 avqust 1970
Xələfləri 
Kəmaləttin Erkən
Sələfləri 
Faruk Gürlər
Türkiyə Silahlı Qüvvələri Hərbi Akademiyalar komandiri
2 avqust 1962 - 25 avqust 1964
Xələfləri 
Nüzhət Bulca