Necdət Özəl

Necdət Özəl (türk. Necdet Özel10 oktyabr 1950, Ankara) — Türkiyə Silahlı Qüvvələrinin generalı. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 28-ci rəisi.[1] O, həmçinin Türkiyə Quru Qoşunları komandanı olub. General Necdət Özəl bu vəzifədə NATO təcrübəsinə sahib olmayan ikinci şəxsdir.[2]

Necdət Özəl
türk. Necdet Özel
4 avqust 2011 – 18 Avqust 2015
PrezidentAbdulla Gül
Rəcəb Tayyib Ərdoğan
Əvvəlkiİşık Koşaner
SonrakıHulusi Akar
4 avqust 2010 – 29 iyul 2011
Quru Qoşunları komandanı
29 iyul 2011 – 4 avqust 2011
2-ci Ordu komandanı
2008 – 2010
Şəxsi məlumatlar
Doğum tarixi 10 oktyabr 1950(1950-10-10) (74 yaş)
Doğum yeri
Təhsili
İxtisası hərbi xadim
Fəaliyyəti əsgər
Uşağı 1
Hərbi xidmət
Mənsubiyyəti Türkiyə Türkiyə
Qoşun növü piyada
Rütbəsi Ordu generalı

Təltifləri Türkiyə Silahlı Qüvvətləri Şərəf Medalı
Türkiyə Silahlı Qüvvələrinin Üstün Cəsarət və İgidlik Medalı
Türkiyə Silahlı Qüvvələrinin Fərqli Xidmət Medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Necdət Özəl 1950-ci ildə Ankarada anadan olub. 1969-cu ildə Türkiyə Quru Qoşunları Hərbi Məktəbini, 1970-ci ildə Hərbi Piyada Məktəbini bitirib. 1975-ci ildə London İqtisadiyyat Məktəbində Beynəlxalq Diplomatiya ixtisası üzrə təhsil alıb.

Hərbi karyerası

[redaktə | mənbəni redaktə et]

Özəl 1978-ci ilə qədər Türkiyə Quru Qoşunları Komandanlığının (TQQK) müxtəlif vahidlərində taqım komandiri və bölük komandiri vəzifələrində çalışıb. 1980-ci ildə Ordu Kollecini qərərgah zabiti olaraq bitirdikdən sonra müvafiq olaraq Kiprdəki Türk Sülh Qüvvələri Baş Qərargahında Əməliyyat Planı bölməsində Şöbə müdiri və daha sonra Türkiyə Quru Qoşunları Baş Qarargahında baş katib, Türkiyə Quru Qoşunları Hərbi Məktəbində qərargah rəisi və 17-ci Piyada Alayının Komandiri olaraq xidmət etmişdir.[3]

1995-ci ildə briqada general rütbəsinə çatan Özəl 172-ci Zirehli Briqadanın komandiri və Türkiyə Quru Qoşunları Daxili Təhlükəsizlik Əməliyyatları Müdirliyinin rəisi vəzifələrində çalışmışdı. 1999-cu ildə general-mayor rütbəsindən sonra 39-cu Mexanikləşdirilmiş Piyada Diviziyası və Ordunun Hərbi Kollecinin komandanlığını öz üzərinə götürdü.

Yüksək komandanlıqda

[redaktə | mənbəni redaktə et]

2003-cü ildə general-leytenant rütbəsi almış və 7-ci korpus komandiri təyin edilmişdir. Daha sonra Türkiyə Quru Qoşunları komandanın təlim və doktrina üzrə müavini vəzifələrində çalışmışdır. 2007-ci ildə Necdət Özəl general mayor rütbəsinə yüksəldi. General-mayor rütbəsi ilə 2007–2008 arasında Ege Ordusu Komandanlığı və 2008–2010 arasında 2-ci Ordu Komandanlığı vəzifəsini icra etmişdir. Necdət Özəl 4 avqust 2010 tarixində Jandarma Ümumi Komandanlığı vəzifəsinə təyin edildi.

29 iyul 2011-ci il tarixində Baş Qərargah rəisi İşık Koşaner, Quru Qoşunları Komandanı Erdal Ceylanoğlu, Dəniz Qüvvələri Komandanı Eşref Uğur Yiğit və Hava Qüvvələri Komandanı Həsən Aksay istefa verməsi ilə 29 iyul 2011-ci il tarixindən etibarən Necdət Özəl Quru Qoşunları komandanı təyin olundu. Eyni zamanda O, Baş nazir tərəfindən Baş Qərargah rəisinin müavini təyinatını da aldı. Necdət Özəl 4 avqust 2011-ci il tarixli Ali Hərbi Şura iclasında Baş Qərargah rəisi təyin edildi.[4]

Bu vəzifə müddətində təqaüdçü və aktiv yüksək rütbəli hərbçilərin həbs olunduğu Balyoz və Hərbi casusluq kimi hadisələrdə Türkiyə Silahlı Qüvvələri üzvlərinin hüquqlarını qorumaqda təsirsizliyinə görə aramsız tənqid hədəfinə düşdü. 22 fevral 2015-ci ildə rəhbərlik etdiyi Şah Fırat Əməliyyatı səbəbiylə Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalıdən mənfi tənqidlər aldı.[5] 2015-ci ildə vəzifəsindən getmədən əvvəl Dövlət Şərəf Medalı ilə təltif edildi.[6] 18 avqust 2015-ci ildə Baş Qərargahının rəisi vəzifəsini Hulusi Akara təhvil verdi.[7]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Neriman Kamuran Özel ilə evlidir və bir övladı var. İngilis dilində sərbəst danışır.

  1. "Biography of the Commander". May 22, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 21, 2014.
  2. Bozkurt, Abdullah. "Profile of Necdet Özel: An army man with strong democratic credentials". tr:Today's Zaman. 2011-07-31. 2011-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-19.
  3. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-24.
  4. "Arxivlənmiş surət". 2011-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-24.
  5. Bahçeli'den Genelkurmay'a sert çıkış Arxivləşdirilib 2015-02-25 at the Wayback Machine, Cumhuriyet
  6. "Arxivlənmiş surət". 2015-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-24.
  7. "Orgeneral Hulusi Akar bu mesajla göreve başladı". tr:Habertürk (türk). 2015-08-19. 2016-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]