İşık Koşaner

Səbahəddin İşık Koşaner (5 dekabr 1945, İzmir) — Türkiyə Silahlı Qüvvələrinin generalı. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 27-ci rəisi. Səbahəddin İşık Koşaner 2011-ci il iyulun 29-da Baş qərargah rəisi vəzifəsindən istefa vermişdir. İstefası həmən gün qəbul edilmişdir. O, 333 gün ərzində Baş qərargah rəisi vəzifəsində çalışmışdır.[1]

Səbahəddin İşık Koşaner
türk. Sebahattin Işık Koşaner
30 avqust 2010 – 29 iyul 2011
PrezidentRəcəb Tayyib Ərdoğan
Əvvəlkiİlkər Başbuğ
SonrakıNecdət Özəl
30 avqust 2006 – 4 avqust 2008
Quru Qoşunları komandanı
Vəzifədədir
4 avqust 2008-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1945(1945-12-05) (78 yaş)
Doğum yeri
Təhsili
İxtisası hərbi xadim
Fəaliyyəti əsgər
Uşağı 2
Hərbi xidmət
Mənsubiyyəti Türkiyə Türkiyə
Qoşun növü piyada
Döyüşlər
Rütbəsi Ordu generalı

Təltifləri Türkiyə Silahlı Qüvvətləri Şərəf Medalı
Türkiyə Silahlı Qüvvələrinin Üstün Cəsarət və İgidlik Medalı
Türkiyə Silahlı Qüvvələrinin Fərqli Xidmət Medalı
Şimali Kipr Türk Respublikası Silahlı Qüvvələrinin Üstün Cəsarət və İgidlik Medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İşık Koşaner 1945-ci ildə Türkiyənin İzmir şəhərində anadan olub. O, 1965-ci ildə Quru Qoşunları Hərbi Məktəbini, 1966-cı ildə Piyada Məktəbini bitirib.[2] 1976-cı ilə qədər Türkiyə Quru Qoşunlarının bir neçə hərbi hissəsində növündə taqımbölüyündə komandir olmuşdur. O, Eğirdirdəki Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandirliyində təlimatçı kimi xidmət etmişdir. Koşaner 1974-cü ildə Atilla əməliyyatı zamanı Türkiyə Komando Briqadası tərkibinə taqım komandiri kimi qatılmışdır.

1978-ci ildə Koşaner Türkiyə Ordusu Baş qərargah Kollecini bitirdi.[3] Daha sonra Ankaradakı Türkiyə Baş Qərargah yanında Xüsusi Əməliyyat Qüvvələrinin Komananı vəzifəsinə təyin edildi. Ardından Koşaner İtaliyanın Napoli şəhərində NATO-nun Cənubi Avropa Müttəfiq Qüvvələri Komandanlığının (AFSOUTH) Kəşfiyyat İdarəsində qərargah zabiti vəzifəsində çalışıb. İtaliyadan qayıtdıqdan sonra Koşaner 3-cü Ordu Komandanlığında Maddi-Texniki Planlaşdırma və Koordinasiya şöbəsinə komandir vəzifəsinə təyinat alıb.

Koşaner İngiltərənin Londondakı Kral Müdafiə Araşdırmaları Kollecini (RCDS) bitirdikdən sonra, Ankara Baş qərargah rəisinin Strateji və Qüvvələrin Planlaşdırılması İdarəsi daxilində Strateji Bölmənin rəhbəri vəzifəsinə təyin edildi. Polkovnik olaraq Ankaradakı Türkiyə Baş Qərargahında Xüsusi Təyinatlı Əməliyyat bölümünün Komandanı təyin edilməzdən əvvəl Türkiyə Ordusunun 8-ci Piyada Diviziyasındakı 131-ci Piyada Alayına komandanlıq etdi.[3]

General rütbəsində

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə Koşaner Tuğgeneral rütbəsinə yüksəldildi və Lojistik Planlaşdırma İdarəsinin və daha sonra Türk Ordusunun 1-ci Komando Briqadasının komandanı təyin edildi. Koşaner, 1996-cı ildə general-mayor rütbəsi alaraq Türk Ordusu Akademiyasının komandanı təyin olundu. 2000-ci ildə o, general-leytenant rütbəsinə yüksəldi və Türkiyə Müdafiə Nazirliyinin müşaviri və daha sonra Şimali Kiprdə Türkiyə Sülh Qüvvələri Komandanı olaraq çalışdı.

Koşaner 2004-cü il avqustun 30-da ordu general rütbəsinə yüksəldi və Türkiyə Ege Ordusunun Komandanı və daha sonra Türk Baş Qərargahı Rəisinin müavini vəzifələrini icra etdi.[3] 30 avqust 2006 tarixindən etibarən Jandarma qüvvələrinin komandanı vəzifəsinə təyinat aldı. 4 avqust 2008-ci ildə Ali Hərbi Şuranın qərarları ilə Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları komandanı vəzifəsinə təyin edildi.[3]

8 Avqust 2010-cu il tarixində General İşık Koşaner Ali Hərbi Şuranın qərarı ilə Baş Qərargah rəisi təyin edildi. 30 Avqust 2010-cu ildə yeni vəzifəsinin icrasına başladı.

Koşanerin bu vəzifədə qalma müddəti cəmisi 333 gün təşkil etdi. Yeni vəzifəni tutmasının bir il tamam olmamış istefa verdi. Belə ki, 29 iyul 2011-ci il tarixində, 1 avqust 2011-də Ali Hərbi Şuranın yığıncağı başlamazdan əvvəl İşık Koşaner, Quru Qoşunları Komandanı Erdal Ceylanoğlu, Dəniz Qüvvələri Komandanı Eşref Uğur Yiğit və Hava Qüvvələri Komandanı Həsən Aksay ilə birlikdə 2013-cü ilə qədər vəzifə müddətinə vaxt qalmasına baxmayaraq təqaüdə çıxmalarını istədilər.[4] Baş qərargah rəisi vəzifəsindən istefa etməsinin səbəbini yazılı açıqlamasında açıqladı. Açıqlamada Balyoz və buna bənzər hadisələrdə həbs olunan hərbçilərə xitabən bunları demişdir:

" Bir çox hüquqşünasın dediyi kimi, həbslərin ümumdünya qanunları, haqq, ədalət və vicdani dəyərlərə uyğun olaraq aparıldığını qəbul etmək mümkün deyil.
İşık Koşaner, 29 iyul 2011[5]
"

Qeyd edək ki, təqaüd və istefa, Türkiyə Hərbi İdarəetmə Sistemində fərqli anlayışlardır. "New York Times"ın yazdığına görə onların istefa verməsinin əsas səbəbi "onlarla generalın həbs və istintaqa cəlb edilməsinə" etiraz etmək idi. Belə ki, bir ildən çox davam edən istintaq zamanı 40-dan çox general (hərbi komandirlərin onda biri)və yüksək rütbəli zabitlər nəzarətə alınmışdı. Ordunun zabitləri çevriliş cəhdində şübhəli bilinərək istintaqa cəlb edilmişdi. Bu səbəbdən ordunun yüksək rütbəli zabitləri ilə hökumət arasında bəzi fikir ayrılıqları var idi.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

İşık Koşaner Nurdan Koşanerlə evlidir və iki övladı var. İngilis dilində sərbəst danışır.

  1. "Turkey's military chiefs resign". 29 July 2011. 16 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2021 – www.bbc.co.uk vasitəsilə.
  2. "NATO - Biography: General Işık Koşaner, Chief of Staff of Turkey". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-24.
  3. 1 2 3 4 "Arxivlənmiş surət". 2011-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-24.
  4. "Arxivlənmiş surət". 2011-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-24.
  5. "Arxivlənmiş surət". 2011-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-24.