Yaşar Gülər (18 sentyabr 1954[1], Ərdəhan) — Türkiyənin milli müdafiə naziri, Türkiyə Silahlı Qüvvələrinin generalı, Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 30-cu rəisi (2018–2023).
Yaşar Gülər | |
---|---|
türk. Yaşar Güler | |
Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri | |
Vəzifədədir | |
3 iyun 2023-cü ildən | |
Əvvəlki | Hulusi Akar |
10 iyul 2018 – 3 iyun 2023 | |
Əvvəlki | Hulusi Akar |
Türk Silahlı Qüvvələri Quru Qoşunları Komandanı | |
23 avqust 2017 – 10 iyul 2018 | |
Türkiyə Respublikası Jandarma Qüvvələri komandanı | |
28 iyul 2016 – 21 avqust 2017 | |
30 avqust 2013 – 28 iyul 2016 | |
Əvvəlki | Hulusi Akar |
Sonrakı | Ümid Dündar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 sentyabr 1954[1] (70 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | əsgər |
Hərbi xidmət | |
Qoşun növü | Türkiyə Quru Qoşunları |
Rütbəsi | Dörd ulduzlu general |
|
|
Təltifləri |
Türkiyə Silahlı Qüvvətləri Şərəf Medalı Türk Silahlı Qüvvələrinin Üstün Cəsarət və İgidlik Medalı Türk Silahlı Qüvvələrinin Fərqli Xidmət Medalı |
Vikianbarda əlaqəli mediafayllar |
Yaşar Gülər 1954-cü il yanvarın 1-də Ərdahanda anadan olub. 1972-ci ildə Türkiyə Quru Qoşunları Hərbi Məktəbində təhsil almağa başlayıb. 1974-cü ildə akademiyanı bitirərək hərbi karyerasını qurmağa yönəlib. İlk olaraq, Türkiyə Quru Qoşunlarında xidmətə daxil olub. Yaşar Gülər 10 il ərzində müxtəlif piyada və rabitə birliklərində xidmət etmiş, sonra onlardan birinin komandirliyinə yüksəlmişdir. 1986-cı ildə o, Türkiyənin Hərbi Ordu Kollecini fərqlənmə diplomu ilə bitirərək heyət zabiti rütbəsini aldı.
Yaşar Gülər 2001-ci ildə briqada generalı, 10-cu Piyada Briqadasının komandanı, həmçinin Baş Qərargahın Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi vəzifəsinə yüksəlmişdir. 2005-ci ildə diviziya generalı rütbəsinə layiq görülmüşdür. Yaşar Gülərhəmən il Baş Qərargahda xidmət etməyə başlamışdır. O, həmçinin Baş Qərargahda xidmətlə yanaşı, Ankaradakı Türk Silahlı Qüvvələrinin Rabitə və Elektron İnformasiya Sistemləri Məktəbinə də rəhbərlik etmişdir. 2009-cu ildə 2-ci ildən çox general-leytenant rütbəsi ilə xidmət etdiyi 4-cü Ordu Korpusunun komandanı təyin edildi. 2011–2013-cü illərdə silahlı qüvvələrin kəşfiyyat rəisi, daha sonra 2013-cü ildə Baş Qərargah rəisinin müavini oldu.
2016–2017-ci illərdə general rütbəsinə yüksəldi. Yaşar Gülər 2016-cı il iyulun 26-da Türkiyə Jandarma qüvvələrinin komandanı təyin edildi. 2017–2018-ci illərdə quru qoşunları komandanı vəzifəsini icra etmişdir. Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən 10 iyul 2018-ci il tarixdə Milli Müdafiə Naziri vəzifəsinə təyin olunan Hulusi Akarın yerinə Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edildi.[2][3]
15 iyul 2016-cı il dövlət çevrilişinə cəhd gecəsi Baş Qərargaha daxil olan qiyamçı hərbçilər idarədə olan Baş qərargah rəisi Hulusi Akar, Quru Qoşunları komandiri Salih Zeki Çolak, Hava Qüvvələri komandiri Abidin Ünal ve Jandarma Baş komandiri Galip Mendi ilə yanaşı Yaşar Güləri də girov götürdülər. Onlar Gülərin əllərini arxasına bağlayaraq, gözlərini örtmək məqsədilə başına torba keçirdilər. Adyutant Mehmed Akkurt da qiyamçı əsgərlər arasında idi. Gülər, Akkurtun ona istehza ilə "Komandir, narahat olma, bu bir təlimdir" deməsini xatırlayır. Daha sonra general Yaşar Gülər vertolyotla zorla Akıncı Hava Bazasına aparılmışdı.[4][5]
Yaşar Gülər əslən Bayburtdandır. Demet Güler ilə evlidir və bir övladı, iki nəvəsi var. İngilis dilində sərbəst danışır.