Sabir Rəhimov

Rəhimov Sabir Ömər oğlu (25 yanvar 1902, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu26 mart 1945[1], Qdansk) — General.

Rəhimov Sabir Ömər oğlu
özb. Rahimov Sobir Umar o`gli
qaz. Рахимов Сабыр Омарұлы
Doğum tarixi
Doğum yeri Daşkənd
Vəfat tarixi 26 mart 1945-ci il
Vəfat yeri
Vəfat səbəbi aldığı ağır yaradan
Dəfn yeri Daşkənd
Vətəndaşlığı Qazax
Atası Rəhimov Ömər
Təhsili
  • Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası[d]
Fəaliyyəti hərbi qulluqçu
Partiyası
Mükafatları "Qırmızı Bayraq ordeni"
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəhimov Sabir Ömər oğlu 1902-ci ilde yanvar aymm 25-de Daşkənd şəhərində anadan olmuşdur. Ata və anasını erkən itirən Sabir uşaq evində böyümüş, sonra isə varlı torpaq sahibkarının sahəsində muzdla çalışmışdır.

1922-ci ilin noyabr ayında Sabir Rəhimov Baki birləşdirilmiş hərbi məktəbin müdavimləri sırasına daxil edilmişdir . Tədqiqatçi Faiq Qocayevin araşdirmalari sübut etmişdir ki, o dövrde hərbi məktəb Bakının mərkəzi hissesində, indiki Nizami küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində yerləşirdi. Belə ki, çar Rusiyası dövründə burada olan binada 10-cu əsgər xəstexanasi, Cümhuriyyət dövründə 1919-cu ilin sentyabr ayının 5-dən Azərbaycan Hərbi Məktəbi, Azərbaycan işğal olunandan sonra isə Bakı birləşdirilmiş hərbi məktəbi yerləşmişdir. Hal hazirda bu binada 8 saylı şəhər orta məktəbi yerləşir. Gecə-gündüz aparılan məğələlər çətinliklərə öyrəşmiş Sabiri qorxu tütmur, əksinə, hərbi intizama tez alışaraq o, öz qrupunda işe ciddi münasibəti ile seçilməyə başlamışdır. Təcrübəli müəllimlərin (onu qeyd etmek kifayətdir ki, mektebin müellimləri sırasında Azərbaycanın məşhur sərkərdələri Səməd bəy MehmandarovƏli aga Şıxlinski var idi) rəhbərliyi ilə hərb elminin sirlerinə yiyələnən Rəhimov çox keçmədi ki, müdavim manqasının komandiri təyin edildi. Təhsildə qazandığı uğurlar nəticəsində o, 1923-cü ilde təlim tağımının komandir müavini təyin olundu. 1925-ci ildə Bakı birləşdirilmiş hərbi məktəbini yoxlamaq üçün SSRI Hərbi – Inqilabı şurasının Sədri Mixail Vasilyeviç Frunze[2] müxtəlif xarakterli təlimlər keçirmişdir. Frunzenin rəhbərlik etdiyi komissiya müdavimlərin hazırlığına yüksək qiymət vermişdir. At çapmaq və qıllncla doğrama imtahanlarında ən yüksək nəticəni Sabir Rəhimov göstermişdir. Qalibə hədiyyə verilən masaüsü tunc at heykəlini Rəhimova şəxsən Mixail Vasilyeviç Frunze təqdim etmişdir. 1925-ci ilin avqust ayında Bakı birləşdirilmiş hərbi məktəbini ferqlənmə ilə bitirən Sabir Rəhimov vətənə qayıdaraq əlahiddə özbək süvari eskadronunun komandiri təyin olunmuşdur.

İş fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Türkistanda sovet hakimiyyəti qurulandan sonra toxuculuq fabrikinə işə daxil olan Rəhimov biliklərə can atan, çetinliklərdən çəkinməyən vətənpərvər gənc kimi özünü göstərmişdir. О dövrdə Türküstanda yerli hərbi qüvvələrin yaradılması istiqamətində müəyyən iş aparılsa da, ən böyük çətinlik milli komandir kadrlarının çatişmamazlıği problemi idi. Bele şəraitdə respublika rəhbərliyinin göstərişi ile hərbi məktəblərdə təhsil almaq üçün müxtəlif müəssisələrdə çalışan komsomol çulardan bir qrup seçilmişdir. Qrupun tərkibində S.Rəhimov Bakıya göndərilmişdir. Yeri gəlmişkən qeyd edək ki, Bakıya hərbi təhsil almaq üçün göndərilən özbək gəncləri sırasında sonralar Özbəkistanın məşhur yazıçısı olan Şuhrat (Şohərtə) də var idi. О dövrdə Azərbaycanın azsaylı da olsa öz hərbi qüvvələri var idi: Azərbaycan Qızıl Ordusu piyada, süvari, toplu, mühəndis hissələri, hərbi-dəniz qüvvələri və hətta hərbi aviasiyaya malik idi. AzSSR ərazi qoşunlarının komandanı, eyni vaxtda Bakı şəhəri qarnizonunun rəisi və Azərbaycan diviziyasının komandiri vəzifəsini Azerbaycan xalqının görkəmli oğlu, istedadli hərbçi Cəmşid Naxçıvanski icra edirdi. Onun ən böyük nailiyyəti Azərbaycan Qızıl Ordusunda milli azərbaycan komandirlərinin esas vəzifələrdə yerləşdirməsi, milli hərbi hissələrdə ciddi nizam-intizamı təmin edə bilməsi və döyüş hazırlığını tam ciddiliyi ilə aparılması idi. 1925-ci ilin aprelində Azərbaycan ərazi qoşunlarını yoxlamış SSRI Hərbi- Inqilabi Şuraının Sədri M.V.Frunze Azərbaycan hərbi hissələrinin yüksək hərbi hazırlıq səviyyəsini etiraf etməyə mçcbur olmuşdur. Azərbaycan milli herbi qüvvələrinin yüksək döyüş qabilliyyəti mərkəzi hərbi mətbuatda da öz əksini tapmişdir. Təsadüfi deyil ki, SSRI rəhbərliyi azsaylı Azərbaycan ərazi qoşunlarına nəzarət etmək üçün onlardan bir neçe dəfə sayca üstün olan RSFSR-nin XI Qızıl Ordusunu respublikada saxlamağa mecbur olmuşdur. [3]. Süvari eksadron komandiri kimi Sabir Rəhimov dağlıq və səhralıq ərazilərdə müxtəlif bandalara qarşi əməliyyatlarda iştirak etmiş, bir neçə dəfə yaralanmışdır. Qırmızı Bayraq ordeni ilı tıltif edilmiıdir. 1930-cu ildə komanda heyətinin təkmilləşdirmə kurslarını bitirən Sabir Rəhimov SSRl-nin müxtəlif hərbi dairələrində xidmət etmişdir. 30-cu illərin repres¬siyaları milli komandir kadrlarına ağır zərbə vurmuşdur. Azərbaycandan Cəmşid Naxçıvanski və onun yetişdirdiyi yüzlərlə komandir güllələnmişdir. Özbəkistanda tuğyan edən repressiyalar Sabir Rəhimovdan da yan keç mədi. Bir sovet vətəndaşı kimi onun bioqrafiyası, demək olar ki ideal idi, lakin buna baxmayaraq ona qarşi müxtəlif ittihamlar sürülmüşdür. Nəhayət, bioqrafiyasında və fəaliyyətində heç bir “ləkələyici” fakt tapa bilməyən cəlladlar 1938-ci ildə istedadlı hərbçini Silahlı Qüvvelərdən qovdular. 1939-cu ilin axırlarında başlayan Sovet-Fin müharibəsi Qırmızı Ordunun repressiyaları neticəsində necə zəifləməsini sübut etdi. Avropa isə artiq II Dünya müharibəsinin alovunda yanırdı. Müharibənin SSRI sərhədlərinə yaxınlaşdığını anlayan I.Stalin 1940-ci ilin yazindan repressiyalara məruz qalan, lakin müxtəlif səbəblərdən güllələnməyən komandirləri yenidən orduya qaytarmağı əmr etdi. Ordu siralarına qaytarılanlar arasında mayor Sabir Rəhimov da var idi. Tədqiqatçı A.Bezuqolni qeyd edir ki, Böyük Vətən müharibəsi erəfəsinde Stalinin əmri ilə milli diviziyalar və milli kadrlar olan hissələr qərb sərhədlərinə atılmışdı . Onun nəticələrini faktlar təsdiqləyir: azərbaycanlılardan ibarət olan 77-ci dağ-atıcı diviziyası SSRl-nin qərb sərhəddində yerləlşdirilmiş, Brest qalasının heyətinə 44 azəraycanı daxil edilmiş, Həzi Aslanov Belorusiyaya təyinat almiş və s. Sabir Rəhimov da Qərb Xüsusi Hərbi dairəsinə göndərilmişdi.

1941-ci ilin iyunundan alay komandirinin müavini vəzifəsində döyüşlərdə iştirak edən S.Rəhimov bir neçə dəfə yaralanmış, sağaldıqdan sonra yenidən cəbhəyə qayıtmişdır. 1942-ci ilin sentyabr ayında Sabir Rəhimov 395-ci atici diviziyanın komandiri vəzifəsində şimali Qafqazda döyüşlərə qatılır. Maraqlıdır ki, onun diviziyasının “qonşusu” azərbaycanlılardan təşkil edilən 396-ci atıcı diviziyası idi. Şimali Qafqazın böyük hissəsi faşist qoşunları tərəfindən işğal edilmişdir. Almanlar Bakıya doğru can atırdılar və Sabir Rəhimov vaxtıkən hərb sənətinə yiyələndiyi Bakının müdafiəsində mərdliklə dayanmişdir. 1942-ci ilin axırları- 1943-cü ilin əvvəllərindəbaş vermiş ağıir döyüşlərdə 396-cı milli azərbaycan atıcı diviziyasi, demək olar ki, bütünlüklə həlak olmuş, S.Rəhimovun komandiri olduğu 395-ci atıcı diviziyası isə böyük itkilər vərərək yenidən təşkil olunması üçün arxaya kepçirilmişldir. Genreral-mayor rütbəsinə layiq görülən S.Rəhimov 1943-cü ilin aprelindən 1944-cü ilin noyabr ayınadək Moskvalda Baş Qərargahın Hərbi Akademiyasında təhsil almişdir. 37-ci qvardiya atıcı diviziyasının komandiri vəzifəsində S.Rəhimov PribaltikaŞərqi Prussiya döyüşləlerində iştirak etmişdir. Onun diviziyası Qraudenz qalasının (hal-hazirda Polşanın Qrudzendz şəhəri) alınmasında fərqlənmişdir. Rəhimovun komandanlıq etdiyi diviziya birinci olaraq Almaniyanın Dansiq şəhərinə daxil olmuş, lakin 1945-ci il martin 26-da onun komanda məntəqəsinə mərmi düşmüş və o, aldığı ağır yaradan keçinmişdir.

Onun ölümü bir çox suallar doğurmuşdur: komanda məntəqəsinə düşən mərmi dənizdən atıl mışdı, halbuki bu dövrde dənizdə üstünlük bütünlüklə sovet donanmasının əlində idi; heç kim dənizdən komanda məntəqəsini atəşə tutan alman gəmisini görməmişdir. Üstəlik Sabir Rəhimov ağir yaralanandan sonra 8 saat ərzində huşsuz qalmiş və bu müddətdə ona tibbi kömək göstərilməmişdi. Yalnız generalı xilas etməyin məümkünsüzlüyü aydın olanda o, hospitala aparıldı. Qraudenz qalasının alınmasına göre S.Röhimov Sovet Ittifaqi Qəhrəmanı adına təqdim olundu, lakin onun təqdimat sənədləri nədənsəyoxa çıxdı. Yalnız 1965-ci ildə SSRI Ali Sovetinin Rəyasət Heyətinin 6 may 1965-ci il (müharibə bitdikdən 20 il sonra!) general-mayor Sabir Rəhimova ölümündən sonra Sovet Ittifaqı Qəhrəmanı adı verilmişdir.

Azerbaycan xalqının qəhreman oğlu, iki dəfə Sovet Ittifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun (1910 - 1945) döyüş fəaliyyəti ilə meşğul olan tədqiqatçı S.Əhmədov Həzi Aslanov və Sabir Rəhimovun bioqrafiyalarında inanılmaz dərəcədə üst-üstə düşən oxşar cəhətlərə rast gəlmişdir. Belə ki, hər iki komandir bir müddət mülki fabriklərdə işləyəndən sonra hərbi məkteəbə daxil olmuş, her ikisi Bakıda hərbi məktəbi bitirmiş, hər ikisi komandirlərin ixtisasartırma kurslarında oxumuş, hər ikisi Böyük Vətən Müharibəsini Qərb Xüsusi Hərbi Dairəsində qarşılamış, hər ikisi alay komandirinin müavini vəzifələrində vuruşarkən ilk dəfə fərqlənmiş, hər ikisi eyni dövrdə Moskvada Hərbi Akademiyada oxumuş, hər ikisi Hərbi Akademiyanı bitirdikdən sonra eyni istiqamətə - Pribaltika cəbhəsinə göndərilmiş, hər ikisi müəemmalı şəraitdə haradansa atılan mərmi ilə ağir yara almiş (H. Aslanov 24.01.1945-ci il, S.Rəhimov 26.03.1945-ci il tarixlərində, cəbhənin eyni istiqamətində), hər ikisinə naməlum səbəbdən tibbi yardim gec göstərilmiş, hər ikisinin adına yazılan təltif sənədləri yoxa çıxmışdır (H.Aslanovun Litvanın Mitava şəhərini azad etməsinə göre 2-ci dəfəSovet Ittifaqı Qəhrəmanı adına təqdim olunma sə-nədləri yoxa çıxdığından ona yalnız 1991-ci ildə 2-ci dəfə bu fəxri ad verilmişdir). Və, nəhayət, təmsil etdikləri xalqların sevimli sərkərdələri kimi hər ikisinin cəsədləri vətəndə torpağa tapşirılmışdır: H.Aslanov Bakıda, S.Rəhimov Daşkənddə.

6 may 1965-ci il SSRI Ali Sovetinin Rəyasət Heyətinin (müharibə bitdikdən 20 il sonra!) general-mayor Sabir Rəhimova ölümündən sonra Sovet Ittifaqı Qəhrəmanı adı verilmişdir."Qırmızı Bayraq ordeni"

  1. Sabir Umarovich Rakhimov // TracesOfWar.
  2. "Arxivlənmiş surət". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-04.
  3. Məhfuzə Zeynalova. Bakı hərbi məktəbinin müdavimi-özbək xalqının qəhrəmanı general Sabir Rəhimov S. 344-351 Arxivləşdirilib 2019-12-04 at the Wayback Machine / Milli Azərbaycan Tarixi Muzeyi-2008. Bakı, 2008.