Sadıqlı (Ağstafa)

SadıqlıAzərbaycan Respublikasının Ağstafa rayonunun Sadıqlı kənd inzibati ərazi dairəsində kənd.[2]

Kənd
Sadıqlı
41°22′24″ şm. e. 45°08′31″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Ağstafa rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 272 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Milli tərkibi Azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0529[1]
Xəritəni göstər/gizlə
Sadıqlı xəritədə
Sadıqlı
Sadıqlı

Ağstafa rayonunun Sadıqlı kəndi Azərbaycanın qərbində ən uc nöqtədir. Gürcüstanla Sadıqlı kəndi arasında sadəcə bir arx var. Kənddən Tiflisə 45 kilometr – rayon mərkəzi Ağstafaya 55 kilometr məsafə var. Üzü gündoğana dayananda sağdan Kiçik Qafqaz, soldan Böyük Qafqaz sıra dağlarının əhatəsindədir. Bura dağ kəndi deyil – Kür ovalığında yerləşir.

Kəndin cənubunda "Qarayazı" meşəsi yerləşir.

Şimalda dörd kilometrliyindən keçən dəmir yolu Sadıqlı kəndi və Azərbaycanı dünya ilə birləşdirir.

Bura dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişi zamanı torpaq altından çıxan mədəniyyət abidələri burada beş-altı min əvvəl insan yaşadığını təsdiqlədi (Əldə olunan arxeoloji qazıntı nümunələri ABŞ və Fransa laboratoriyalarında analiz edilib - bu barədə oxuya bilərsiniz: Nəcəf Müseyibli. “Böyük Kəsik eneoloit dövrü yaşayış məskəni”, Bakı, 2007. 216 səh). Maraqlısı budur ki, bəşər sivilizasiyasının qədim dövrünə aid edilən yaşayış məskənindəki evin quruluşu İsa Hüseynovun “Kollu Koxa” povestində təsvir etdiyi “yer damı” ilə eynidir.

Sadıqlı kəndinə sonuncu kütləvi məskunlaşma XIX əsrin sonlarına aiddir. Kənd əhalisinin əksəriyyətini təşkil edən Sadıqlı tayfasının Kürün o biri yaxasından - Şıxlıdan gəlib burada məskunlaşması haqqında müxtəlif rəvayətlər var. Kənddə "Sadıqlı" adlı tayfa var ki, məhz kəndin əsasını da onlar qoyub. Kənddə həmçinin, "Gülallı", "Hacı-Bayramlı", "Pörnək", "Papaqçılar", "Avışlılar", "Molla-Mustafalar" və s. bir sıra tayfalar mövcuddur.

Sadıqlı kəndi və alman texnologiyası

[redaktə | mənbəni redaktə et]

Gürcüstanla Azərbaycanın sərhədi olan arxın o üzündə 1943-cü ilə qədər alman koloniyası yerləşib. Oranı kənd camaatı “Voyovka” adlandırırdı. Almanlardan kənd əhalisinin götürdüyü su quyularının içinin xüsusi daş konstruksiyalarla hörülməsi (sonradan betona üstünlük verdilər), dördtəkərli “furqon” tipli at arabalarının düzəldilməsi və palıd çəlləkdə şərab hazırlanması olub.

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • İsrayıl Əfəndiyev — SSRİ Dövlət mükafatı Laureatı, ADNA-nın elmi hissə üzrə prorektoru (1993-1997), ADNA-nın “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrasının müdiri, İdarəetmə Proseslərinin Avtomatlaşdırılması elmi-tədqiqat institutunun direktoru, profesor.
  • Məti Osmanoğlu — Azərbaycan yazıçısı, publisisti və ədəbiyyatşünası, "Yol" qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü.
  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.