Beş nömrəli sallaqxana (ing. Slaughterhouse-Five) — 1972-ci ildə istehsal olunmuş ABŞ filmidir. Film fantastika janrındadır. Kurt Vonnequtun eyniadlı əsəri əsasında çəkilmişdir. Filmin ssenaristi Stefen Qeller, rejissoru Corc Roy Hilldir. Rollarda Maykl Zaks, Ron Libman və Valeri Perren, həmçinin Yucin Roş, Şaron Qans, Holli Niar, Perri Kinq də iştirak etmişdir. Film Praqa və Minnesotada çəkilib.[3]
Beş nömrəli sallaqxana | |
---|---|
ing. Slaughterhouse-Five | |
Janr | elmi-fantastika filmi, komediya filmi, dram filmi, müharibə filmi, fantastika filmi, ədəbi əsər ekranlaşdırılması[d] |
Əsas mövzu | İkinci Dünya müharibəsi |
Rejissor | |
Ssenari müəllifləri | |
Baş rollarda |
|
Bəstəkar | |
İstehsalçı | Universal Pictures |
Distribütor | Universal Pictures, Netflix |
İlk baxış tarixi | 15 mart 1972[1] |
Müddət | 97 dəq., 103 dəq. |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Çexiya |
IMDb | ID0069280 |
Beş nömrəli sallaqxana filmi Qlenn Quldun musiqisini bəstələdiyi iki bədii filmdən birincisidir. Quld on həftə müddətində Corc Roy Hillin iştirakı ilə Universal Studioda musiqini ərsəyə gətirdi. Son halda musiqi 45 dəqiqə olmuş və əsasən Baxın əsərlərinə müraciət olunmuşdu.
İl | Mükafat | Kateqoriya | Nominasiya | Nəticə |
---|---|---|---|---|
1972 | Kann kinofestivalı | Jüri mükafatı | Corc Roy Hill | Qazandı[4] |
Qızıl Palma Budağı | Corc Roy Hill | Namizəd | ||
1973 | 1-ci Saturn mükafatı[5] | Ən yaxşı elmi fantastika filmi | Qazandı | |
Hüqo mükafatı | Ən yaxşı dramatik təqdimat | Corc Roy Hill (Rejissor) Stefen Qeller (Ssenari müəllifi) Kurt Vonnequt (Orijinal əsər) |
Qazandı | |
Qızıl Qlobus mükafatı | İlin yeni ulduz aktyoru | Maykl Zaks | Namizəd[6] | |
Amerika Rejissorlar Gildiyası Mükafatı | Outstanding Directorial Achievement in Motion Pictures | Corc Roy Hill | Namizəd | |
Amerika Yazıçılar Gildiyası | Best Drama Adapted from Another Medium | Stefen Qeller | Namizəd |