Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Salman Qaralar (Salman Vəli oğlu Balakişiyev; 1 noyabr 1959, Oktyabrkənd, Kəlbəcər rayonu) — Azərbaycan şairi, publisisti, ədəbiyyatşünası. Azərbaycan Yazıçılar Birliyinin (2023) üzvü.
Salman Qaralar | |
---|---|
Doğum tarixi | 1 noyabr 1959 (65 yaş) |
Doğum yeri | |
Uşağı | 3 |
Təhsili |
|
Fəaliyyəti | şair, publisist, ədəbiyyatşünas, müəllim, direktor[d], rəhbər, pedaqoq |
Fəaliyyət illəri | 1974-cü ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | məqalə, poeziya, publisistika, tədqiqat |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Salman Balakişiyev 1 noyabr 1959-cu ildə Kəlbəcər rayonunun Daşbulaq (Kilsəli) kəndində anadan olmuşdur. 1977-ci ildə orta məktəbi, 1981-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 1981–1984-cü illərdə Kəlbəcər rayonunun Qanlıkənd kənd, 1984–1988-ci illərdə isə Göygöl rayonunun Nadil kəndində müəllim işləmişdir. 1988–2007-ci illərdə Balçılı kənd 2 nömrəli tam orta məktəbin direktoru olmuşdur. 2007-ci ildən Göygöl RTŞ-nin müdir müavini işləmiş, Regional Təhsil İdarəsi yaradıldıqdan sonra müavin ştatı ləğv edildiyindən baş məsləhətçi kimi fəaliyyət göstərməyə başlamışdır.[1]
1990–2007-ci illərdə Məntəqə Seçki Komissiyasının sədri, 2007–2019-cu illərdə isə MSK-da YAP-ın səlahiyyətli nümayəndəsi, təhkimçi olmuşdur.[2]
1993-cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvü, YAP Göygöl Rayon Təşkilatında Siyasi Şuranın üzvü, YAP Göygöl Rayon Təşkilatı üzrə Təhsil sektorunda ərazi partiya təşkilatının sədridir.[3]
2023-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ailəlidir, üç övladı var.
Salman Qaraların 1974-cü ildə ilk məqaləsi Kəlbəcərdə çıxan "Yenilik" qəzetində çap olunmuşdur. Sonrakı dövrlərdə də müxtəlif mətbuat orqanlarında, o cümlədən "Xalq qəzeti"ndə, "Azərbaycan müəllimi", "Bütöv Azərbaycan" qəzetində tədrisə, ədəbi-bədii hadisələrə, şəxsiyyətlərə aid məqalələri çap olunmuşdur.[4]
AzTV, İTV kimi televiziya, müxtəlif radio kanallarında çıxışları olmuş, şeirləri səsləndirilmişdir. Müxtəlif saytlarda məqalələri dərc olunmuşdur.[5]
Azərbaycan Təhsil Nazirliyi tərəfindən 1999-cu ildə "İlin müəllimi" diplomu, 2001-ci ildə isə "Fəxri Fərman"la təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2011-ci il tarixli 1754 nömrəli sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[6]
2019-cu ildə Təhsil Nazirliyinin 30.09.2019-cu il K-1471 nömrəli əmri ilə "1 dərəcəli Dövlət qulluqçusu" dərəcəsi almışdır.
4 noyabr 2023-cü ildə Azərbaycan ədəbiyyatına, xüsusilə Azərbaycan aşıq sənətinə göstərdiyi yüksək xidmətlərinə görə "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin ən ali mükafatı olan "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif edilmişdir.[7]