Qanlıkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dəmirçidam kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Seyidlər kənd Sovetindən Qanlıkənd kəndi Dəmirçidam kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.
Qanlıkənd | |
---|---|
40°13′25″ şm. e. 46°06′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oykonim türk mənşəli kanqlı tayfasının adından və kənd sözündən ibarətdir. Kanqlıların adı III əsrdən məlumdur. Həmin tayfa qazaxların, qırğızların, qaraqalpaqların tərkibində də var. Orta Asiya kanqlıları VIII əsrədək Sırdərya hövzəsində yaşamış, sonra oğuzların təzyiqi ilə iki hissəyə parçalanmışdır. Bir hissəsi Aral dənizindən şimal-qərbə hərəkət etmiş, digər hissəsi isə altı tayfa ilə birlikdə Səlcuq oğuzlarına qarışmışdır.[2]
Kənd dağətəyi ərazidə yerləşir.
Qonur yurd, Yelliyal yurdu, Məşədi Baxçalı yurdu, Ayğır bulağının yurdu.
Ayğır bulağı, Sarı bulaq, Mərdan bulağı, Abbas bulağı, Məhəmməd bulağı, Şırranarası bulaq, Daş bulaq, Peyinli yurdun bulağı, Aşağıkı bulaq, Ongöz bulaq, Yelliyal bulağı.
Qlaboynu, Yurduntili, Arıq Alının çəpəri, Qızbəstənin çəpəri, Göydağ, Kaha, İnəkölən, Allahverdi, Abbas dəyirmanı, Gamışbatan, Lök qalası, Qaraqaya.[3]
Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |