Samara Arena

Samara Solidarnost Arena (rus. Солидарность Самара Арена; əvvəlki adı Kosmos Arena ) – Rusiyanın Samara şəhərində yerləşən stadion. Arena 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmiş stadionlardan biridir. Stadion Samara Arena adı ilə də bilinir.[2] 44918 nəfər tamaşaçı tutumuna malikdir. Stadion 320 milyon $-a tikilmişdir.

Samara Solidarnost Arena
Xəritə
Qeyri-rəsmi adı Samara Arena
Yeri Samara, Rusiya
Təməli qoyulub 2014
Tikilib 2018
Açılış tarixi 28 aprel 2018
Tikinti xərcləri 320 milyon $
Sahibi Samara hökuməti
Tamaşaçı tutumu 44918 (rəsmən)
41970 (2018 FİFA Dünya Kuboku)[1]
Ev sahibi komanda Krılya Sovetov Samara FK
Meydançanın ölçüləri 105 × 68 m
Ot örtüyü SISGrass (hibrid ot)
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  • Stadionun meydançası: 27 ha
  • Tamaşaçı tutumu: 44918 nəfər
  • VİP tamaşaçı tutumu: 1125 nəfər
  • Premium oturacaqlar: 75 ədəd
  • Ümumi sahə: 160498,1 m²
  • Hündürlük: 60 m
  • İnşa edən şirkət: Sport-Engineering
  • Dizayner: TerrNIIgrazhdanproekt

Stadionun əsas arxitektural xüsusiyyəti onun kosmosa bənzəməsidir. Bütün stadionu əhatə edən, ulduz və ya bir kosmik cihaza bənzəyən ümumi siluet ilə aşağıdan kiriş kimi strukturlar tərəfindən dəstəklənir. Qübbənin minimal əyriliyi olsa da, bizə düz bir səth olaraq göyə yüksəlmiş görünüşünü verir. Stadionun ellipsə oxşayan bünövrəsi ikimərtəbəli oturacaqlarını daşımağa imkan verir. Oturacaqların hamısı damla örtülü vəziyyətdədir. Stadionun diametri 330 metrdir. Arenanın damının ümumi kütləsi 13000 tondur. Sahəsi isə 76000 m²-dir. Arenanın bünövrəsi monolitik dəmir-beton döşəmədir. Stadion 4 mərtəbəlidir: yuxarı və aşağı səviyyəli açıq stendlər və onların arasında iki örtülü skybox.

Tamaşaçılar öz yerlərinə stadionun müxtəlif girişlərindən çata bilərlər.

Stadion təbii ot örtüyünə malikdir. Ot örtüyü altdan isitmə və avtomatik irriqasiya (özünü sulama) sistemləri ilə quraşdırılıb.

FİFA-ya təqdim edilən ilk təklifdə stadion şəhərin cənubundakı yaşayış məntəqəsi və infrastrukturu olmayan bir adada tikiləcəkdi. [3] O vaxtı, bu adaya gediləcək körpü belə yox idi

Bu seçim tənqidə səbəb oldu və buna görə stadionun şəhərin şimalında tikilməsi planlaşdırıldı. Tikiləcək ərazinin 27 ha olması düşünülürdü, lakin sonralar bu rəqəm böyüyərək 240, sonralar isə 930 hektardır.[4] Ərazinin genişləndirilməsi qərarı Samara sakinlərindən məsləhətləşmədən əvvəl verilmişdir. Planlaşdırılan binaların çoxusunun idmanla heç bir əlaqəsi yox idi.[4]

Arena şəhərin şimal qərb hissəsində yerləşir. Stadion şəhərin ən yüksək nöqtəsində yerləşir. Tikilinin dəmiryol stansiyasından uzaqlığı 15, Kurumoç Beynəlxalq Aeroportundan isə 32 kilometrdir. Stadionun cənubunda sıx yaşayış məntəqələri yerləşir. Volqa mikrorayonu 1978-ci ildə tikildi və 1980-ci illərin ortalarına öz inkişaf zirvəsinə çatdı. Mikrorayon 19-cu əsrdən bəri yaxşı tanınan Yablonka kənd-fermasının ərazisində tikilmişdir. Kəndin ilk sakinləri Polşa, Rusiya və Ukraynanın müxtəlif bölgələrindən gələnlər idi. Hətta Sovet hakimiyyəti dövründə "dini uyuşdurucu" (dini yaymaq istəyən insanlara verilən təqsir) cinayəti ilə günahlandırılanlar da buraya sürgün edilirdi. 1930-cu ildə kənd sakinləri özlərinin kollektiv "Iskra" fermasını yaratdılar.[5] Hal-hazırda Yablonka Taşkentskaya küçəsində yerləşir.

2018 FİFA Dünya Kuboku zamanı

[redaktə | mənbəni redaktə et]

Cədvəldəki vaxtlar Samara saatı ilə verilir.

Tarix Saat Komanda #1 Nəticə Komanda #2 Mərhələ Tamaşaçı sayı
17 iyun 2018 16:00 (UTC+4)  Kosta-Rika 0–1  Serbiya E qrupu 41432[6]
21 iyun 2018 16:00 (UTC+4)  Danimarka 1–1  Avstraliya C qrupu 40727[7]
25 iyun 2018 18:00 (UTC+4)  Uruqvay 3–0  Rusiya A qrupu 41970[8]
28 iyun 2018 18:00 (UTC+4)  Seneqal 0–1  Kolumbiya Group H 41970[9]
2 iyul 2018 18:00 (UTC+4)  Braziliya 2–0  Meksika 1/8 Final 41970[10]
7 iyul 2018 18:00 (UTC+4)  İsveç 0–2  İngiltərə 1/4 Final 39991[11]
  1. "Samara Arena". FIFA. 12 June 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 June 2018.
  2. Stadium names for the 2018 FIFA World Cup Russia™ confirmed Arxivləşdirilib 2017-11-11 at the Wayback Machine. FİFA.
  3. "Design: Samara Arena – StadiumDB.com". stadiumdb.com. 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-23.
  4. 1 2 "Документация по планировке территории - Самарская область - ГОСТОРГИ - закупки, торги, тендеры". www.gostorgi.ru. 2017-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-23.
  5. "ЯБЛОНЬКА ДИКО РАСТУЩАЯ- Прошлое и настоящее Приволжского микрорайона". drugoigorod.ru. 14 dekabr 2013. 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2018.
  6. "Matç hesabatı – E qrupu – Kosta Rika - Serbiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 17 iyun 2018. 2018-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2018.
  7. "Matç hesabatı – C qrupu – Danimarka - Avstraliya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 21 iyun 2018. 2018-06-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 iyun 2018.
  8. "Matç hesabatı – A qrupu – Uruqvay - Rusiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 25 iyun 2018. 2018-09-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 iyun 2018.
  9. "Matç hesabatı – H qrupu – Seneqal - Kolumbiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 28 iyun 2018. 2018-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 iyun 2018.
  10. "Matç hesabatı – 1/8 Final – Braziliya - Meksika" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 2 iyul 2018. 2018-07-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 iyul 2018.
  11. "Matç hesabatı – 1/4 Final – İsveç - İngiltərə" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 7 iyul 2018. 2018-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 iyul 2018.