Selfie

Selfi (ing. selfie) — rəqəmsal kamera, kameralı mobil telefon və ya planşet ilə çəkilən avto-portret fotoşəkli növüdür. Bu fotoşəkillər, ümumiyyətlə, gündəlik anlardan və bir kamera ilə yuxarıdan qol boyu məsafəsində ya da güzgü qarşısında çəkilir. Hamı tərəfindən böyük marağa, əyləncəyə səbəb olan selfilər daha çox Instagram, Facebook, Twitter , Google+, Linkedin, Foursquare, Picassa və s. buna bənzər sosial şəbəkələrdə daha məşhurdur.

Sıravi insanlardan tutmuş, məşhur yerli və dünya siyasətçiləri, şou-biznes əhli "selfi" stilində şəkillər çəkir və onu sosial şəbəkələrdə paylaşırlar.[1] Məsələn, çox danışılan "selfi"lərdən biri ABŞ prezidenti Barak Obamanın Afrika lideri Nelson Mandelanın anım mərasimində Danimarkaİngiltərə baş nazirləri ilə birgə çəkdiyi "selfi"si və həmin şəklin sosial şəbəkədə paylaşması olub.

Əksər dillərdə elə selfi kimi deyilməsinə baxmayaraq, bununla bağlı Türkiyədə bu sözün Türkiyə türkcəsinə tərcümə olunması mövzusu da olmuşdur. Bunun üçün Türk Dil Qurumuna müraciət də olunmuşdu. Türk Dil Qurumu isə Qərb mənşəli olan bu sözün Türkiyə türkcəsinə tərcümə olunması üçün heç bir təklif irəli sürmədi. Ancaq bununla bağlı Türk Dil Qurumu öz rəsmi facebook səhifəsində "selfi" sözünün tərcüməsi üçün insanlardan təkliflər gözlədilər. Təkliflər arasında e-hatırat, otofoto, kendintoplu, otoportre, kendimo və s. sözlər var idi. Bəziləri isə bu sözünü elə "selfi" sözü kimi qalmasını $təklif etdi. Bu söz hətta Oksford Universiteti tərəfindən 2013-ci ilin sözü seçilmiş[2]İngilis dili lüğətinə əlavə edilmişdir.[3]

Qara makaka selfisi

Britaniyalı fotoqraf Devid Sleyterin 2011-ci ildə İndoneziyanın Sulavesi adasında keçirdiyi fotosessiyada çəkilən fotolardan biri, fotoqrafla Vikimedia Fondu arasında məhkəmə çəkişməsinə səbəb olmuşdur. Belə ki, meşədəki fotoçəkilişlər zamanı qara makaka fotoaparata yaxınlaşaraq düyməni basmış və özünün bir neçə selfisini çəkmişdir. Buna görə də bu fotoşəkil Vikimedia Fondu layihələrinin ümumi fayl anbarı olan VikiAnbara müəllif hüquqları ilə qorunmayan şəkil kimi yüklənmiş və kommersiya məqsədləri üçün sərbəst şəkildə istifadəsinə icazə verilmişdir. Fotoqraf isə iddia edir ki, şəkli çəkmək kifayət deyil, fotoaparatın nizamlamalarını qurmaq, onu lazımi yerdə və lazımi şəkildə yerləşdirmək də çox vacibdir. Bu səbəbdən o, bu fotoşəklin sərbəst istifadəsi nəticəsində ona dəymiş zərərin ödənilməsi üçün Vikimedia Fondundan 30 min funt sterlinq vəsaitin tutulması tələbi ilə 2014-cü ilin avqust ayında məhkəməyə müraciət etmişdir. Buna səbəb Vikimedia Fondunun heyvanlar tərəfindən çəkilən selfilərin heç kimin əmlakı olmadığına qərar verməsidir.[4]

1839-cu ildə amerikalı fotoqraf Robert Kornelius, ilk dəfə olaraq fotoqraflar üçün "dagerotip" adlanan texnika yaratdı. Robert Kornelusun yaratdığı bu texnikanın sayəsində ilk dəfə işıqlı şəkil çəkmək mümkün olub.

1900-cü ildə isə Kodak Brouniyə məxsus kamera qutusu isə geniş yayılmış texnikaya çevrilir. Bu üsulu həyata keçirmək üçün adətən güzgüdən istifadə edilirdi. Çünki güzgü vasitəsilə yaxın və uzaq obyektləri stabilizə etmək mümkün olurdu. Rusiyalı Grand Düşes Anastasia Nikolaevna ilk yeniyetmələrdən biri idi ki, 1914-cü ildə güzgüdən istifadə edərək öz şəklini çəkib məktubla dostuna göndərir. O, məktubda, "mən güzgüdən görünən öz şəklimi çəkdim. Bu şəkli çəkmək mənim üçün çox çətin idi, hətta əllərim titrəyirdi" — yazmışdı.

"Selfi" sözünün isə ən çox istifadə olunması, 2002-ci ilə təsadüf edir. Çünki 2002-ci ilin sentyabrın Avstraliyanın ABC Online adlı internet forumu yaradıldı. Bunun vasitəsi ilə 90-cı illərdə çəkilmiş şəkillər də daxil olmaqla, təkcə kamera ilə kifayətlənməyən smartfonlardan çəkilmiş şəkillərin öz-özünə internetə yüklənilməsi mümkün oldu.

Selfi sözü termin kimi isə 2005-ci ildə fotoqraf Cim Krause tərəfindən müzakirə olunub. Selfi janrında olan şəkillərin tarixi lap əvvəllərə söykənsə belə, termin kimi 2005-ci ildə daha geniş müzakirəyə səbəb olub. Bu özünü daha çox 2000-ci illərin əvvəllərində facebook, MySpace adlı sosial şəbəkələrdə göstərdi. 2009-cu ildə isə şəkil və video paylaşmaq üçün yeni sosial şəbəkə — Flickr yaradıldı. 2010-cu ildən selfie şəkilləri daha geniş yayıldığı üçün yeni selfie saytlar yaradıldı. Məsələn, 2010-cu ildə ItisMee adlı sosial şəbəkə də buna misal ola bilər.

2012-ci ilin sonlarda selfie şəkillər gənclər arasında daha çox məşhurlaşdı. 2013-cü ildə araşdırmaya görə, 18–35 yaş arası olan avstraliyalı qadınların üçdə ikisinin əsas məqsədi selfi şəkillər çəkmək olub.

Söz mənşəyi

[redaktə | mənbəni redaktə et]

Selfi sözü Self + ie şəklində yaradılmışdır. Azərbaycanca tələffüzdə [selfa:y] kimi oxunur. Avstraliya mənşəli olan bu söz günümüzdə də tez-tez işlədilir.

Selfi nümunələri

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2013-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-04.
  2. "Arxivlənmiş surət". 2013-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-04.
  3. "Arxivlənmiş surət". 2013-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-04.
  4. "The Guardian: Monkey owns selfie, claims Wikimedia — video". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-07.