Gözəl Qoruyucu Seylor Mun: Seylor Ulduzlar[1][2] (美少女戦士セーラームーン セーラースターズ, Bishōjo Senshi Sērā Mūn Sērā Sutāzu?) — "Seylor Mun" animesinin Takuya İqaraşinin rejissorluğu ilə Toei Animation tərəfindən çəkilmiş 5-ci mövsümü (167-200-cü seriyalar). "Seylor Mun" animesinin sonuncu mövsümüdür. Animenin digər mövsümlərində olduğu kimi bu mövsümdə də yapon qız Usaqi Tsukino və dostlarının başına gələn macəralardan bəhs olunur. Bu mövsüm "Seylor Mun" hekayəsinin 5-ci hissəsi əsasında çəkilmişdir. 5-ci hissənin ilk hissəsində yenə Kraliça Neheleniya peyda olur. Daha sonra Seylor döyüşçüləri Şahzadə Kakyunu axtaran Seylor Starlaytlar ilə qarşılaşırlar. Onlar öyrənirlər ki, bədəni Xaos tərəfindən ələ keçirilmiş, Kölgə Qalaktikanın lideri, Seylor döyüşçüsü Seylor Qalaksiya bütün qalaktikanı ələ keçirmək istəyir.
Seylor Mun V Mövsüm | |
---|---|
Ölkə | Yaponiya |
Seriya sayı | 34 |
Ekranlaşdırma | |
Orijinal kanal | TV Asahi |
Orijinal efir | 9 mart 1996 | – 8 fevral 1997
Mövsüm xronologiyası | |
← Əvvəlki Seylor Mun SuperS Sonrakı → — |
Mövsüm 9 mart 1996-cı ildə TV Asahi-də yayımlanmağa başlamış və 8 fevral 1997-ci ildə başa çatmışdır. Mövsüm 34 seriyadan ibarətdir. Mövsümün sonuncu — 34-cü seriyası ümumilikdə "Seylor Mun" animesinin 200-cü və sonuncu seriyası olmuşdur. 26 sentyabrdan 21 noyabr 2005-ci ilə qədər Toei Animation tərəfindən mövsümün DVD formatında seriyaları buraxılmışdır.[3][4] 2014-cü ilin mayında Viz Media anime seriyasını yenidən ingilis dilinə dublaj edəcəyini, beşinci mövsümün DVD və Blu-ray versiyalarını yayımlayacağını açıqlamışdır.
Bu mövsümdə 3 cür mahnıdan istifadə olunmuşdur: 1 açılış mahnısı və 2 bağlanış mahnısı. Açılış mahnısı Kae Hanazavanın ifa etdiyi "Seylor Star Song"dur. Mövsümün ilk 33 seriyasında bağlanış mahnısı kimi Arisa Mizukinin "Kaze mo Sora mo Kitto..." mahnısından, axırıncı seriyada isə Misae Takamatsunun ifa etdiyi "Moonlight Densetsu" mahnısından istifadə olunmuşdur.
No. | Azərbaycanca adı Yaponca adı |
Rejissor | Ssenari müəllifi | Art-direktor(lar) | Animasiya rejissoru | İlk efir tarixi |
---|---|---|---|---|---|---|
167 | "Qaranlıq Kraliçasının oyanması! Səpilmiş çiçəklər dəhşət yaradanda" "Akumu hana wo chirasu toki! Yami no Joō fukkatsu" (悪夢花を散らす時!闇の女王復活) | Takuya İqaraşi | Ryota Yamaquti | Kenitiri Tadziri | Katsumi Tameqai | 9 mart 1996 |
168 | "Saturn oyanır! 10 Seylor döyüşçüsü birləşir" "Satān no mezame! Sērā jũ Senshi shūketsu" (サターンの目覚め!S10戦士集結) | Harume Kosaka | Qenki Yoşimura | Kenitiri Tadziri | Şiqetaka Kiyoyama | 23 mart 1996 |
169 | "Güzgünün sehr lənəti! Mamoru qarabasmaya yaxalanır" "Noroi no makyō! Akumu ni torawareta Mamoru" (呪いの魔鏡!悪夢にとらわれた衛) | Noriyo Sasaki | Qenki Yoşimura | Minoru Okoti | Minako İto | 13 aprel 1996 |
170 | "Döyüşçünün əzabları! Seylor döyüşçülərinin müqəddərat gecəsi" "Unmei no ichiya! Sērā Senshi no kunan" (運命の一夜!セーラー戦士の苦難) | Yuci Endo | Ryota Yamaquti | Kazuyuki Haşimoto | Masahiro Ando | 20 aprel 1996 |
171 | "Cəhənnəm iblisi döyüşü! Sevgi qalib gələcək" "Ai yue ni! Hateshinaki makai no tatakai" (愛ゆえに!果てしなき魔界の戦い) | Hiroki Şibata | Ryota Yamaquti | Keniti Tadziri | Takayuki Qorai | 27 aprel 1996 |
172 | "Sevgi və Ay gücü! Dəhşətin sonu" "Ai no mūn pawā! Akumu no owaru toki" (愛のムーンパワー!悪夢の終わる時) | Cuniti Sato | Ryota Yamaquti | Keniti Tadziri | Miho Şimoqasa | 4 may 1996 |
173 | "Görüşlər və vidalaşmalar! Aqibət ulduzlarının dönməsi" "Wakare to deai! Unmei no hoshiboshi no ryūten" (別れと出会い!運命の星々の流転) | Takuya İqaraşi | Ryota Yamaquti | Keniti Tadziri | Yoşihiro Kitano | 11 may 1996 |
174 | "Yeni gəlmiş tələbələr! Fırtınanın başlanğıcı" "Gakuen ni fuku arashi! Tenkōsei wa aidoru" (学園に吹く嵐!転校生はアイドル) | Harume Kosaka | Kazuhiko Kanbe | Keniti Tadziri | Minako İto | 18 may 1996 |
175 | "Kumir olmaq arzusu! Minakonun şöhrətpərəstliyi" "Aidoru wo mezase! Minako no yabō" (アイドルをめざせ!美奈子の野望) | Yudzi İdo | Atsuşi Maekava | Kazuyuki Haşimoto | Takayuki Qorai | 25 may 1996 |
176 | "Fayterin əsl siması! İnanılmaz super çevrilmə" "Faitā no shōtai! Shōgeki no chōhenshin" (ファイターの正体!衝撃の超変身) | Noriyo Sasaki | Ryota Yamaquçi | Kazuhisa Asai | Miho Şimoqasa | 8 iyun 1996 |
177 | "Ulduzlara arzu və romantika etibar etmək! Taikinin çevrilməsi" "Hoshi ni takusu yume to roman! Taiki no henshin" (星に託す夢とロマン!大気の変身) | Hiroki Şibata | Kazuhiko Kanbe | Keniti Tadziri | Şiqetaka Kiyoyama | 15 iyun 1996 |
178 | "Luna bunu gördümü!? Kumir Yatenin əsl sifəti" "Luna wa mita!? Aidoru Yaten no sugao" (ルナは見た!?アイドル夜天の素顔) | Harume Kosaka | Ryota Yamaquçi | Keniti Tadziri | Yoşihiro Kitano | 22 iyun 1996 |
179 | "Düşmən? Müttəfiq? Starlaytlar və Seylor döyüşçüləri" "Teki? Mikata? Sutāraitsu to Sērā Senshi" (敵?味方?スターライツとS戦士) | Yudzi Endo | Qenki Yoşimura | Keniti Tadziri | Minako İto | 29 iyun 1996 |
180 | "Vəzifə ulduzlarının parlaqlığı! Haruka və partnyoru müharibəyə doğru" "Yobiau hoshi no kagayaki! Haruka-tachi sansen" (呼び合う星の輝き!はるか達参戦) | Takuya İqaraşi | Atsuşi Maekava | Kazuyuki Haşimoto | Katsumi Tameqai | 13 iyul 1996 |
181 | "Seiya və Usaqinin həyəcanlı günü" "Seiya to Usagi no doki-doki dēto" (セイヤとうさぎのドキドキデート) | Dzuniti Sato | Kazuhiko Kanbe | Keniti Tadziri | Miho Şimoqasa | 20 iyul 1996 |
182 | "Kosmosdan işğal! Seyren uçaraq gəlir" "Uchū kara no shinryaku! Seirēn hirai" (宇宙からの侵略!セイレーン飛来) | Noriyo Sasaki | Ryota Yamaquti | Kazuhisa Asai | Şiqetaka Kiyoyama | 3 avqust 1996 |
183 | "Ölü ruhların çığırtısı? Vəhşət düşərgəsinin sirri" "Shiryō no sakebi? Kyōfu kyampu no kaijin" (死霊の叫び!?恐怖キャンプの怪人) | Hiroki Şibata | Kazuhiko Kanbe | Keniti Tadziri | Yoşihiro Kitano | 10 avqust 1996 |
184 | "Sadəcə bizim gecəmiz! Usaqinin əziyyəti" "Futarikiri no yoru! Usagi no pinchi" (ふたりきりの夜!うさぎのピンチ) | Harume Kosaka | Ryota Yamaquti | Hidekazu Nakanişi | Minako Itō | 17 avqust 1996 |
185 | "Taiki mükəmməl oxuyur! Qəlbə inam mahnı ilə daşınır" "Taiki zesshō! Shinjiru kokoro wo uta ni komete" (大気絶唱!信じる心を歌にこめて) | Yudzi Endo | Atsuşi Maekava | Keniti Tadziri | Katsumi Tameqai | 31 avqust 1996 |
186 | "Çibi-Çibinin sirri! Böyük səs-küylü təqib" "Chibichibi no nazo! Osawagase daitsuiseki" (ちびちびの謎!おさわがせ大追跡) | Masahiro Hosoda | Qenki Yoşimura | Kazuyuki Haşimoto | Miçiaki Suqimoto | 7 sentyabr 1996 |
187 | "Parlayan ulduzun sirri! Çibi-Çibin çevrilməsi" "Kagayaku hoshi no pawā! Chibichibi no henshin" (輝く星のパワー!ちびちびの変身) | Takuya İqaraşi | Ryota Yamaquçi | Keniti Tadziri | Miho Şimoqasa | 14 sentyabr 1996 |
188 | "Dəhşətə dəvət! Usaqinin gecə uçuşu" "Kyōfu e no shōtai! Usagi no yakan hikō" (恐怖への招待!うさぎの夜間飛行) | Noriyo Sasaki | Kazuhiko Kanbe | Hidekazu Nakanişi | Şiqetaka Kiyoyama | 12 oktyabr 1996 |
189 | "Vəzifə ilə dostluq arasında qalmaq! Seylor döyüşçüləri arasında qarşıdurma" "Shimei to yūjō no hazama! Sērā Senshi-tachi no tairitsu" (使命と友情の間!S戦士達の対立) | Harume Kosaka | Qenki Yoşimura | Kazuhisa Asai | Minako İto | 19 oktyabr 1996 |
190 | "Həqiqət ortaya çıxdı! Seiya və partnyorlarının keçmişi" "Shimei to yūjō no hazama! Sērā Senshi-tachi no tairitsu" (使命と友情の間!S戦士達の対立) | Harume Kosaka | Qenki Yoşimura | Kazuhisa Asai | Minako İto | 26 oktyabr 1996 |
191 | "İşıq kəpənəyi havada rəqs edəndə! Yeni siqnalın xəbərdarlığı" "Hikari no chō ga mau toki! Atarashī nami no yokan" (光の蝶が舞う時!新しい波の予感) | Masahiro Hosoda | Ryota Yamaquti | Kazuyuki Haşimoto | Miçiaki Suqimoto | 9 noyabr 1996 |
192 | "Sənin arzuna doğru! Kumir Minako doğulur?" "Yume icchokusen! Aidoru Minako no tanjō!?" (夢一直線!アイドル美奈子の誕生) | Yudzi Endo | Kazuhiko Kanbe | Hidekazu Nakanişi | Şiqetaka Kiyoyama | 16 noyabr 1996 |
193 | "Gümüş Kristal oğurlandı! Şahzadə Kakyu peyda olur" "Ubawareta ginzuishō! Kakyū Purinsesu shutsugen" (うばわれた銀水晶!火球皇女出現) | Takuya İqaraşi | Ryota Yamaquti | Kazuhisa Asai | Miho Şimoqasa | 30 noyabr 1996 |
194 | "Qalaktikada müqəddəs müharibə! Seylor müharibələri əfsanəsi" "Ginga no seisen! Sērā Wōzu densetsu" (銀河の聖戦 セーラーウォーズ伝説) | Noriyo Sasaki | Ryota Yamaquti | Kazuhisa Asai | Yoşihiro Kitano | 7 dekabr 1996 |
195 | "Şahzadə Kakyu yoxa çıxır! Qalaksiya hücum edir" "Kakyū Purinsesu shōmetsu! Gyarakushia kōrin" (火球皇女消滅!ギャラクシア降臨) | Masahiro Hosoda | Kazuhiko Kanbe | Hidekazu Nakanişi | Miçiaki Suqimoto | 14 dekabr 1996 |
196 | "Qalaktika məhv olanda! Seylor döyüşçülərinin son döyüşü" "Ginga horobiru toki! Sērā Senshi saigo no tatakai" (銀河滅びる時!S戦士最後の戦い) | Harume Kosaka | Qenki Yoşimura | Kazuhisa Asai | Minako İto | 11 yanvar 1997 |
197 | "Qalaktikanın idarəçisi! Qalaksiyanın təhdidi" "Ginga no shihaisha! Gyarakushia no kyōi" (銀河の支配者! ギャラクシアの脅威) | Hiroki Şibata | Ryota Yamaquti | Kazuyuki Haşimoto | Şiqetaka Kiyoyama | 18 yanvar 1997 |
198 | "Ulduzların yoxa çıxması! Uranın və Neptunun sonu" "Kieyuku hoshiboshi! Uranusu-tachi no saigo" (消えゆく星々!ウラヌス達の最期) | Dzuniti Sato | Atsuşi Maekava | Yoşiyuki Şikano | Yoşihiro Kitano | 25 yanvar 1997 |
199 | "Ümid işığı! Qalaksiyanın son döyüşü" "Kibō no Hikari! Ginga wo kaketa saishū kessen" (希望の光!銀河をかけた最終決戦) | Masahiro Hosoda | Ryota Yamaquti | Kazuhisa Asai | Mişiaki Suqimoto | 1 fevral 1997 |
200 | "Usaqinin sevgisi! Ay işığı Qalaksiyanı işıqlandırır" "Usagi no ai! Gekkō ginga wo terasu" (うさぎの愛!月光銀河を照らす) | Takuya İqaraşi | Ryota Yamaquti | Kazuyuki Haşimoto | Katsumi Tameqai | 8 fevral 1997 |