David Edqari Tonoyan (erm. Դավիթ Էդգարի Տոնոյան; 27 dekabr 1967, Öskemen) – Ermənistan siyasi xadimi və Ermənistanın keçmiş Müdafiə naziri.
David Tonoyan | |
---|---|
erm. Դավիթ Էդգարի Տոնոյան | |
| |
Ermənistan Respublikasının müdafiə naziri[d] | |
10 may 2018 – 20 noyabr 2020 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 dekabr 1967 (56 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Dini | Erməni Həvari kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
David Tononyan 27 dekabr 1967-ci ildə Qazaxıstan SSR-nın Şərqi Qazaxıstan vilayətində Oskemen şəhərində anadan olmuşdur. 1986-cı ildə Sovet Silahlı Qüvvələrinin Zaqafqaziya Hərbi Dairəsinə qoşuldu. 1991-ci ildə İrəvan Dövlət Universitetində təhsil almaq məqsədilə İrəvana köçdü. 1998–2007-ci illərdə Tonoyan NATO-nun Brüsseldəki qərargahında müxtəlif vəzifələr tutmuş, üç il Ermənistanın NATO-dakı nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 2007-ci ildə Tonoyan Müdafiə Nazirliyindəki beynəlxalq hərbi əməkdaşlıq və müdafiə siyasəti şöbələrinə rəhbərlik etmək üçün Ermənistana qayıtdı. 2010-cu ildən 2017-ci ilə qədər Tonoyan Seyran Ohanyan və Viqen Sarkisyanın rəhbərliyi altında Ermənistan Müdafiə nazirinin birinci müavini vəzifəsində işləyib. Fevralın 6-da imzalanan prezident sərəncamına əsasən David Tonoyan fövqəladə hallar naziri vəzifəsinə təyin edilmişdi.[1] Baş nazir Nikol Paşinyan Tonoyanı 2018-ci ilin 11 may tarixində müdafiə naziri vəzifəsinə təyin etdi. Ailəlidir, iki övladı var.[2][3]
O, 20 noyabr 2020-ci il tarixində istefa ərizəsi verib.[4] O, vida nitqində müharibə zamanı yaxınlarını itirənlərdən üzr istəyib.[5]
Tonoyan 2021-ci il sentyabrın 30-da Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib və silah alverçisi Davit Qalstyanla birlikdə dövlətə təqribən 2,3 milyard erməni dramı (4,7 milyon dollar) ziyan vurmaqla fırıldaqçılıq və mənimsəmədə ittiham olunub.[6]