Aleksandr Fyodoroviç Myasnikov (əsl soyadı – Myasnikyan; təxəllüsü – Martuni; erm. Ալեքսանդր Ֆյոդորի Մյասնիկյան, rus. Алекса́ндр Фёдорович Мяснико́в; 28 yanvar (9 fevral) 1886[1], Naxçıvan-na-Donu, Rusiya imperiyası[1] – 22 mart 1925[1], Tiflis[1]) — erməni mənşəli sovet dövlət və partiya xadimi, ədib.
Aleksandr Myasnikov | |
---|---|
erm. Ալեքսանդր Ֆյոդորի Մյասնիկյան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 yanvar (9 fevral) 1886[1] |
Doğum yeri | |
Vəfat tarixi | 22 mart 1925[1] (39 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | aviasiya qəzası[d][1] |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | dövlət xadimi, hərbi qulluqçu, ədəbiyyat tənqidçisi |
Dini | ateizm |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Fyodoroviç Myasnikov 9 fevral 1886-cı ildə Rusiya imperiyasının Naxçıvan-na-Donu şəhərində anadan olmuşdur. O, 1906-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Myasnikov 1906–1909-cu illərdə Bakıda və 1912–1914-cü illərdə Moskvada inqilabi iş aparmış, 1914-cü ildə, Birinci Dünya müharibəsi zamanı orduya səfərbərliyə alınmışdır. O, 22 mart 1925-ci ildə Tiflis şəhəri yaxınlıqlarında təyyarə qəzasnda həlak olmuşdur.[2]
Myasnikov 1917-ci il fevral inqilabından sonra Qərb cəbhəsi cəbhə komitəsinin, Minsk şəhəri partiya komitəsinin üzvü olmuşdur. O, RSDF(b)P Şimal-qərb ilayəti Komitəsinin sədri, Qərb vilayəti HİK-nin üzvü olmuşdur. Myasnikov 1917-ci ilin yazından Qərb, 1918-ci ilin yayından Volqaboyu cəbhəsinin komandanı, 1919-cu ilin əvvəlində Belorusiya SSR MİK sədri, Belorusiya K(b)P Mərkəzi bürosunun sədri, 1920-ci ilin yayında Qərb cəbhəsi siyasi idarəsinin rəisi, 1921-ci ildə Ermənistan SSR XKS sədri və xalq hərbi işlər komissarı, 1922-ci ildən Zaqafqaziya SFSR İttifaq Sovetinin sədri, sonra RK(b)P Zaqafqaziya Ölkə Komitəsinin birinci katibi, eyni zamanda SSRİ HİŞ-in üzvü olmuşdur. Myasnikov SSRİ MİK Rəyasət Heyətinin üvü idi. RK(b)P-nin XII–XIII qurultaylarında MK üzvlüyünə namizəd seçilmişdir. O, Marksizm-leninizm nəzəriyyəsi, inqilabi hərəkat tarixi və erməni ədəbiyyatına dair əsərləri var.[2]
Ermənistanda Myasnikovun təxəllüsü olan "Martuni" adını daşıyan bir şəhər mövcuddur.[3][4] Sovet hakimiyyəti dövründə Azərbaycanın Xocavənd şəhərinə "Martuni" adı verilmişdir.[5]