Sirius Blek (3 noyabr 1959 – 18 iyun 1996[1]) — Coan Roulinqin yazdığı Harri Potter kitab seriyasındakı uydurma bir personaj. Sirius ilk olaraq Harri Potter və Fəlsəfə Daşında Lord Voldemortun Ceyms və Lili Potteri öldürməsindən qısa bir vaxt sonra Rubeus Haqridə uçan bir motosiklet borca verən bir sehrbaz olaraq qısaca bəhs edilmişdir. Özünün məhkum olduğu Harri Potter və Azkaban Dustağında önə çıxarkən, əsas personaj Harri Potterin xaç atası olduğu da ortaya çıxar. Seriyanın Harri Potter (film seriyası) Sirius personajı Qari Oldmen tərəfindən canlandırıldı.
Sirius Blek | |
---|---|
ing. Sirius Black | |
Harri Potter personajı | |
İlk görünmə | Harri Potter və Azkaban Məhbusu (roman) (1999) |
Son görünmə | Harri Potter və Ölüm Hədiyyələri (roman) (2007) |
Yaradan | Coan Roulinq |
Canlandıran |
|
Hoqvarts | Qriffindor |
Məlumat | |
Ləqəb(lər)i | Avara |
Cinsi | Kişi |
Peşə | Sehrbaz |
Qohumlar | Bellatriks Lestrenc, Andromeda Blek, Narsissa Blek, Ualburqa Blek, Orion Blek, Requlus Blek |
Milliyyəti | Britanyalı |
Sirius Blek, bir zamanlar önəmli bir Safqan Sehrbaz ailəsi olan Blek Hanəsinin son varisidir. Valideynləri Orion və Valburqa Blek, həm anadangəlmə Blek həm də ikincil əmiuşağıdırlar. Siriusin kiçik bir qardaşı Requlus Blek (R. A. B) və üç böyük əmisiuşağı vardır: Bellatriks Lestreync, Andromeda Tonks (ən sevdiyi əmisiuşağı və Nimfadora Tonksun anası) və Narsissa Malfoy (Drako Malfoyun anası). "Sirius", ən az üç nəsildə təkrarlanan və uşaqlara ulduz və bürclər adını verən bir ailənin ənənəsini təqib edən ənənəvi bir Blek soy adıdır. Siriusun ilk illəri kefsiz keçdi. qohumlarının çoxundan, özəlliklə də anasından nifrət etməyə başlamışdı. Ailəsinin safqan elitizmini və Qaranlıq Sənətlərə olan hörmətini rədd etdi. Hoqvartsda, Blek ailənin tamamı Slizerinə qatıldı, Sirius isə Qrifindora yerləşdirildi.
Ailə həyatının əksinə, Sirius, ən yaxın dostu Ceyms Potter ilə Hoqvartsdakı həyatından çox zövq alırdı. Sirius və Ceyms son dərəcə populyar və üstün gözəl görünümləri ilə tanınırlardı. Tələbələr onun kəskin zarafatlarını sevdilər və müəllimlər davranışına deyil zəkasına sayğı duydular. Ceyms və Severus Sneyp (Hogvartsda Harrinin İksir müəllimi və Qaranlıq Sənətlərə Qarşı Müdafiə müəllimi) arasında qarşılıqlı bir nifrət ortaya çıxdığı üçün populyarlığı universal deyildi. Sirius, Ceymsi aktiv olaraq dəstəklədi və Sneypin Siriusdan ömür boyu nifrət etdi yol açdı. Sirius və Ceyms, Qaranlıq Sənətlərə olan böyük marağına görə hörmətsiz gördükləri Sneypə zorakılıq etmək üçün tez-tez yoluna çıxdılar. Ayrıca, daha sonra bir qurd adam olduğunu kəşf etdikləri başqa bir tələbə olan Remus Lupin ilə ən yaxşı dost oldular. Lupini dəstəkləmək üçün Sirius, Ceyms və başqa bir dostları olan Piter Petiqrü, gizlicə Animaqus oldu və bu da onların dönüşümləri sırasında Lupinə güvənlə müşayiət etmələrinə və onu kontrol altında tutmalarına nədən oldu. Animaqusda ustalaşdıqdan sonra Siriusun formu, Padfoot ləqəbinin qaynaqlandığı nəhəng bir qara it şəklini aldı.
Sirius on altı yaşında evi tərk etdi və Ceyms və ailəsinə sığındı. Hirsli anası soyağacından adını yandırdı. Siriusun əmisi Alphard ona böyük bir miras qoydu və bu vəziyyət Siriusun anasının Alphardın da adını yandırmasına nədən oldu. Əmisinin centlmen mirası ilə maddi olaraq müstəqil yaşadı. Sirius, məktəbdən ayrıldıqdan sonra Voldemorta qarşı savaşdı və sonunda Simurq Ordeninə qatıldı. Ceymslə yaxın dost qaldı və sonunda Ceyms və Lili Evansın (daha sonra Lili Potter) toyunda ən yaxşı dost olaraq qatıldı. Oğulları Harri doğulduğunda, Lili və Ceyms, Siriusu Harrinin xaç atası seçdilər.
Faciəli bir şəkildə, Sirius Blek, Harri Potter və Simurq Ordenində Bellatriks Lestreync tərəfindən öldürüldü. Dambldor bunu "uzun və şən bir sevginin acımasız bir sonu" olaraq adlandırır.
Harri Potter və Azkaban Dustağında Sirius, sehirbaz həbsxanası Azkabandan Harrini öldürmək üçün qaçan, Potter ailəsinə xəyanət etdiyinə inanılan və Harriyə qarşı böyük bir nifrət bəsləyən təhlükəli bir qatil və Lord Voldemortun dəstəkcisi olaraq təsvir edilir. Ancaq kitabın sonrakı bölümlərində, əslində məsum olduğunu və gerçək xayin və qatil Piter Petiqrüdən intiqam almaq üçün Azkabandan qaçdığını demişdir.
Potterlər, oğullarının Voldemortun hədəfi olduğunun fərqinə vardıqlarında, Albus Dambldor onlara, bir sirrin başqa bir adamın ("Gizli Gözətçi") içində gizlənməsinə icazə verən olduqca qarmaşıq bir sehr olan Fidelius Sehrini istifadə edərək gizlənmələrini tövsiyə etdi. Siriusa digər bütün dostlarından çox güvənən Lili və Ceyms, onun Gizli Gözətcisi olmasını istədilər. Ancaq Sirius, Voldemortun onun Potterların Gizli Gözətcisi olduğunu öyrənəcəyindən və onun hədəfi olacağından qorxurdu. buna görədə Potterları, Petiqrü Qoruyucuları olması haqqında inandırdı, çünki Voldemortun Petiqrü kimi "zəyif, qabiliyyətsiz birindən" şüphələnəcəyinə inanmırdı. Sonunda Lili və Ceyms, Petiqrü tərəfindən xəyanətə uğradı və Voldemort tərəfindən öldürüldülər.
Sirius, intiqam üçün Petiqrünün izini sürdü. Sirius Petiqrünü tapdı ancaq Petiqrü onu aldada bildi: Sirius ilə bir şəhər küçəsində qarşı-qarşıya gəldiyində, yalandan ölmüş kimi edərək (dəlil olaraq arxasında qopmuş bir barmağını qoydu) bir partlama yaratdı və bu partlama ilə on iki Maqlı öldürdü. Sirius, Petiqrü və maqlları öldürdüyü üçün və Voldemorta xidmət etməklə günahlandırılaraq , həbs edildi. Sonrakı on iki ilini dostlarının ölümlərini düşünərək və Petiqrünün xəyanətini vəsvəsə halına gətirərək həbsxanada keçirdi. Sirius, digər Azkaban məhkumlarının əksinə (həbs cəzaları sırasında tez-tez dəli olan), məsum olduğunu bildiyi üçün ağıl sağlığını qoruya bildiyini demişdir.
Azkaban Dustağı hadisələrinin ardından Sirius, Sehr Nazirliyinin səlahiyyətli ərazisinin xaricinə, Avropadan tropikal bir yerə qaçmışdır. Orada, Azkabandakı yaralarını yavaş- yavaş müəlicə edər və sağlığına qovuşur. Harri ilə sadəcə bayquş ilə əlaqə qura bilsə də, Harriyə məntiqli öyütlər vermişdir. Harri, Siriusun yardımlarına güvənməyə başlayar. Sirius, Harri ona yarasının onu təkrar incitməyə başladığını deyəndə (Voldemortun varlığının bir işarəti) və Kvidiç Dünya Kubokunda Ölüm Yeyən fəaliyyətlərinə əlaqəli hadisələri eşidəndə İngiltərəyə geri qayıdar.
Bu kitabda Siriusun Harri üzərində çox az təsiri vardır; varlığı, Üçsehrbaz Turnirindəki fəlakəti əngəlləyəməz, ancaq Harriyə tez-tez Üçsehrbaz Tapşırıqlarını necə tamamlayacağı haqqında tövsiyələrdə edər Daha sonra Dambldor tərəfindən Hogvartsa çağırılır və Harrinin Voldemortun yenidən dünyaya gəlişini anlatmasını dinləyər. Daha sonra Lupin, Arabella Figg, Mundungus Fletçer və Simurq Ordeninin digər bəzi üzvlərini xəbərdarlıq tapşırığı verilir. Sirius, getməsini istəməyən Harriyə, yaxında təkrar görüşəcəkləri haqqında söz verir.
Sirius, Qrimmauld Meydanı 12 Nömrə olan köhnə ailə evinə sığınır. Son Blek olaraq Sirius, bu mülkü sahiplənir və istismara ehtiyac olmasına baxmayaraq, Düzən qərargahı olaraq işlədilməsinə icazə verir. Davam edən döyüş nədəni ilə, Sirius burada habs olur. Habs edilməsi depresyaya nədən olur və tez-tez içinə qapanır və düşməncə davranmağa başlayar — özəlliklə də Sneypin Məzhət içindəki önəmi gedərək artan rolu onu yaxşıca qəzəbləndirir. Harrini Hogvartsa götürmək üçünn evdən qısa bir vaxt ayrıldığında, Draqo və Lusius Malfoy tərəfindən tanınır və bu vəziyyət daha çox təhdit və xəbərdarlığa nədən olur.
Harri və Sirius, buxarı vasitəsilə əlaqə qurmağa başlayar. Romanın ortalarına doğru, aralarında Siriusun nifrət edilən əmisiqızı Bellatriksin də olduğu çox sayda Ölüm Yeyən, Azkabandan qaçar. Voldemortun geri döndüyünü və Ruh Əmicilərin ona qatıldığını qəbul etməyi rədd edən Nazirlik, Siriusun məhkumların qaçmasına kömək etdiyini və onlara liderlik etdiyini deyərək günahı Siriusa yükləməyə çalışar.
Sirius, kitab boyunca Harriyə bir ata obrazı kimi davranır. Əyləncəni sevən, cəsur və vecinə almaz olan Harrini Ambricə və reformlarına qarşı çıxması üçün cəsarətləndirir və Harrinin tələbələri üçün gizli müdafiə təhsil qrupu olan Dambldorun Ordusunu qurmasını şiddətlə tövsiyə edir. Ayrıca Harriyə yüksək səviyyədə güvən və hörmət aşılayan Sirius, Harrini Voldemort haqqındakı suallarını istəklə cavablayar. Lupin ve Molli Uizli, Siriusun xaç oğluna Harrinin atası Ceymsmiş kimi davrandığını və bunun uyğunsuz olduğunu demiş, Siriusun Harri ətrafındakı davranışını təsdiqləmədiklərini ifadə edərlər.
Kitabın ilərləyən qisimlərində Simurq Ordeni və Ölüm Yeyənlər qarşı-qarşıya gəlir. Bellatriks ilə çılğın bir duel sırasında Sirius, ona zərər vermədiyi üçün onu məsxərəyə qoyar. Ancaq Bellatriks, Siriusu bir lənətlə öldürür. Acığının üstəsindən gələn Harri, Bellatriksdən intiqam almaya çalışar, uğursuz olur, daha sonra çatışma Voldemortun gəlişi ilə kəsintiyə uğrayar. Voldemort və Dambldor arasındakı qısa bir dueldən sonra Voldemort qaçarak Sehr Nazirliyi və digər Nazirlik yetgililəri tərəfindən fərq edilməz. Nəticə olaraq Nazirlik, Dambldora bu dəfədə inanmaz.
Harri, Qrimmauld Meydanındakı evdən, ev cini Kriçer və Hipoqrif Bakbik daxil olmak üzərə Siriusun bütün əşyalarını miras alır.
Bu məqalə qaralama halındadır. |