Rubeus Haqrid

Rubeus Haqrid (6 dekabr 1928[1]) — Harri Potter romanlar seriyasının qəhrəmanlarından biri. Yarı div yarı insandır.

Rubeus Haqrid
ing. Rubeus Hagrid
Harri Potter obrazı
Robbi Koltreyn tərəfindən Harri Potter filmlərində
yaradılmış Rubeus Haqrid obrazı
Yaradan Coan Roulinq
Canlandıran Robbi Koltreyn
Məlumat
Cinsi kişi
Peşə Hoqvarts keşikçisi
Sehirli Məxluqların Baxımı müəllimi
Ailə həyat yoldaşı: Olimpe Maksime
ana: Fridvulfa
ögey qardaş: Qravp
Milliyyəti ingilis

Rubeus Haqrid ilk dəfə "Harri Potter və Fəlsəfə Daşı" romanının ilk fəslində təqdim edilir. Ceyms və Lili Potterlərin öldürülməsindən sonda Dambldor evdə qalmış bir yaşlı Harrini götürməyi Haqridə tapşırır. Minerva MakQonoqal Dambldora nəyə görə belə məsuliyyətli bir işi Haqridə tapşırdığını soruşanda, Dambldor hətta həyatını da Haqridə etibar edə biləcəyini bildirir. On il sonra Dambldor Haqridə Fəlsəfə Daşınıı Qrinqotsdan Hoqvartsa gətirməyi tapşırır və Haqridin üç başlı iti Tüklünü gözətçi qoyur. Haqridə həm də Harrini sehrbazlar dünyası ilə tanı etmək və məktəb üçün lazım olan əşyalar almaq həvalə olunur. Haqrid Hoqvarts işçilərindən ilk adam olur ki, Harri ilə ünsiyyət qurur. Sonradan o, RonHermiona ilə də dostlaşır. Sonradan kapişonlu naməlum bir adam (Professor Kvirell) Haqridə əjdaha yumurtası verir və söhbət əsnasında ondan Tüklünün sirrini öyrənir. Haqrid, Harri, Ron və Hermionaya da deyir ki, Tüklünün yanında musiqi ifa edildikdə o yuxuya gedir və asanlıqla onun yanından keçmək olur. Uşaqlar sonradan Haqridi razı salırlar ki, əjdahanın Hoqvartsda saxlanılması təhlükəlidir və Haqrid Norbert adını verdiyi əjdahasını Rumıniyaya göndərməyə razılaşır.

İkinci romanda oxucular Haqridin nəyə görə Hoqvartsdan xaric edilməsini öyrənirlər. Məlum olur ki, sonradan Lord Voldemort kimi məşhurlaşmış Tom Marvolo ilə eyni vaxtda Haqrid də Hoqvartsda təhsil alıb. Təhsilin üçüncü ilində məktəbdə təhlükəli akromantula saxladığına görə Haqrid məktəbdən xaric edilir: Araqoq adlı həmin akromantulanın Slizerinin məktəbə gətirdiyi bədheybət olduğu və Haqridin Sirlər otağını açaraq onu məktəbə buraxdığı düşünülür. Haqrid Araqoqu xilas edərək Qadağan olunmuş meşəyə aparır və bədheybət buradakı mağarada özünə koloniya yaradır. Haqridin günahlandırılması, əsl bədheybəti (Basillisk) azad edərək tələbələrə hücum etməsinə şərait yaratmış Tom Reddlin cəzasız qalmasına səbəb olur. İkinci romanda tələbələrə qarşı yeni hücumlar dalğasının baş verdiyi dövrdə Haqrid yenidən şübhəli şəxsə çevrilir və həbs edilərək Azkabana göndərilir. Lakin, həbs edilməmişdən əvvəl Haqrid HarriRona gözlə mesaj ötürərək "hörümçəklərin izi ilə gedin" deyir. Uşaqlar hörümçəkləri izləyərək müşəyə gedir və Araqoqu taparaq Haqridin günahsız olduğunu öyrənirlər. Cinni Uizlinin xilas edilməsindən sonra qızın Tom Reddlin gündəliyinin təsiri altında olması bəlli olur və Haqridin günahsızlığı sübut edilir.

Üçüncü romanda Silvanus Kettlburnun istefa verməsindən sonra Haqrid tələbələrə Sehrli varlıqlara qulluq dərsini tədris edir. İkinci kitabda adı təmizə çıxarıldığına görə ona həm də sehrdən istifadə etmək hüququ verilir.[2] İlk dərs zamanı tələbələrə hippoqriflərlə davranışı tədris edərkən Drako Malfoy Haqridin xəbərdarlığına baxmayaraq hippoqrif Bakbeki təhqir edir və sehrli varlıq onu zədələyir. Dambldor hər nə qədər Haqrdidin günahız olduğunu elan etsə də, Sehr Nazirliyi hippoqrifin edamına qərar verir. Haqridin dərsləri darıxdırıcı keçməyə başlayır, bir müddət Harri, Ron və Hermiona hippoqrifi xilas edə bilmək üçün məlumatlar axtarırlar. Romanın sonunda Hermiona və Harri zaman-çeviricisindən istifadə edərək Sirius və Bakbeki Dementor öpüşündən xilas edirlər.

Fanq: Haqridin itidir.

Flaffi: Haqridin Professor Kvirelldən aldığı üçbaşlı itdir. O, fəlsəfə daşını qoruyur.

Norbert: Haqridin Voldemortdan aldığı yumurtadan çıxdığı əjdahadır.

Bakbek: Haqridin hippoqrifidir.

  1. Wizarding World Digital (ing.). 2012.
  2. "2000: Accio Quote!, the largest archive of J.K. Rowling interviews on the web". accio-quote.org. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-21.