Sofiya Asqatovna Qubaydulina (tat. София Әсгать кызы Гобәйдуллина; 24 oktyabr 1931[1][2][…], Çistopol, Tatarıstan MSSR[4]) — Rus bəstəkarı, 1991-ci ildən Almaniyada yaşayır. 100-dən çox Simfonik əsərlərin, solistlər üçün bəstələr, xor və orkestr, instrumental ansambl, teatr, kino və cizgi filmləri üçün kompozisiyaların müəllifidir.[5]
Sofiya Qubaydulina | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 24 oktyabr 1931[1][2][…] (93 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, film bəstəkarı, klassik pianoçu[d] |
Janr | klassik musiqi |
Musiqi aləti | piano |
Albom şirkəti | Doyçe Qrammofon[d] |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Sofiya Qubaydulina, Tatar MSSRʼin Çistay şəhərində anadan olub. Atası Qubaydulin Asqat Masqudoviç, mühəndis –geodez, anası Qubaydulina Fedosiya Fedorovna, müəllimə, babası Masqud Qubaydulin molla idi. 1932-ci ildə ailə Kazana köçdü.[6] 1935-ci ildə Sofiya, P. I. Çaykovski adına 1 saylı musiqi məktəbinə daxil oldu.1946-cı ildən 1949-cu ilə qədər Kazan Musiqi Pianino Məktəbində (M. Ə. Pyatnitskaya sinfi) və, 1949-cu ildən 1954-cü ilədək Kazan Konservatoriyasında professor Albert Lehmanın sinfində, həmçinin Qriqori Koandanın piano sinfində təhsil almışdır.[7]
1954-cü ildə Moskva Konservatoriyasına, Yuri Şaporinin sinfinə, sonra isə Yoqub Zackin pianino sinfində təhsil aldı. Stalin təqaüdçüsü idi. 1963-cü ildə professor Vissarion Şebalinin rəhbərliyi ilə Moskva Konservatoriyasının aspiranturasını bitirmişdir.[8] 1969–1970-ci illərdə Qubaydulina A. N. Skryabin muzeyində Moskva Elektron Musiqi Eksperimental Studiyasında işləmiş və orada "Vivente — non vivente" (həyat – qeyri həyat, 1970) elektron pyesini yazmışdır.[9]
Qubaydulina filmlər üçün də musiqi yazmışdır. Ümumilikdə, o, " Şaquli " (1967), "Mouqli" (cizgi filmi, 1971), "İnsan və onun quşu" (cizgi filmi, 1975), " Müqəvva " (rej. R. Bıkov, 1983) "Məryəm Şotlandiya Şahzadəsi" (2013) daxil olmaqla 25 film üçün musiqi yazmışdır .[10]
1979-cu ildə Tixon Xrennikovun bəstəkarların VI qurultayında hesabatında onun musiqisi sərt tənqidlərə məruz qaldı və Qubaydulina bir neçə il radio və televiziyada çıxış edə bilməyən yeddi yerli bəstəkardan biri oldu, "Xrennikov yeddilik" adlanan "qara siyahı"-a düşdü. 1991-ci ildə Qubaydulina Alman təqaüdünü qazandı və yarım il Vorpsvede yaşadı.[11] 1992-ci ildən etibarən Hamburq yaxınlığında Appen şəhərində yaşayır, Rusiya vətəndaşlığını saxlayır.[12]
2005-ci ildə Kazan Minilliyinə həsr olunmuş dünya turu keçirmişdir. 2011-ci ildə Qazan şəhərində Qubaydulinanın 80 illiyinə həsr olunmuş bayram və tədbirlər keçirildi, o cümlədən onun adına iki festival təşkil edildi və o, Kazan fəxri vətəndaşı elan edildi.[13]