Qərbi-Hind silsiləsi

Qərbi-Hind silsiləsi — sualtı silsilə Hind okeanının cənub-qərbində yerləşir və Orta-Okean silsiləsinin tərkib hissəsinə daxildir.

Silsilənin uzunluğu 4000 km, eni 200–300 km arasında dəyişir. Silsilə üzərində dərinlik 2000–3000 m, ən dayaz yeri isə 251 metrdir[1], okean dibində hündürlük 2000 - 1000 metr arasında dəyişir.

Cənub-qərbdə silsilə Afrika-Antarktika silsiləsi, şərqdə Ərəb-Hind silsiləsiMərkəzi Hind silsiləsi ilə birləşir. Silsilə bölgəsində güçlü seysmik aktivliyə malikdir.

Şərqi-Hind silsiləsi

  1. "В энциклопедии Кирилла и Мефодия". 2013-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-27.