Mərkəzi Hind silsiləsi

Mərkəzi Hind silsiləsiOrta-Okean silsiləsinin tərkibinə daxil olan və Hind okeanının daxilində yerləşən sualtı silsilə. Şimal-qərbdən cənub-şərqə 2300 km məsafəda uzanır. Eni isə 800–900 km arasında dəyişir.

Silsilə şimal-qərbdə Roqriges üçlüyü adlı yerdə Qərbi-Hind silsiləsiƏrəb-Hind silsiləsi ilə birləşir. Cənub-şərqdən şərqə dönərək Avstraliya-Antarktika qalxmasına keçir.

Silsilənin cənub şərqində Amsterdam platosu yerləşir. Platonun hündürlüyü 1500 m təşkil edir. Burada Sualtı dağlara rast gəlinir. Bu tip dağların bir hissəsi okean səthinə çıxır (Amsterdam adası, Sen-Pol adası).

Okean dibinfən hündürlüyü 1000–1500 arasında dəyişir. Ən dərin rift dətələrinin dərinliyi 4245 metr təşkil edir. Bazalt suxurlardan ibarətdir.

Mərkəzi Hind silsiləsi