Əliyeva Sona Sakit qızı (4 avqust 1980, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış[1] deputatı, Şəmkir rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, Heydər Əliyev Mərkəzinin (Şəmkir) keçmiş direktoru, "Əməkdar müəllim" (2013)
Sona Əliyeva | |
---|---|
2015 – 10 mart 2020 | |
Seçki dairəsi | 2015 — 99 saylı Şəmkir qəsəəbə |
Əvvəlki | Məlahət İbrahimqızı |
Sonrakı | Nurlan Həsənov |
2013 – 2015 | |
İcra başçısı | Alimpaşa Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 avqust 1980 (44 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Sona Əliyeva 4 avqust 1980-ci ildə Şəmkir şəhərində doğulub. Şəmkir şəhərindəki M. Füzuli adına təbiət-humanitar təmayüllü tam orta məktəbin məzunudur. 1996–2000-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetində bakalavr təhsili alıb. İxtisası bioloqdur. 2016–2019-cu illərdə Rusiya Cənub Universitetində Təhsil və idarəetmənin psixologiyası üzrə magistr təhsilinə yiyələnib. Sona Əliyeva 2000–2001-ci illərdə M. Füzuli adına təbiət-humanitar təmayüllü məktəbdə çalışıb. 2001–2013-cü illərdə isə Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə biologiya müəllimi kimi fəaliyyət göstərib. O, 2018-ci ildən sonrakı dövrdə bir müddət Odlar Yurdu Universitetində müəllim kimi çalışıb.
BƏT-in rəsmi beynəlxalq dərəcəli təlimçisidir. Azərbaycan, ingilis, rus və türk dillərini bilir.
Ailəlidir, 3 övladı var.
Sona Əliyeva 2013–2015-ci illərdə Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, Humanitar məsələlər şöbəsinin müdiri vəzifələrində çalışıb. Şəmkir Rayon İcra Hakimiyyətində könüllülük və ictimai əsaslarla fəaliyyət göstərən birliklərin, Rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsinin, qaynar xəttin yaradıcısı olmuşdur. Həmçinin, Şəmkir və Şaulyay şəhərləri arasında imzalanmış sənədə əsasən, dostluq əlaqələrinin qurulmasında, səfərlərin təşkilində təşkilatçı və rəhbər olmuşdur.
Sona Əliyeva 2015-ci ildə keçirilən V çağırış Milli Məclisə seçkilərdə 99 saylı Şəmkir kənd seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi olaraq deputat seçilmişdir. S. Əliyeva "Məktəbəqədər qanun" layihəsinin həmmüəlliflərindən biridir. Qanunverici orqanda bir çox qanunlara əsaslı təkliflər hazırlamışdır. "Təhsildə internet resursların təbliği" layihəsinin qalibidir (2013). Orta məktəblərdə tədris olunan "Biologiya fənn kurikulumu"nun həmmüəlliflərindən biridir.. Milli Məclis fəaliyyəti dövründə "İPU" və digər əhəmiyyətli beynəlxalq təşkilatların üzvü olmuş, Azərbaycanı təmsilən beynəlxalq arenalarda spiker olaraq çıxış etmişdir.
2016-cı ildən "Təhsilli Gələcək" Təhsilin İnkişafı İctimai Birliyinin sədridir. 2016–2020-ci illərdə Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini icra edib.
Eyni zamanda, "eduroom.az" saytının təsisçisi və rəhbəridir.
"İntellektual istedadın kəşfi" (2022), "Qur, et, sahib ol" (2023)-metodik vəsaitlərin həmmüəlliflərindəndir. "Qadın gülərsə" (2023) kitabının həmmüəllifidir.
2011–2012-ci illərdə gerçəkləşən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. 2013-cü ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Milli Məclisinin "Parlament" medalı ilə təltif olunub. 2018-ci ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalına layiq görülüb.