Sona Əyyub qızı Mustafayeva (Bağırova) (22 iyun 1916, Bakı – 1999, Bakı) — Azərbaycan vokalçı-aktrisası (lirik soprano), Azərbaycan SSR əməkdar artisti (1943).
Sona Mustafayeva | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
Fəaliyyəti | vokalçı-aktrisa |
Fəaliyyət illəri | 1930-cu ildən |
Teatr | Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Sona Mustafayeva 22 iyun 1916-cı ildə Bakıda anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə maraq göstərmiş, 14 yaşından, 1930-cu ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çıxış etmişdir.[1][2]
Lirik soprano səsə malik olan Sona Mustafayeva Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 1938-ci ildə müstəqil teatr kimi fəaliyyətə başlayan zaman dəvətlə bir ilə yaxın truppaya kömək etmişdir. Burada da Gülçöhrənin və Gülnazın ("Arşın mal alan" və "Məşədi İbad", Üzeyir Hacıbəyov) partiyalarını ifa etmişdir.[1]
Müğənni-aktrisa 1999-cu ildə Bakıda vəfat etmişdir.[1]
Rol | Tamaşa | Müəllif |
---|---|---|
Nigar | Koroğlu | Üzeyir Hacıbəyov |
Gülçöhrə | Arşın mal alan | Üzeyir Hacıbəyov |
Gülnaz | Məşədi İbad | Üzeyir Hacıbəyov |
Ağca qız | Aşıq Qərib | Zülfüqar Hacıbəyov |
Gülzar | Şah İsmayıl | Müslüm Maqomayev |
Nərgiz və Naznaz | Nərgiz | Müslüm Maqomayev |
Dilbər | Vətən | Qara Qarayev və Cövdət Hacıyev |
Şirin | Xosrov və Şirin | Niyazi |
Rəna | Nizami | Əfrasiyab Bədəlbəyli |
Durna | Durna | Süleyman Rüstəm və Səid Rüstəmov |