Sovet Azərbaycanının 30 illiyinə ithaf olunmuş bu kino hekayəti respublikamızın iqtisadi-mədəni quruculuğundan danışır. Filmdə zəngin tarixi keçmişimizin ayrı-ayrı səhifələri, tanınmış zəhmət adamlarının fədakar əməyi öz əksini tapmışdır.
Sovet Azərbaycanı | |
---|---|
Janr | sənədli film |
Rejissorlar |
Muxtar Dadaşov F.Kiselyov |
Ssenari müəllifi | İmran Qasımov |
Operatorlar |
Muxtar Dadaşov Əlisəttar Atakişiyev Cavanşir Məmmədov Vladimir Zbudski A.Şafran |
Bəstəkar | Tofiq Quliyev |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 1950 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
İl | 1950 |
Texniki məlumatlar |
5 hissə 1280 metr 35 mm |
Filmin yaradıcıları tarixin səhifələrini ekranda canlandırır, tamaşaçıları məşhur neftçilərlə — Gülbala Əliyev, Ağasəfi Bağırov, Mirzə Bədirxanov, Ağa Nemətulla, Mixail Kaveroçkin, Qurban Abbasov, qabaqcıl pambıqçılarla — Bəsti Bağırova, Manya Kərimova, Şamama Həsənova, tanınmış inşaatçı-energetik Sarvan Salman və başqaları ilə tanış edirlər.