Sovet Azərbaycanı (film, 1950)

Sovet Azərbaycanının 30 illiyinə ithaf olunmuş bu kino hekayəti respublikamızın iqtisadi-mədəni quruculuğundan danışır. Filmdə zəngin tarixi keçmişimizin ayrı-ayrı səhifələri, tanınmış zəhmət adamlarının fədakar əməyi öz əksini tapmışdır.

Sovet Azərbaycanı
Janr sənədli film
Rejissorlar Muxtar Dadaşov
F.Kiselyov
Ssenari müəllifi İmran Qasımov
Operatorlar Muxtar Dadaşov
Əlisəttar Atakişiyev
Cavanşir Məmmədov
Vladimir Zbudski
A.Şafran
Bəstəkar Tofiq Quliyev
İstehsalçı Bakı Kinostudiyası
İlk baxış tarixi 1950
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
Dil azərbaycanca
İl 1950
Texniki məlumatlar 5 hissə
1280 metr
35 mm

Məzmun[redaktə | mənbəni redaktə et]

Filmin yaradıcıları tarixin səhifələrini ekranda canlandırır, tamaşaçıları məşhur neftçilərlə — Gülbala Əliyev, Ağasəfi Bağırov, Mirzə Bədirxanov, Ağa Nemətulla, Mixail Kaveroçkin, Qurban Abbasov, qabaqcıl pambıqçılarla — Bəsti Bağırova, Manya Kərimova, Şamama Həsənova, tanınmış inşaatçı-energetik Sarvan Salman və başqaları ilə tanış edirlər.

Festivallar və mükafatlar[redaktə | mənbəni redaktə et]

1) 1951-ci ildə Kannda (Fransa) V Beynəlxalq Kinofestival
  • Kinolentə elmi-kütləvi və pedaqoji filmlərə görə münsiflər heyətinin Xüsusi Mükafatı

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Muxtar Dadaşov, F.Kiselyov
Ssenari müəllifi: İmran Qasımov
Operator: Muxtar Dadaşov, Əlisəttar Atakişiyev, Cavanşir Məmmədov, Vladimir Zbudski, A.Şafran, Tofiq Sultanov(T. Sultanov kimi), Maqsud Əliyev
Mətnin müəllifi: İ.Kriger
Bəstəkar: Tofiq Quliyev
Səs operatoru: Ağahüseyn Kərimov
Rejissor assistenti: Əlisəttar Məlikov

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 130-139.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.